-aşiq olduğunda nə etdiyini bilməzsən, etdiklərin isə onunla bağlı olar. Düşüncələrin yalnız onla. Səhərlər ilk onu düşünərsən, günortalar eynilə, gecələr də. Danışarkən, gülərkən, kədərlənərkən. Demək olar ki, bütün anlarında ağlında sənlə olar. Çıxıb getməz ağlından, zorla qalar orda. Nəsə məcbur edər səni onu sevməyə. Çox vaxt səbəb tapa bilməzsən. Səbəbsiz sevərsən... Ən pis tərəflərindən biri, əzab verə bilər, amma sən o əzabı da sevərsən. Onla bağlı hər şeyi, amma hər şeyi sevərsən. Ətrafındakılar isə həmin insana görə heç olar sənin üçün. Kor kimi olarsan ondan başqasını görə bilməzsən, sənin üçün ən fərqli insan olar və heç kim onun kimi ola bilməz...🤍