Faktlarla - Operativ Xəbərlər 🇦🇿


Гео и язык канала: Азербайджан, Азербайджанский
Категория: Новости и СМИ


🇦🇿 Ən son xəbərlər, Qarabağ və dünya xəbərləri, eksklüziv siyasi və iqtisadi icmallar.
Kanalın chatı https://t.me/faktlarlachat
Əlaqə @Lineboot maraqlı məlumat və xəbər göndərə bilərsiz

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Азербайджан, Азербайджанский
Категория
Новости и СМИ
Статистика
Фильтр публикаций


⚡️⚡️Suriyada tələbə yataqxanasının ərazisi atəşə tutulub, ölənlər var.

Bu barədə “SANA” məlumat yayıb.

Məlumata görə, Hələb Universitetinin tələbə yataqxanasının ərazisinin “terrorçu qrupları” tərəfindən atəşə tutulması nəticəsində ikisi tələbə olmaqla, dörd mülki şəxs həlak olub.


❗️🇦🇿 Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Milli Qəhrəman Natiq Qasımovun adı verilib


🔴 Milli Məclis “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsini üçüncü oxunuşda təsdiqləyib

Parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xidmətin keyfiyyətinə dair tələblərə uyğunlaşdırılır.


❗️ Milli Məclis Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsasların yaradılmasını son oxunuşda təsdiqləyib

Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


📢 “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər son oxunuşda təsdiqlənib

Milli Məclis “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliyi son oxunuşda təsdiqləyib.

Parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.

Qeyd olunub ki, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.


🇦🇲 Ermənistan hakimiyyəti beynəlxalq tədbirlər üçün respublikanın rəsmi himnini yeniləyib


📃📃📃 Qısa yazı

Bu yazını bizim içimizdə olan sözdə humanist "həmvətənlərimizə" aid edirik. Bizim erməni xislətinə qarşı sərt reaksiyamızı oxucularımız bilir. Bizi narahat edən məsələ odur ki, biz Paşinyanın saxta "sülh" göyərçini olmasını deyəndə, bəzi "həmyerlilərimiz" "əşi düz edir" "biz istəmiri" "silah almaq haqqıdır" bu tip sözlərlə bizə irad bildirirlər. Az qalırlar İrəvanda yaşamın daha məqsədə uyğun olduğunu sübut etsinlər. Adi erməni futbol klubunun böyük hesabla uduzmağını paylaşanda bizə etiraz edirdilər "idmandı qaqa" "guya özümüzdə fərlidi" və bu tip yanaşmalarla.
‼️ Siz anlamırsız ki, siz özünüz istəmədən erməni xislətinin uydurma nağıllarına inanıb qurban olmusuz. 300 ildir qanımızı axıdan biri bizə dost ola bilməz. 4 ildir sülhə imza atılmır. Durmadan silahlanır. Siz isə nağıllara inanırsız. Girin erməni seqmentinə baxın görün dünən Qarabağın Liona uduzmasını necə ələ salıb gülürlər. Lakin biz yazanda siz durub bizi danlayırsız ki, siz bilmirsiz günah onlarda yox bizdədir. Açın gözlərinizi baxın. Ayılın..


⚡️⚡️MN: Azərbaycan Ordusunun müxtəlif bölmələrinin taktiki-xüsusi təlimi keçirilib


⚜️Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.

Onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Orucov Həbib İlham oğlunun ölümü ilə bağlıdır.

Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq O.Rzalının digər tükürpədici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, H.Orucov noyabrın 9-da dünyasını dəyişib. Rəsmi məlumatda onun odlu silahdan açılmış atəş nəticəsində öldüyü qeyd edilib.

📃📃📃 @faktlarla


‼️❌ Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası fəaliyyətini dayandırıb.


⚡️⚡️Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan və Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.


⚡️⚡️ Aİ-nin Gürcüstandakı səfiri hökumətin ittifaqa üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb

Bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Gerçinski bildirib.

Onun sözlərinə görə, Aİ Gürcüstana üzvlük üçün namizəd statusu vermişdi və dünən baş verənlər açıq şəkildə Gürcüstanın əvvəlki hökumətinin siyasətinə ziddir, eyni zamanda Gürcüstan xalqının əksər hissəsinin iradəsi ilə ziddiyyət təşkil edir.


‼️‼️Bakıda mənzildən 109 yaşlı qadının meyiti tapılıb.

FHN-ə Binəqədi rayonu, Azadlıq prospektində vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xilasedicilər tərəfindən 1915-ci il təvəllüdlü Əhmədova Nübarın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🇦🇿Kəlbəcər


DƏHŞƏT‼️‼️Bakıda 27 yaşlı oğlan ögey anasını qətlə yetirdi.

Noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan bildirilib ki, araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi bas‌lanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


⚡️⚡️Dövlət sərhədini pozaraq ölkəyə narkotik keçirmək istəyənlər saxlanılıb


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
‼️Tiflisdə aksiyaçılarla polis arasında toqquşma oldu


‼️Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin


‼️🇦🇿Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə - 200 nəfər köçürülüb.


🔴Britaniya İraqla qanunsuz miqrantlara qarşı mübarizə üçün müqavilə imzalayıb

Показано 20 последних публикаций.