‼️‼️Gəncədə DƏHŞƏT: Yaxın münasibət qurmadığı üçün arvadını 12 DƏFƏ BIÇAQLADI
“Çay istədi, gətirdim. “Təpənə dəysin” dedi. Gedib yerimə uzananda boğazımdan tutub bıçaqlamağa başladı”.
Məlumata görə, bu sözləri məhkəmə qarşısında qısqanclıq zəminində əri tərəfindən dəfələrlə bıçaqlanaraq xəsarət yetirilən zərərçəkmiş Günel Salmanova deyib.
Belə ki, 1989-cu il təvəllüdlü Arif Quliyev onunla birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan keçmiş arvadı Günel Salmanova ilə yaxın münasibətdə olmaq istəyib. Günel bundan imtina etdiyi üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı yataq otağındakı masanın üzərində olan mətbəx bıçağı ilə Güneli övladının gözü qarşısında rəhimsiz şəkildə dəfələrlə bıçaqlayıb.
Qeyd edək ki, Günellə Arif boşansalar da, hadisədən təxminən 10 gün öncə barışıb, bir yerdə yaşamağa qərar veriblər.