📢 “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər son oxunuşda təsdiqlənib
Milli Məclis “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliyi son oxunuşda təsdiqləyib.
Parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.
Qeyd olunub ki, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.