Birlik Team - Xəbərlər


Channel's geo and language: Azerbaijan, Azerbaijani
Category: Education


👨🏻‍🎓Abituriyent və Tələbə portalı
🔹Təhsildə olan ən son yenilikləri bizdən öyrənin✔️
🔹Tələbə və Abituriyentlər üçün vəsaitlər burada
📌Birlik Team - @BirlikTeam1
Admin - @BirlikTeamAdmin

Related channels  |  Similar channels

Channel's geo and language
Azerbaijan, Azerbaijani
Category
Education
Statistics
Posts filter


Forward from: Birlik Team
🎯Çoxsaylı istəkləri nəzərə alaraq tam 0-dan onlayn abituriyent hazırlıq qruplarımıza qeydiyyat başladı.
🔷️Sizə bu dərsdə vəd veririk:
1.Hər mövzunun geniş izahı
2. Dərs sonu video kaydın göndərilməsi
3. Bütün kitabların pdf forması
4. Dərsin Əsgər müəllim tərəfindən yazılmış konspekti
5. Dərs vəsaiti olaraq, Test toplusu, Güvən, Kaspi və xüsusi sınaqlar toplusundan istifadə
6. Qısa müddətdə proqramın təhvil verilməsi
7. Yüksək nəticəyə zəmanət
🔶️Dərslər dekabr ayının 1-dən start götürəcəkdir.

📲Əlaqə: 070-270-07-14
Telegram: @esger_eyvazli?

https://chat.whatsapp.com/E6bkfoAvBFU7kReQqD42EQ


Forward from: APA
🚌 Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir

✅ Noyabrın 25-dən hərəkət sxemləri bərpa ediləcək marşrutlar:

1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1


Forward from: Birlik Team
📌 Salam əziz ABİTURİYENTLƏR.
✔️Sizi ödənişsiz whatsapp sınaqlar qrupumuza dəvət edirik.
❗Qrupda bütün fənlər BLOK və BURAXILIŞ üzrə imtahanlara hazırlaşanlar üçün SERTİFİKATLI sınaqlar təşkil olunur.
https://whatsapp.com/channel/0029VaqRe6g1HsptgzjH8x2C
Linkə qoşulmaqda problem yaşayanlar 055-777-59-19 nömrəsinin whatsappına yaza bilərlər.

Əlavə olaraq Blok və Buraxılış imtahanına hazırlaşanlar üçün müzakirə qruplarimiza qoşula bilərsiniz.

https://t.me/sinaqAZ/8397


COP29-la əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 11-22 noyabr tarixlərində 57 sayda marşrutun hərəkət sxemi dəyişdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən dəyişikliklə bağlı qrafiki təqdim edir:
-3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi təyin edilib. Belə ki, başlanğıc dayanacağı Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 2 nömrəli, “Nəriman Nərimanov” metrostansiyası olan 5 nömrəli və “Dərnəgül” metrostansiyası olan 88 nömrəli marşrut avtobuslarının təyinat nöqtəsi “28 May” NMM olacaq.
-7 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası təyin edilib. Başlanğıc dayanacağı “Azadlıq prospekti” metrostansiyası olan 6 nömrəli, Yasamal Yaşayış Kompleksi (MİDA) olan 10 nömrəli, 9-cu mikrorayon olan 18 nömrəli, Badamdar qəsəbəsi olan 31 nömrəli, Yeni Yasamal yaşayış massivi olan 39 nömrəli, Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 96 nömrəli, Lökbatan qəsəbəsi olan 125 nömrəli marşrut avtobuslarının son dayanacaq məntəqəsi metronun “Elmlər Akademiyası” stansiyası olacaq.
-12 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Ulduz” metrostansiyası təyin edilib. Yeni Günəsli qəsəbəsini metro ilə əlaqələndirən 36 nömrəli marşrutun sxemindən Müzəffər Həsənov küçəsi (Yeni klinika), Tibb Universiteti və metronu birləşdirən 38 nömrəli marşrutun sxemindən isə Keşlə qəsəbəsi çıxarılıb. 71 nömrəli marşrut “Azadlıq prospekti” və “Ulduz” metrostansiyalarını əlaqələndirəcək. Başlanğıcını Balaxanı (105 nömrəli), Buzovna (107 və 131 nömrəli), Bilgəh (172 nömrəli), Nardaran (189 nömrəli), Ramana (204 nömrəli), Məmmədli (217 nömrəli), Maştağa (M8 nömrəli) qəsəbələri və Savalan yaşayış massivindən (139 nömrəli) götürən marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.
– 4 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası təyin edilib. Belə ki, Cəmşid Naxçıvanski küçəsindən başlanğıcını götürən 30 və 32 nömrəli, “Əhmədli” metrostansiyasından fəaliyyətə başlayan 21 nömrəli və Mehdi Hüseynzadə küçəsində (68 nömrəli məktəb) başlanğıc dayanacağı olan 49 nömrəli marşrutların təyinat nöqtəsi metronun “Xətai” stansiyası olacaq.
– 13 nömrəli marşrut Bakı Beynəlxalq Avtovağzal Kompleksini “Gənclik” Nəqliyyat Mübadilə Mərkəzi ilə, 15 nömrəli marşrut Keşlə qəsəbəsini Azər Manafov küçəsi ilə, 46 nömrəli marşrut Günəşli qəsəbəsini Həmrəylik küçəsi ilə, 60 nömrəli marşrut Polad Həşimov və Yavər Əliyev küçələrini, 61 nömrəli marşrut paytaxtın 9-cu mikrorayonunu Rəşid Behbudov küçəsi (Mərkəzi Bank) ilə, 65 nömrəli marşrut 9-cu mikrorayonu Azərbaycan prospekti ilə, 70 nömrəli marşrut “AzərSu” Tikinti Xəstəxanasını “Neftçilər” metostansiyası ilə, 77 nömrəli marşrut Yeni Yasamal yaşayış massivini Hüseyn Cavid prospekti (FHN) ilə əlaqələndirəcək. 120 nömrəli marşrut Hövsan Yaşayış Kompleksi (MİDA) və “Həzi Aslanov” metrostansiyasını, 141 nömrəli marşrut Buzovna-Şüvəlan şosesi və Mərdəkan qəsəbəsini, 149 nömrəli marşrut Sahil qəsəbəsi və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzini, 198 nömrəli marşrut isə Zabrat dəmiryol stansiyası və Zabrat dairəsini birləşdirəcək.
– Zabrat qəsəbəsindən başlanğıcını götürən 3 sayda müntəzəm marşrutun (118A, 118B və 148 nömrəli) son dayanacaq məntəqəsi Sabunçu dəmiryol stansiyası təyin edilib.
– 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (dəmiryol stansiyası) təyin edilib. Belə ki, başlanğıc dayanacağı Ramana Yeni Yaşayış Kompleksi olan 163 nömrəli, Suraxanı qəsəbəsi olan 184 nömrəli və Ramana qəsəbəsi (Şuşa şəhərciyi) olan 214 nömrəli marşrutların təyinat nöqtəsi “Koroğlu” metrostansiyasının cənub çıxışı (“Piramida” tərəf) olacaq.
– 62 nömrəli marşrut Sabunçu qəsəsini Nəsirəddin Tusi küçəsi ilə, 93 nömrəli marşrut “Dərnəgül” metrostansiyasını Sabunçu qəsəbəsi ilə, 166 nömrəli marşrut isə Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsi ilə əlaqələndirəcək. Marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.
– 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi Zabrat dairəsinə təyin edilib.

Davamı rəydə


Forward from: Birlik Team
8 Noyabr - Zəfər Günümüzü təbrik edirəm!❤️


📣🚍 COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

📍🚌 Bununla əlaqədar olaraq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.

📌 Marşrutlar üzrə edilən dəyişikliklər:

📍 1 nömrəli marşrut "28 May" metrostansiyası istiqamətində "Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospekti kənar hərəkət hissəsində mövcud dayanacaqda ("Koroğlu" metrostansiyası, Atletlər kəndi tərəf) dayanmaqla fəaliyyət göstərəcək;

📍 24 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospektində (Yerüstü piyada keçidi), Qaraçuxur qəsəbəsi istiqamətində isə "Koroğlu" NMM (“Piramida” tərəf) dayanacağa daxil olmaqla fəaliyyət göstərəcək;

📍 93 nömrəli marşrut "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyət göstərəcək;

📍 163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Koroğlu" NMM (“Piramida”tərəf) təyin edilmişdir;

📍 184 nömrəli marşrut "Ulduz" metrostansiyası və Suraxanı qəsəbəsi istiqamətində "Koroğlu" metrostansiyasında yerləşən dayanacağa daxil olmadan fəaliyyət göstərəcək;

📍 197 və 198 nömrəli marşrutlar son dayanacaq məntəqəsi Zabrat dairəsi olmaqla fəaliyyət göstərəcək;

📍 14 sayda (7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8) marşrutun son dayanacaq məntəqəsi “Ulduz” metrostansiyası təyin edilmişdir;

📍 15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Qara Qarayev" metrostansiyası təyin edilmişdir;

📍 166 və 38 nömrəli marşrutlar "Koroğlu" NMM-ə(Atletlər kəndi tərəf) daxil olmadan fəaliyyət göstərəcək;

📍 62, 70, 184 və 214 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi və "Piramida" tərəf) daxil olmadan fəaliyyət göstərəcək.

✅ H1 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik nəzərdə tutulmayıb.

📢 Sərnişinlərdən müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaq və təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur.


Forward from: Bizim Xəbər
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür!

Bu gün həyatını cəmiyyətin işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Ölkəmizin intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərən Müəllimləri və onların simasında bütün pedoqoji ictimaiyyəti təbrik edir, can sağlığı, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.


"Heç birimiz istədiyimiz ixtisas üzrə dövlət sifarişi əsasında oxuya bilməyəcəkdik... Kredit imkanı barədə eşidəndə çox sevindik. Həm istədiyimiz ixtisasda, həm də ikimiz də oxuya biləcəkdik” bu sözləri təhsil tələbə kreditindən yararlanmış Kərim və Kamran Qasımzadə qardaşları "Azərbaycan müəllimi" qəzetinə müsahibələrində bildiriblər.

Təhsil Tələbə Krediti Fondu sayəsində siz də arzuladığınız ixtisasda təhsil ala bilərsiniz. İndi təhsil almaq daha əlçatandır!


2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz.

https://dim.gov.az/az/metbuat/xeberler/abituriyentlerin-nezerine-4


2025-ci ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları ilə (Azərbaycan və rus dillərində) https://dim.gov.az/.../xeberler/sagirdlerin-nezerine-1 linkinə daxil olaraq tanış ola bilərsiniz.


Forward from: Birlik Team
Allah şəhidlərimizə rəhmət etsin.


Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi üzrə oktyabrın 20-də keçiriləcək imtahana qeydiyyat elan edilib.

Namizədlər 10 oktyabr saat 12:00-dək DİM-in internet səhifəsində göstərilən linkə (https://exidmet.dim.gov.az/ELIMT/pms2test) daxil olub qeydiyyatdan keçə bilərlər.

İmtahanın II mərhələsi - qanunvericilik üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

İmtahan oktyabrın 20-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanda iştirak haqqı 50 manatdır. İmtahanın davametmə müddəti 3 saatdır.

Ətraflı məlumat üçün link: https://t.ly/AQQgV


Video is unavailable for watching
Show in Telegram
Antiterror əməliyyatlarından 1 il ötür.


Böyük müvəffəqiyyətlərə gedən yol bilikdən keçir.

Bilik Gününüz mübarək!


Peşə təhsil müəssisələrinə qəbulun 3-cü turu başladı!✅️


Ətraflı məlumat və qeydiyyat üçün https://t.ly/nIoQu linkinə daxil ola bilərsiniz.


9 ali təhsil müəssisəsinin yenidən təşkili haqqında qərar qəbul edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Rəssamlıq Akademiyasının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Bakı Slavyan Universitetinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Sumqayıt Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Lənkəran Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Beləliklə, qeyd olunan ali təhsil müəssisələri publik hüquqi şəxs statusu alıb.

#EATDA #AliTəhsil


Həmçinin , Türkiyə - Azərbaycan Universitetində də (TAU) dərslər 23 sentyabrdan etibarən başlayacaq.

-Emin Əmrullayev


Qarabağ Universitetində dərslər sentyabrın 23-də başlayacaq


📢11 illik kolleclərə qəbul olan şəxslərin portal.edu.az saytında qeydiyyatı başlandı✅️

20 last posts shown.