AZERTAC


Гео и язык канала: Азербайджан, Азербайджанский
Категория: Политика


Azərbaycan və dünya xəbərləri

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Азербайджан, Азербайджанский
Категория
Политика
Статистика
Фильтр публикаций


Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

azertag.az/xeber/2972745


Azərbaycanda aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

azertag.az/xeber/2972737


“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

azertag.az/xeber/2972713


Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

“Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir. Gənclər gələcəkdə nə ilə məşğul olmaq istədiklərini anlamalıdırlar”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

azertag.az/xeber/2972665


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Cullian Assanja qarşı 14 illik təqib nə ilə nəticələnəcək - REPORTAJ

Cullian Assanj 2006-2016-ci illər arasında 10 milyon civarında məxfi sənəd yayan və bu sənədlərin yayımı üçün WikiLeaks adlı sayt quran avstraliyalı internet fəalıdır. Dünya mediyası onu 2010-ci ildə Amerika Birləşmiş Ştatları rəhbərliyinin fəaliyyəti barədə minlərlə məxfi sənədləri yaymağa başlamasından sonra tanıdı.

Elə bundan sonra da onun üçün uzun və məşəqqətli, bir çox romanlara və filmlərə mövzu olacaq, risklər, sensasion gəlişmələrlə dolu bir yolu başladı. Belə ki, bu yol onu Londondaki Ekvador səfirliyində 7 illik siyasi sığınacaq almağa, daha sonra Londonun Belmarş həbsxanasında tək nəfərlik hücrədə məhbus həyatı yaşamağa və Amerika Birləşmiş Ştatları hökuməti ilə illərlə çəkəcək ekstradisiya mübarizəsinə qədər gətirdi.


AQTA sədri istehlakçılara çağırış edib

Hər bir istehlakçının borcudur ki, ticarət şəbəkələrindən istehlak üçün qida məhsullarını aldıqda onların yararlılıq müddətinə, etiketlənməsinə, saxlanma şəraitinə nəzarət etsin. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bilavasitə sahibkarlarla istehlakçıların arasındakı münasibətləri tənzimləyən bir orqandır. Ancaq nədənsə hər hansı bir ticarət şəbəkəsində vaxtı keçmiş ərzaq məhsulu satılanda bəzən “Qida Təhlükəsizliyi Agentliyi hara baxır” deyə sual edirlər.
Bildirmək istəyirəm ki, Azərbaycanda 50 mindən yuxarı ticarət şəbəkəsi var. Dünyada elə bir dövlət qurumu yoxdur ki, onun əməkdaşları gecə-gündüz ticarət şəbəkələrində məhsulların satılma rejiminə nəzarət etsinlər.


Bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

azertag.az/xeber/2972625


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən ayrılan və 33,5 kilometr uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolunun hərəkət hissəsinin eni 9 metrdir. Torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.


Aprelin 25-27-də ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Qırğızıstan və Macarıstan iştirak barədə artıq təsdiq veriblər. Türkmənistanla isə danışıqlar davam edir.


Aprelin 19-da Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib

azertag.az/xeber/2972549


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
6 gün əvvəl Kürdə batan Zərdab rayonu Qoruqbağı kənd sakini Vaqif Süleymanovun meyiti səhər saatlarında batdığı yerdən bir neçə kilometr aralıda aşkar edilsə də, 6 yaşlı qızının axtarışları davam edir.

AZƏRTAC xəbər verir ki,Zərdabın Qoruqbağı kənd sakini 6 yaşlı Səma Süleymanlı və onun atası Vaqif Süleymanlı aprelin 12-də Kür çayında batıblar. Yerli sakinlərin sözlərinə görə, əvvəlcə 6 yaşlı Səma suya yıxılıb.

Atası övladını xilas etmək üçün onun ardınca suya atılıb. Onların hər ikisi suda boğulublar


🛢Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,02 dollar və ya 3,30 faiz azalaraq 88,51 dollar olub.


AlatBay Logistik Mərkəzi EDGE ADVANCED GREEN sertifikatına layiq görüldü

Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən “AlatBay” Logistik Mərkəzi “Edge Green” sertifikatlaşdırma prosesinin layihələndirmə, tikinti və audit mərhələlərini uğurla başa vuraraq “Edge Advanced Green” sertifikatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, EDGE Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən yaşıl investisiyalar sahəsində tətbiq edilən innovativ metodologiyadır.

“AlatBay” Logistik Mərkəzi hazırda Ələt Azad İqtisadi Zonasının hüquqi şəxsləri ilə yanaşı, yerli və xarici şirkətlərə yüklərin idarə edilməsi ilə bağlı müxtəlif logistik və anbarlama xidmətlərini həyata keçirir. Logistik mərkəzin layihələndirilməsinə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə yaşıl investisiya sahəsində fəaliyyət göstərən beynəlxalq məsləhətçilər cəlb edilib və layihə üzrə bütün işlər “Edge Green” metodologiyası əsasında həyata keçirilib.

Layihənin icrası nəticəsində gələcək cari sərfiyyat üzrə 41 faiz enerjiyə və 26 faiz suya qənaət edilməsinə nail olunub. Ekoloji təsirin bu müstəsna səviyyəsinə cavab verən layihənin icrası təkcə istifadəçilərə deyil, həm də ətraf mühitə gələcək illərdə davamlı müsbət təsir göstərəcək.

Bir neçə ay sonra ölkəmizdə mötəbər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 tədbirinin keçirilməsi fonunda “Edge Green” standartlarına nail olmamız bizim üçün qürurvericidir.

“AlatBay” ailəsi olaraq davamlı innovasiya və ekoloji mükəmməlliyə sadiqliyimizi bir daha təsdiq edirik. Bununla nümayiş etdiririk ki, hər birimiz təbii sərvətlərimizi qoruyaraq ətraf mühitimizi gözəlləşdirə bilərik”, - deyə məlumatda qeyd olunub.




ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub https://azertag.az/xeber/2972409


Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

azertag.az/xeber/2972165


Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

azertag.az/xeber/2972129


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Quba şəhərindəki “Günbəzli hamam” bölgəyə gələn xarici turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir.

XVIII-XIX əsrlərə aid abidə Şərq memarlığının incilərindən sayılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə tarixi abidənin qarşısında 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkil olunan tədbirdə bildirilib.


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi işıqforlala bağlı vətəndaşlara müraciət edib



Показано 19 последних публикаций.