Budda🗿


Гео и язык канала: не указан, не указан
Категория: не указана


"Verin, sizdə az olsa belə"- Budda

Связанные каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


📌 @SiddharthaGautama dostlarınızla paylaşıb, dəstək olun.


☯️Mövzu nə olsun?
Опрос
  •   Golf topunun kəpənək olma hekayəsi
  •   Səmimiyyət nədir?
15 голосов


❓ Sual:
Sizcə, yağış yağanda qarışqalar nə edir? Ya da bir qarışqa olsaydız, siz nə edərdiz?

📌 @SiddharthaGautama paylaşıb, dəstək olun.


📝Şeir:
Eşqin ki, qərarında vəfa olmayacaqmış?
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı...
M.Şəhriyar

🎼Musiqi:
The Beatles - Norvegien wood


🎥Film:
Park


📖Kitab:
H.Murakami - Norveç meşəsi

Əvvəlcə onu deyim ki, Murakami oxumaq istəyirsizsə, (ki mən də tövsiyə edirəm) bunu hamıdan xəbərsiz və gizli edin. Murakaminin əsərlərini qətiyyən kiməsə hədiyyə verməyin. Onun haqqında kimləsə mübahisə etməyin. Murakami XX əsr Yaponiyasında tələbələrin və gənclərin azad seks inqilablarından sonra yaranmış vəziyyətlərdən yazır. Qətiyyən cinsiyyətçilik etmirəm, sadəcə Azərbaycan oxucusuna və insanına uzaq, yad şeylərlə rastlaşırsan oxuduqca. Olduqca ifrat məhrəm səhnələr var və bəlkə də bu romanı daha oxunaqlı edir. Amma yalnız ədəbiyyatda bunu Murakami bacarır. Məncə Murakamidan cəmi bir kitab oxumaq kifayət edər. Əks cinsin, həmçinin qadınların da, bəzi şeylərinin haqqında nəsə öyrənməkdən başqa, elə də ciddi bir şey öyrənmək olmur. Hə bir də ki, süjet mükəmməl olur.
Oxunmalıdır.!


📌Nə itirdik və nə axtarırıq?
(Oxunma müd: 3 dəq) (varsa artıq 3 dəqiqəniz oxuyun)

Bir adam axtarışdadırsa, itirəcəyi bir şey var.

Əsrlər keçsə də, yoxa çıxanların axtarıldığı mühit dəyişsə də, itirdiklərini tapana qədər bu axtarış davam edir. Bəzən insanlar bilmədən axtarırlar. Qəlbindəki boşluğun onu sürüklədiyini və naməlum həqiqəti tapana qədər bu boşluğu doldurmaq üçün axtarırlar.

Gəlin ən başa qayıdaq.
İnsan dünyaya gəlir, ağlı getdikcə formlaşır. Bu formalaşmanın gətirdiyi həyəcanla özünü bir axtarış girdabında tapır. Çünki ürəyində oğurlanmış bir ləzzət var. Bu zövq insanı daim axtarışa sövq etməyə başlayır. Uzun müddət dinlədiklərini dinləyə bilmir, uzun müddət yediklərini yeyə bilmir, uzun müddət bir insanla münasibətdə ola bilmir və uzun müddət bir işlə məşğul ola bilmir. Etsə də, həzz ala bilmir və içindəki o ogurlanmış ləzzətin yerini doldura bilmir.
Bu sonsuz axtarış, bilərəkdən ya da bilməyərəkdən illər boyu davam edir. Dövrlərin dəyişməsi ilə də axtarışın gedişi və itkinlərin axtarıldığı yerlər də dəyişir.

Bəs insan bu sonsuz axtarışda nə itirir və nə axtarırdı?

Söz adamından kitab adamına.
Təsəvvür edin:

Yazının hələ inkişaf etmədiyi bir dövr. Şifahi ifadələrlə yavaş yavaş mədəniyyət formalaşır.
Düşüncə, şifahi olaraq meydana gəlir və zaman keçib inkişaf etdikcə daha incə bir ustalıq qazanır. Buna görə şifahi cəmiyyətlərdə nitq yaranmağa başlayır.

O dövrdə insan söz sahibi idi. Üzlər o dövrün ekranları idi. Hamı bir-birinin üzünə tam diqqətlə baxır, axtardıqlarının bu iki dodaq arasındakı səslərdə ola biləcəyini düşünür və ağızlarından çıxan hər sözə qulaq asırdı. Vaxt keçdikcə bu vəziyyət insanlar arasında tanışlığı gücləndirir və sözə və insanlara dəyər verilir.
Və sonra, əziz dostlar sizin də bildiyiniz kimi, sonra zaman su kimi axır. Zaman dəyişir. Səslər; sətirlərə, simvollara, hərflərə çevrilir. Gil tabletləri, papirus, kodekslər, sənədlər yazılır və çəkilir. Alın tərinin, göz işığının və zəhmətin bəhrəsi olan əlyazmalar yazıldı. Bütün bunlar alətə çevrilir və beləliklə, insan axtarışının gedişi dəyişir.

Sonra çap maşını icad edilir. Mətbəənin ixtirası ilə kitabların ucuz nüsxələri geniş yayımlanır. Sərhədlər keçilir. İnkişaf edən texnologiya şifahiliyi bir kənara qoyarkən, yazıları mədəniyyətin mərkəzinə qoyur. Məqalənin əhəmiyyəti gündən-günə artır. Çünki hiss və düşüncəni ifadə edən dil yazı ilə canlanır və şübhəsiz ki, yazı ondan sonra gələnlərə qalıcı və mənalı izlər qoymağın vacib elementlərindən biri olur. Axı söz uçacaq və mətn qalacaqdı. Kitaba giriş əvvəlki kimi çətin deyildi. Və buna da dəyər verdilər. Mükəmməllik kitabla əldə edilmişdir. İnsanlar həm də o zaman kitab adamları idilər. Səhifələr çevrilə bilən ekranlar idi. Bəlkə də axtarılanlar bu iki örtük arasında qorunub saxlanıldı. Kim bilir? Bu əlbəttə ki, sivilizasiya olaraq axtararkən itirdiyimiz şey idi. Fərd olaraq isə, nə axtararkən nə itirdiyinizə önəm verin. Ya da nəyi tapdığınıza. Necə istəyirsiz elə edin. Ya da nəsə. Elə bir şey...
Həqiqət ipindən möhkəm yapışıb qəlblərindəki boşluğu doldurmağa çalışanlar nə qədər xoşbəxtdirlər, ilahi.


📰Mövzu nə olsun?
Опрос
  •   Nə itirdik və nə axtarırıq?
  •   Haqq etdiyimiz həyatı yaşayırıqmı?
20 голосов


❓Sual:
Müharibə haqqında düşüncələriniz nədir? Torpaq uğurunda ölən varsa vətəndirmi?

@SiddharthaGautama paylaşıb, dəstək ola bilərsiz


✍️Şeir:
Niyə gündüz gedir, qaranlıq düşür?
Nə üçün gecələr hammız yatırıq?
Suyun altındamı nəsə bir şey var?
Yoxsa ağırlıqdan suda batırıq?

Kiçik bir toxumdan - böyük bir ağac
Bu niyə mümkündür, necə baş verir?
Sayaraq gövdənin həlqələrini
Kəsdiyi ağaca insan yaş verir.
Vüqar Babazadə

🎼Musiqi:
Farid Farjad - Kelebekler de ağlar

🎥Film:
Çizgili pijamalı çocuk

📖Kitab:
Fərman Kərimzadə - Xudafərin körpüsü
(Əsər məşhur Axırıncı aşırım filminin ssenaristi və eyni adlı kitabın müəllifi, tarixi romanlar ustası F.Kərimzadənin şedevr əsərlərindən daha biridir. Uzun Həsənin hakimiyətinin sonu ilə başlayır və səfəviyyə əqidəsinin yaranmağa başlaması, 12 yaşlı İsmayıl Xətainin taxta çıxması ilə başa çatır, (Cəbani döyüşü ilə), tarixi romanlar digər janrlardan daha çox zövq verir adama. İsmayıl şahın, Sara Xatunun, Uzun Həsənin hərəkətləri, danışıqları, döyüş öncəsi düşüncələri, taktiki səhvləri və ya doğrularını oxuduqca portret daha da canlanır və ləzzət verir adama, mütləq oxunmalıdır.)


🧐Homo İnguirens: Sorğulayan insan. (Oxunma müd: 2 dəq)


Başqasını tanımaq məlumatdır. Özünüzü tanımaq başlanğıc.

İnsanlar həqiqi mənada düşünməyə başladıqları andan bəri maraqla qidalanır; Sual vermək, başa düşmək və əlaqələr qurma sayəsində ən çox verilən suallar aşağıdakılardır.

Biz kimik?
Haradan gəlmişik?
Hara gedirik?
Niyə burdayıq?
Biz təkikmi?
Əcdadlarımız və qohumlarımız kimlərdir?
Yaşadığımız kainat və planet necə yaranıb?

Bunlar və bunlara bənzər suallar qarşısında həmişə fərdi olaraq və ya insanlıq olaraq cavab verə bilməyəcəyimiz suallar var və həmişə də olacaq. Ancaq bu kəsişmədə düşünən, təəccübləndirən və sual verən insanlar cavabsız sualları bir tale olaraq görmür və bu çatışmazlığı aradan qaldırmaq üçün səy göstərirlər.

Sahib olduğumuz bu əsas xüsusiyyət, keçmişimizi, bu günümüzü və gələcəyimizi anlamaq və dərk etmək baxımından araşdırmaya aparan ən vacib amildir.
Bəşər tarixinin bu kimi oxşar suallara cavab axtararaq keçdiyini söyləmək olar. Əslində bu səy sayəsində bəzi suallarımıza cavab verildi və bəzilərinə cavab vermək üçün daha çox iş görülməsi lazım olduğu aydın oldu.

Dövrə görə dəyişən düşüncə və bilik səviyyəsindən asılı olaraq insanların tapdığı cavablar və ya yanaşmalar bir-birlərindən dini, fəlsəfi və empirik əsaslarla fərqlənirlər.

İnsanlar təbiətinə görə maraqlanırlar. Məsələn, yeni doğulmuş bir körpə dünyaya gələndə nə bilirdi? Lakin vaxt keçdikcə əşyaları dişləyərək işlətməklə onlar haqqında bir fikir əldə edir. Böyüyür insanlar tanıyır, yerlər tanıyır, tanrı tanıyır, tanıdıqca inanır və ya inanmır, sevgi tanıyır. Lakin sonra sorğunun səhv olduğu fikri məktəblərdə və hər yerdə, cəmiyyətdə, ictimaiyyətdə, məişətdə, televiziyada öyrədilir və bu marağı heç vaxt aşa bilmir. Qədim filosoflara baxdığımızda onların daima sorğu-suala əsaslandığını görürük. Çünki həm dini, həm də elmi yaradan bizim maraqımızdır. Kimsə düşünməsə və sual verməsəydi, bu anda bilinən heç bir məlumat bilinməzdi. Soruşun. Sual verin ki, adi olmayasınız.
Maraqlanın, utanmadan. Milçəklərin necə cütləşdiyini, niyə insanların bir-biri ilə salamlaşdığını, qulaqlarımızda niyə əzələ olmağını, həyatın mənasının olub olmamasını, varolmanın dayanılmazlığını, sevgini, hərəkətlərimizin altında yatan şeyləri, həyatın hər qatını, elmi, dini, siyasəti. Sorğulayın. Nəyi istəyirsizsə sorğulayın. Xoşbəxtlik sorğu və təəccüblə yaranır.
Sokrat bir şagirdinə belə müraciət edir və sonradan bu söz bir brend halına gələrək, bir çox universitetin girişinə yazılır.
Özünü bil.


🟢 Dostlar, səs çoxluğunu nəzərə alıb (22/14-ə) davam etmək qərarı qəbul olundu. Bu gündən mütəmadi olaraq yazılar paylaşılacaq, platformamızı ən geniş məcralara daşımaq ümidi və məqsədi ilə. Başlayırıq.
#knowthyself

@SiddharthaGautama paylaşın ki, hamı #knowthyself


Kanalda hər gün və ya iki gündən bir paylaşımlar olsunmu? Siz necə düşünürsünüz?
Опрос
  •   Olsun, bu dövrlərdə baş qatmağa şeylər lazımdır, həm də nəsə öyrənmək olar
  •   Olmasın, daha ciddi mövzular baş verir, hər şey normala dönəndən sonra davam etsin
36 голосов


Bir ərəb şairi, savaşda məğlub olan xalqına belə müraciət edir:
"Ağlamayın, əzabınız azalar". Hə dostlar, bu müharibədir, itki də olacaq, şəhidlər də verəcəyik, qələbə də qazanacağıq. Amma hər kəs öz yerini və işini bilsə. Ağlamayın siz də, Gəncəyə, verdiyimiz şəhidlərə. Hər şeyi paylaşmayın, getdikcə adiləşməsin. Sevinməyin, aldığımız torpaqlara, əzabımız azalmasın, şəhid ailələrinin, həlak olanların yaxınlarına hörmətsizlik olmasın. Hələ uzun bir period gözləyir qabaqda.


Mövzu nə olsun?
Опрос
  •   Seçim paradoksu: Bolluq içində bədbəxtlik
  •   Homo İnguirens: Sorğulayan insan.
31 голосов


Türkiyənin dünyaca məşhur tarixçisi, akademiki, yazıçısı İlber Ortaylı-dan kitab film, musiqi tövsiyələri.
(İlber Ortaylı- "Bir ömür nasıl yaşanır" kitabından)
Həddindən artıq çoxdur, mən hərəsindən 5 ədəd yazacam.
Kitablar:
1. Hərb və Sülh - L.Tolstoy
2.Kral Lir - A.Puşkin
3.Madame Bovari - G.Flobert
4.Səmərqənd - A.Maalouf
5.Suyu arayan adam - Şevket Süreyya Aydemir

Musiqilər:
1.Tchaikovsky: The Nutcraker - Berlin Philarmonic
2.Say Plays Say - Fazıl Say
3.The Piano Masters - Arthur Rubinstein
4.Puccini: Tosca
5.Mozart: Die Zauberflöte

Filmlər:
1.Bisiklet hırsızları - Vittorio de Sica
2.Dünyayı sarsan on gün - Sergey Bondarçuk
3.Taraf tutmak - Istvan Szabo
4.Roma - Federico Fellini
5.Lanetliler - Luchino Visconti

PS: Həqiqətən çox gözəl siyahıdır. Oxuyun, izləyin,dinləyin.


❓sual:
Bir fantaziyanız varmı?
(Cinsəl olmasın)


✍️Şeir:
Yaddaşım olmusan tamam yad ikən,
Bu vaxtsız sevgimiz oldu gecikən.
Həyatımda solmaz tək bir gül ikən,
Oldun qup quru bir əlbatmaz tikən.

Mənim ürəyimin iftar vaxtısan.
Oxunmuş azana çox gec qalmısan.

Açıram orucu xatirələrlə,
Bu qəlbin sahibi, tacı-taxtısan.
Qəlbimin ən dərin bataqlığında
Mən artıq bilmirəm, görən varmısan?
(Vüqar Babazadə)

🎼Musiqi:
Sophia Tucker - Some of these day

🎥Film:
Baharın 17-ci anı
(Soundtracki də möhtəşəmdir)


Bədbəxtliyin səbəbləri. Niyə xoşbəxt olmuruq? (Oxunma müd: 2 dəq)
(Mənbə: Bertrand Russell - Mutlu olma sanatı)

Heyvanlar sağlam və tox olduqları müddətdə xoşbəxtdirlər. Düşünəndə buna insanların da xoşbəxt olmaqları lazımdır, amma günümüzdə belə olmadığı, daha doğrusu böyük çoxluğun xoşbəxt olmadığı görünür. Siz xoşbəxt deyilsizsə, bir tək özünüzün bu vəziyyətdə olduğunuzu düşünməyin. Əgər xoşbəxtsizsə, tanıdıqlarınızdan neçəsinin xoşbəxt olduğunu düşünün. Dostlarınız düşünərkən üz cizgilərini oxumağa, günlük həyatda qarşılaşdığınız adamların ruhi vəziyyətlərini sezməyə çalışın. Blake bir şeirində belə yazır: "Hər gördüyün çöhrə hüzn göstəricisidir."
Ortalama insan ömrü 70 ildir. Bu gün 20-25 yaşındasınıza, geriyə qalır 45-50 il.
Bəs bu 45-50 ildə necə xoşbəxt ola bilərsiz? (Əlbəttə bunu öz həyatınız üçün ən yaxşı siz bilərsiz. Mən psixologiyanın və fəlsəfənin dediklərini deyirəm)
Bertrand Russell yazır:
"Yeniyetmə dövrlərimdə həyatdan nifrət edir, tez-tez özümü öldürmək haqqında düşünürdüm. Özümü öldürmədimsə, bir az daha riyaziyyat öyrənmək istədiyim üçündür. İndi isə tam əksinə, həyatdan zövq alıram və hər keçən il bu həzz daha da artır. Bu da həyatda ən çox nələri istədiyimi kəşf etməmə və bir çoxunu ələ keçirdiyimə görədir. Ayrıca bəzi istəklərimi, məsələn bir şey haqqında hər şeyi bilməyim, şübhəsiz bilgi sahibi olmaq kimi, əldə edilməsi mümkünsüz arzularımı kənara atdım. Amma ən çox, özümü düşünmə huyundan əl çəkməyin yararı oldu. Hər adi bir insan kimi, mən də günahlarım, dəliliklərim, seçimlərim, səhvlərim və düzlərim üzərində düşünürdüm. Öz gözümdə şübhəsiz haqlı bir yanı olmayan insan idim. Sonra yavaş yavaş özümə də, qüsurlarıma da aldırış etməməyi öyrəndim. Diqqətimi çöldə olan şeylərə yönəltməyə başladım. Məsələn, dünya vəziyətləri ilə, maraqlandığım elmlərlə, xoşladığım insanlarla maraqlanmağa başladım. Xarici maraqların da insana bəzi əzablar çəkdirdiyi doğrudur: Dünya savaşa sürüklənə bilər, bəzi şeylərdə zəif ola bilərsiz, dostlarınız ölə bilər. Bu cür əzablar həyatın keyfiyyətini yox etmirlər. Amma məsələn özümüzə qarşı nifrət həyatın keyfiyyətini aşağı salır. Üstəlik canlı qaldığı müddətdə xarici maraqların hər biri bəzi çabalara yol açır ki, bunlar da can sıxıntısına qarşı ən yaxşı qoruyuculardır. İnsanın özü ilə maraqlanmağı isə, heç bir zaman səmərəli bir axtarışa yol açmaz. Ancaq, xatirə dəftəri tutmağa, psixoloqa görünməyə, bəlkə də özünü dinə həsr etməyə səbəb ola bilər. Nə var ki, dini yaşamın günlük axtarışları mənliyini unutdurana qədər insan xoşbəxt olmaz. Dindən irəli gəldiyi sanılan xoşbəxtliksə, təmizlik işçiliyi ilə də əldə edilə bilər. Təbii ki, fərd bu işdə işləmək məcburiyyətində olduğu şərti ilə."
Xoşbəxtliyi öz içinizdə axtarın. Xoşbəxt insan, başqalarını qarşılıqsız sevən bilən insandır. Xoşbəxt olmağa çalışmayın. Qədim bir hind inancına görə, istədiyin hər şeydən əl çəkdiyin andan etibarən, həyat onu durmadan sənə təqdim etməyə başlayacaqdır.


Mövzu nə olsun?
Опрос
  •   Bədbəxtliyin səbəbləri. Niyə xoşbəxt olmuruq?
  •   İnsanların ölmədən əvvəlki 5 peşimançılıqları.
33 голосов


📝şeir: Elşən Yusibov
Ver mənə əlini, girək qol-qola
Çıxaq bilmədiyim uzun bir yola
Gedək bu diyardan, baxmadan dala
Burdakı hər şeydən bezməyi öyrət,
Mənə gözlərində üzməyi öyrət.

Köhnə günahları ataq dənizə
Kiramən-katibin dost olsun bizə.
Gözlərin danışsın, hacət yox sözə!
Qəlbindən keçəni sezməyi öyrət
Mənə gözlərində üzməyi öyrət.

🎼 Musiqi:
Sezen Aksu - Haydi gel benimle ol

🎥Film:
Zerkalo


❓sual:
Nədən qorxursuz?

Показано 20 последних публикаций.

115

подписчиков
Статистика канала