Posts filter


🇷🇺🇮🇷Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb.

İran XİN başçısının gündəliyinə ikitərəfli və regional əməkdaşlıq, eləcə də beynəlxalq arenada birgə fəaliyyət məsələlərinin müzakirəsi daxildir.

Eyni zamanda danışıqlarda Tehranla Vaşinqton arasında İranın nüvə proqramına dair müzakirələrin də diqqət mərkəzində olması gözlənilir.


‼️Avropalılar, ən əsası da Fransa öz geosiyasi məqsədləri naminə Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdır.

APA-nın məlumatına görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, rəsmi Moskva Ermənistanla Azərbaycan arasında məhz Yelisey Sarayının vasitəçilik adı ilə regionda vəziyyəti gərginləşdirməyə yönələn addımlar atdığının şahidi olub.


Şabranda çayda daha bir nəfərin meyiti tapılıb.

APA-nın Şimal bürosu xəbər verir ki, meyiti tapılan şəxsin “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayev olduğu bildirilir.

Meyit Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Onun seldə boğulduğu bildirilir.

Fakt araşdırılır.

Əldə etdimiz məlumata görə, onunla birlikdə seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı olub.


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Samir Həziyev 4, Aydın Quliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Aydın Quliyev məhkəmə zalında həbs olunub.

Prokuror Samir Həziyevin 5, Aydın Quliyevin isə 4 il azadlıqdan məhrum edilməsini istəmişdi.


Video is unavailable for watching
Show in Telegram
Nazirlik bu plastik cərrahlara işləməyə icazə verəcək: Siyahıda kimlər var?


Gürcüstan, Ermənistan və Azərbaycan arasında nazir müavinləri səviyyəsində üçtərəfli format region üçün vacib olan məsələlərin müzakirəsi üçün yaxşı imkandır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.


Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub - SƏRƏNCAM

Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə iki Sərəncam imzalayıb.


Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli görüşü müsbət atmosferdə keçib - BİRGƏ MƏLUMAT

https://apa.az/xarici-siyaset/


Rusiya Federasiyası Ali Məhkəməsi Talibanın ölkə ərazisində fəaliyyətinə qoyulan qadağanı dayandırıb.

APA xəbər verir ki, Ali Məhkəmə bu gün keçirilən iclasda Baş Prokurorluğun müraciətinə baxaraq qərar qəbul edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Baş Prokurorluğu Ali Məhkəmədən Taliban hərəkatını terrorçular siyahısından çıxarmağı xahiş edib.


‼️ Hesablama Palatası İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində nöqsanlar aşkarlayıb

Detallar: https://apa.az/turizm/


Paşinyan Qarabağ hərəkatını Ermənistanın dövlətçiliyinə təhlükə adlandırıb


‼️Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir.

🔴 Detallar: https://apa.az/hadise/orduxan-896479


Arkadi Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib.

APA xəbər verir ki, o, dövlət ittihamçılarının suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf edib.

Arkadi Qukasyan azərbaycanlılara qarşı cinayət törətmiş dəstələrin rəhbərlərindən – Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu bildirib.

Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün partladılması barədə suala cavabında isə bu hadisəni xatırladığını deyib.

A.Qukasyan hadisələr baş verən vaxtlarda - ötən əsrin 90-cı illərində Ermənistandan Azərbaycan ərazilərinə (Xankəndiyə və digər yerlərə) gələnlərin olduğunu təsdiqləyib, lakin silahların haradan gətirilməsi barədə məlumatsız olduğunu iddia edib.


🇦🇿🇦🇲Nazir: Ermənistan legitim tələblərimizi yeni şərtlər kimi təqdim etmək istəyir, bu, belə deyil

Ermənistanla sülh sazişinin imzalanması prosesinin təşəbbüskarı məhz Azərbaycan olub, bu prosesə biz töhfə vermişik.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sülh sazişinin mətninin razılaşdırılması əhəmiyyətlidir.


Ceyhun Bayramov Mirzoyanla Antalyadakı görüşünü kifayət qədər faydalı hesab edir

Azərbaycan hər zaman dialoqun, məsələlərin müzakirəsinin tərəfdarıdır.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, son illər ərzində Azərbaycanın Ermənistanla intensiv təmasları olub və bu təmaslar davam edir.


XİN rəhbəri: Naxçıvana maneəsiz keçid məsələsi hələ də həllini tapmayıb

Sloveniyalı həmkarıma Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra regionda yaranmış yeni reallıqlar barədə məlumat verdim.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, mart ayında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşması, Azərbaycanın prosesin tam yekunlaşdırılması üçün olan legitim gözləntilərini Ermənistanla bir daha müzakirə etmək şansı olub.


Azərbaycanda 42 plastik cərrahın fəaliyyətinə icazə verilib

⚡Siyahı mütəmadi yenilənəcək

Qeyd olunan linkdə göstərilən Siyahı 17 aprel 2025-ci il tarixinə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək.

- SİYAHI: https://apa.az/sosial/azerbaycanda-896429


Video is unavailable for watching
Show in Telegram
🇮🇷🇷🇺İran XİN rəhbəri Rusiyaya səfər edib


Azərbaycan və Sloveniya XİN başçılarının geniştərkibli görüşü keçirilir

Görüş zamanı tərəflər enerji, rəqəmsal innovasiya, ekoloji davamlılıq, təhsil və turizm sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Eyni zamanda regional təhlükəsizlik, nəqliyyat əlaqələri və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.


Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

https://apa.az/herbi/daha-3-itkin-sehid-defn-edilecek-foto-896438

20 last posts shown.