Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan


Гео и язык канала: Азербайджан, Азербайджанский
Категория: Политика


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.
📌 https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc
📌 https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt
📌 https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Азербайджан, Азербайджанский
Категория
Политика
Статистика
Фильтр публикаций


Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
Əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.
Ssenariyə uyğun olaraq Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.
Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

https://mod.gov.az/az/news/herbi-pilotlar-telim-mesq-ucuslarini-yuksek-pesekarliqla-icra-edibler-video-51467.html
____

Военные пилоты высокопрофессионально выполнили учебно-тренировочные полеты

Согласно утвержденному Министром обороны плану подготовки на 2024 год, авиационные средства ВВС Азербайджана выполнили учебно-тренировочные полеты.
Сначала личному составу были доведены правила безопасности. После проверки состояния здоровья военных пилотов были выполнены практические полеты.
По сценарию самолеты «Су-25ML» и «Су-25» выполняют задачи по взлету, посадке, а также совершению сложных пилотажных и боевых маневров на различных высотах в дневное время по заданным маршрутам.
В ходе учебно-тренировочных полетов, проведённых в целях повышения боевой подготовки военных пилотов, поставленные задачи были выполнены с высоким профессионализмом.

https://mod.gov.az/ru/news/voennye-piloty-vysokoprofessionalno-vypolnili-uchebno-trenirovochnye-polety-video-51468.html


Видео недоступно для предпросмотра
Смотреть в Telegram


Azərbaycanın Milli Qəhrəmanı şəhid İlham Müzəffər oğlu Əliyevin xatirəsi yad edilib

Aprelin 17-də Gədəbəy şəhər İlham Əliyev adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Müdafiə və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid İlham Müzəffər oğlu Əliyevə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Milli Qəhrəmanı İlham Əliyevin adını daşıyan orta məktəbdə keçirilən tədbirdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin və Təhsil Nazirliyinin nümayəndələri, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Həmçinin tədbir çərçivəsində "Əsgərə məktub"layihəsi keçirilib və "Qalib Azərbaycanda Ordunun gənc əsgərlərinin bir günü" adlı videoçarx nümayiş olunub.
Sonra Azərbaycan Ordusunda xidmət edən əsgərlərin gənclərə ünvanladıqları "Əsgər məktubu" səsləndirilib və video süjet nümayiş olunub. Şagirdlərə hərbi təhsillə bağlı maarifləndirici bukletlər təqdim edilib.
Sonda şagirdlərlə hərbi təhsillə bağlı söhbətlər aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.




Видео недоступно для предпросмотра
Смотреть в Telegram


ƏÜO-nun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.
Təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən "HAZIRLIQ-1" komandası ilə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Eyni zamanda, ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə (HHM) bölmələri döyüş tapşırığına əsasən təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını icra ediblər.
2 nömrəli hazırlıqda olan aviasiya vasitələrinin heyətləri ilə uçuşdan əvvəl brifinq keçirilərək şəxsi heyət qarşısında döyüş tapşırıqları qoyulub. Uçuş heyətləri tərəfindən Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, çoxqat və çoxhədli hava hücumundan müdafiə sisteminin dəf edilməsi üçün müxtəlif manevrlər yerinə yetirilib.
Təlimə cəlb olunan HHM bölmələrinin döyüş növbətçiliyində olan Kəşfiyyat və Hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunub, qiymətləndirilib, emal edilərək komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb.
Hava vəziyyətinin qiymətləndirilməsi Radiolokasiya bölmələri ilə yanaşı, Bayraktar TB2 və Vizual Müşahidə Postlarından alınmış məlumatlar əsasında aparılıb.
Komandir və döyüş heyətləri real döyüş şəraitində hədəflərin ardıcıl olaraq məhvetmə zonasına girmə ardıcıllığının, onlar arasında vaxt intervallarının hesablanması, müxtəlif hündürlük diapozonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən şərti hava düşməninin məhv edilməsi, düşmənin kiçik ölçülü az sürətli PUA-lara qarşı HHM bölmələrinin fəaliyyəti üsulları məşq etdirilib.
Eyni zamanda, birlik, birləşmə, hissə və bölmələrin dislokasiya məntəqələri və döyüş mövqelərinin mini və mikro pilotsuz uçuş aparatlarının hücumlarından mühafizə olunması məqsədilə yerinə yetirilən aktiv tədbirlər çərçivəsində radiomaneə vasitələrindən istifadə olunub.
Taktiki-xüsusi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib və bölmələr arasında birgə fəaliyyətin uzlaşmasına nail olunub.

https://mod.gov.az/az/news/euo-nun-herbi-hava-quvvelerinde-taktiki-xususi-telim-kecirilib-video-51457.html
____

В ВВС Отдельной общевойсковой армии состоялись тактико-специальные учения

https://mod.gov.az/ru/news/v-vvs-otdelnoj-obshevojskovoj-armii-sostoyalis-taktiko-specialnye-ucheniya-video-51458.html




Müdafiə Nazirliyinin məlumatı

Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

https://mod.gov.az/az/news/mudafie-nazirliyinin-melumati-51453.html
____

Сообщение Министерства обороны

Квадрокоптер, пытавшийся осуществить разведывательные полёты над позициями Азербайджанской Армии в направлении населённого пункта Агдам Товузского района был обезврежен и изъят благодаря бдительности подразделений Азербайджанской Армии.

https://mod.gov.az/ru/news/soobshenie-ministerstva-oborony-51454.html




Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası ilə bağlı geniş məruzə ilə çıxış edib. Həmçinin Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsində və sonrakı hərbi əməliyyatlarda informasiya sahəsində əldə edilən uğurlar və dezinformasiyalara qarşı aparılan mübarizə tədbirləri haqqında danışıb.
Sonra qardaş ölkənin nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrində kommunikasiya sahəsində görülən işlərə dair brifinq təqdim edib.
Görüşdə, hər iki ölkə ordularında strateji kommunikasiyanın, o cümlədən mətbuat və ictimaiyyətlə əlaqələr işinin təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi informasiya sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Daha sonra türkiyəli nümayəndələr Mətbuat Xidməti, Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzetinin redaksiyası, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

https://mod.gov.az/az/news/azerbaycan-ve-turkiye-arasinda-herbi-informasiya-sahesinde-qarsiliqli-tecrube-mubadilesi-aparilib-51450.html
____

Азербайджан и Турция обмениваются опытом в области военной информации

В Учебно-тренировочном центре Азербайджанской Армии состоялась встреча с делегацией Совета по работе с прессой и связям с общественностью Министерства национальной обороны Турции.
Начальник пресс-службы Министерства обороны, полковник Анар Эйвазов выступил с обширным докладом о Коммуникационной стратегии Министерства, утвержденной соответствующим решением министра обороны генерал-полковника Закира Гасанова. Были отмечены успехи в информационной сфере, достигнутые во время 44-дневной Отечественной войны, увенчавшейся славной победой Азербайджанской Армии, и в ходе последующих военных операций, а также меры, предпринимаемые для борьбы с дезинформацией.
Затем представители братской страны провели брифинг о работе, проделанной в области коммуникации в Вооруженных силах Турции.
Участники встречи обменялись мнениями об организации коммуникационной стратегии, работы с прессой и общественностью в армиях обеих стран. Стороны обсудили перспективы развития совместного сотрудничества в области военной информации.
В заключение турецкие представители ознакомились с деятельностью пресс-службы, военного издательства, редакции газеты «Azərbaycan Ordusu» и Центра документальных и учебных фильмов Азербайджанской Армии.

https://mod.gov.az/ru/news/azerbajdzhan-i-turciya-obmenivayutsya-opytom-v-oblasti-voennoj-informacii-51451.html




ƏÜO-da istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) birləşmə və hissələrində olan minik, yüngül tipli maşınlara və sərnişindaşıyan avtobuslara baxış keçirilib.
Baxış zamanı avtomobillərin texniki vəziyyəti, hərəkət təhlükəsizliyini təmin edən idarəetmə sistemlərinin sazlığı və komplektliyi yoxlanılıb.
Avtomobil texnikalarında qovşaq və mexanizmlərin sazlığı, yeriyən hissələrin həmçinin avtomobillərin konstruksiyasında olan digər hissələrin saz vəziyyətdə saxlanılmasına və texniki qulluğun göstərilməsinə xüsusi diqqət yetirilib.
Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxışın sonunda mükafatlandırılıb.
Qeyd edək ki, texnikada yaranan nasazlığın aradan qaldırılması, ona texniki qulluğun lazımi qaydada göstərilməsi yüksək təcrübə və bilik tələb edir.
Ordumuzun birləşmə və hissələri arasında keçirilən texniki baxışlar şəxsi heyətin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş və texniki hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində mühüm rol oynayır.

https://mod.gov.az/az/news/euo-istismarda-olan-avtomobil-texnikalarina-texniki-baxis-kecirilib-51447.html
____

Проведён технический осмотр автомобильной техники, находящейся в эксплуатации Отдельной общевойсковой армии

Проведен осмотр легковых автомобилей и пассажирских автобусов, находящихся в эксплуатации соединений и частей Отдельной общевойсковой армии.
В ходе осмотра проверялось техническое состояние автомобилей, исправность и комплектность систем управления, обеспечивающих безопасность движения.
Особое внимание уделялось исправности узлов и механизмов автомобильной технике, поддержанию ходовых частей и других деталей конструкции автомобилей в исправном состоянии и техническому обслуживанию.
По окончании осмотра были награждены воинские части с лучшим результатом.
Отметим, что устранение неисправности в технике, ее надлежащее техническое обслуживание требует большого опыта и знаний.
Технические осмотры, проводимые между соединениями и частями армии, способствуют совершенствованию знаний и навыков личного состава в этой области, а также поддержанию высокого уровня боевой и технической подготовки.

https://mod.gov.az/ru/news/provedyon-tehnicheskij-osmotr-avtomobilnoj-tehniki-nahodyashejsya-v-ekspluatacii-otdelnoj-obshevojskovoj-armii-51448.html



Показано 13 последних публикаций.