İRS • Azərbaycan


Гео и язык канала: Азербайджан, Азербайджанский
Категория: Познавательное


Türkcə arı: @irs_purizm_bot
Bağlılıq: @Ej_Shahid
Biz:
Yandeks Dzen: http://zen.yandex.ru/id/5d07ad38a9b2fb0deceabbbe
VK: vk.com/irs_azerbaijan
Tviter: twitter.com/irs_azerbaijan
İnst: instagram.com/irs_azerbaijan

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Азербайджан, Азербайджанский
Статистика
Фильтр публикаций


Репост из: Azerbaijan DNA
☘️ В преддверии Новруза мы разыгрываем ДНК-тест среди подписчиков. Условия очень просты: нужно в комментариях в подробности расписать из каких регионов и сёл (также если имеются знания о племенах и родах) ваши две бабушки и дедушки и привести одного человека на наш канал.

Выиграет тот у кого происхождение будет самым интересным. Результаты мы объявим 20 марта в день праздника.

———

☘️ Novruz bayramı ərəfəsində izləyicilərimiz arasında DNT test müsabiqəsi keçiririk. Şərtlər çox asanddır: iki baba və nənənizin hansı rayondan və kənddən (əgər bilirsinizsə, tayfalarını və nəsillərini də) olduğunu şərhlərdə ətraflı yazıb, həm də bir nəfəri kanalımıza gətirməlisiniz.

Ən maraqlı mənşəyə sahib olan insan qalib gələcək. Nəticələri 20 mart bayram günü elan edəcəyik.

Azerbaijan DNA

516 0 1 22 11

Bu gün Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın şəhid olmasından 220 il keçir!

Məkanı cənnət olsun!

@irs_azerbaijan

5k 1 27 127 146

Hər şey o gün başladı…

Həmrəylik günümüz qutlu olsun!

@irs_azerbaijan

4.7k 1 12 19 126

Видео недоступно для предпросмотра
Смотреть в Telegram

3.8k 0 18 28 71

Bu yaxınlarda Qərbi Azərbaycanın qondarma Baş naziri Nikol Paşinyan Zəngibasar mahalının Cəfərabad kəndində yerləşən, 1413-cü ildə tikilən Pir Hüseyn Qaraqoyunlunun türbəsini rəsmi şəkildə Azərbaycan mədəniyyətinin bir hissəsi kimi təmsil edəcəyini söyləyib. Qeyd edək ki, 2012-ci ildə türbə Türkmənistana verilmişdi.

Bu sözlərdən sonra Qərbi Azərbaycanın Türkmənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ondan açıqlama verməsi tələb olunub. Bu məsələ ilə bağlı Türkmənistan Elmlər Akademiyasından Qərbi Azərbaycan Elmlər Akademiyasına, Etnoqrafiya və Arxeologiya İnstitutuna da zənglər və rəsmi məktublar daxil olub, burada mütəxəssislər şok vəziyyətindədir və türkmən həmkarlarına Baş nazirlə əlaqə saxlamağı məsləhət görürlər.

@irs_azerbaijan

3.9k 0 16 73 51

Репост из: Azerbaijan DNA
Сегодня нашему каналу исполняется ровно год! За это время мы опубликовали сотни результатов и проконсультировали огромное количество людей. Полученные результаты внесли большой вклад в изучение генофонда азербайджанского народа и помогли лучше изучить нашу историю. За этот год мы собрали 155 образцов Y-хромосомы у азербайджанцев и представляем вам их:

J1 — 16
G2a — 9
J2 — 32
N — 17
G1 — 1
R1a — 11
R1b — 21
I2 — 2
L — 4
O — 5
H — 5
E — 11
C — 4
Q — 5
I1 — 2
T — 7
D — 1
B — 1
R2 — 1

———

Bu gün bizim kanalımızın bir yaşı olur! Bu il ərzində yüzlərcə nəticə paylaşıb, bir çox insana test verməyə kömək etdik. Topladığımız nəticələr Azərbaycan xalqının genofondunun araşdırmasına böyük töhfə vermiş, tariximizin daha yaxşı öyrənilməsinə kömək etmişdir. Bu il ərzində biz azərbaycanlılardan 155 Y-xromosom nümunəsi toplayıb sizə təqdim edirik:

J1 — 16
G2a — 9
J2 — 32
N — 17
G1 — 1
R1a — 11
R1b — 21
I2 — 2
L — 4
O — 5
H — 5
E — 11
C — 4
Q — 5
I1 — 2
T — 7
D — 1
B — 1
R2 — 1

Azerbaijan DNA


İraqda “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” kitabının təqdimatı keçirilib

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA) və İraqın Telafər Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə İraqın Telafər şəhərində “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və ərəb dillərində hazırlanmış kitab İraq türkmanlarının tarixini, onların demoqrafik, mədəni və etnoqrafik vəziyyətini, eləcə də Azərbaycan xalqı ilə ortaq mədəni irsini, ölkələrimiz arasındakı tarixi əlaqələri əks etdirən məqalələr toplusundan ibarətdir. Kitaba 12 tanınmış iraqlı türkman və eyni sayda azərbaycanlı tədqiqatçı tərəfindən hazırlanmış 12 tədqiqat məqaləsi daxil edilib.

Tədbirin açılış mərasimində ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov və Telafər şəhərinin meri Nəşad Əl-Qasab çıxış edərək Azərbaycan xalqının tarix boyu türkmanlara doğma münasibətlərindən bəhs ediblər.

@irs_azerbaijan


Qarşınızdakı 1320-ci ildə venesiyalı Marino Sanuto tərəfindən çəkilən dünya xəritəsidir. Üzərində Bolqarçay yaxınlığında latınca belə bir yazı var: «planities Mogan, in qua tartari hyemant», yəni «tatarların [türklərin] qışladığı Muğan düzü».

@irs_azerbaijan

3.2k 0 18 35 74

Bərdə şəhərində axan #Tərtər çayın ortasında 7-ci əsrdə tikilmiş əski körpü yerləşir. Maraqlısı odur ki, körpü başqa tərəfə gedir, bu Tərtər çayının yönünü dəyişməsi ilə bağlıdır. Körpü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülmüşdür. Bərdə şəhərinin qədim hissəsi orta əsrlərdə olduğu kimi, müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunmuşdur. Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, şəhərin qala qapıları Şərqə doğru açılıb.

Körpünün tək mənfi tərəfi üstündə gələn-gedən insanlar tərəfindən qoyulan yazılardır.

@irs_azerbaijan


Şəkildə gördüyünüz Bərdə rayonundakı Otuzikilər kəndində yerləşən Qurbanəli bəy türbəsidir. 1930-cu illərdə bolşeviklər tərəfindən kənddə eləcədə Qarabağ ərazisində kifayət qədər tanınmış Sartel Aslan və oğlu qətlə yetirilmişdir. Qurbanəli Xozeyin isə əvvəl İrana ondan sonra isə Türkiyəyə gedərək mühacir həyatı yaşamışdır və 1960-cı ildə vəfat etmişdir.

Kənddə bizə türbənin daha qədim olduğunu demişdilər. Açığı kənddə daha çox Otuziki tayfa birliyinin törəmələrini görməyi gözləyirdik, amma nəticədə başa düşdük ki, əsas əhalisi gəlmə qarapapaqlar və qərbi azərbaycanlılardır. Həm də kəndin nəsillərini də öyrənə bildik:

1. Qarapapaqlı
2. Sadıxlı
3. Amanlar
4. Sarıvəlili
5. Hacıalılar
6. Barallar
7. Bodaralar
8. Əfşarlar
9. Vedililər
10. Xaxıstılar
11. Cırıllar
12. Hantlılar
13. Bozbalılar
14. Kəbirli
15. Seyidlər (8 ocaq)

#azerbaycan_tarixi

@irs_azerbaijan


Gəncəbasara həsr olunmuş məşhur «Северный Арцах» («Quzey Arsax») kitabının müəllifi erməni araşdırıcısı Samvel Karapetyan haqqında az insan bilir. Nə qədər boş və gülməli səslənsə də, əsər diqqətə layiqdir. Karapetyan hələ Sovet dövründə yüzlərcə material yığıb və şəkil çəkmişdi, hətta heç yerdə adları çəkilməyən Azərbaycan kəndləri haqqında belə daha çox bilgi vermişdir. Araşdırıcı vaxtında yetərincə məşhur idi və onunla öz söhbətini Tom de Vaal «Black Garden» kitabında təqdim edir:

«Buna baxmayaraq o, öyrənmək istəyirdi ki, sülh razılaşması olarsa, erməni tərəfini nə gözləyə bilər. Mən cavab verdim ki, bu halda ermənilər Dağlıq Qarabağ ətrafında ən azı altı işğal olunmuş rayonu geri qaytarmalı və ora yüz minlərlə azərbaycanlı qaçqınların qayıtması ilə razılaşmalı olacaqlar. "Hətta Kəlbəcəri də?" - Samvel xəbər aldı. Mən başımla işarə etdim. "Bu mümkün deyil!" - o, bildirdi. O, müharibədə iştirak etməmişdi. Lakin 1993-cü ildə Kəlbəcər rayonu "azad ediləndən" sonra, o, tamamilə boşaldılmış rayona gedib, yüzlərlə erməni qəbirləri, kilsələri və fraqmentlər tapmışdı. Onun fikrincə, bunlar erməni incəsənətinin tarixi varidatıdır və ermənilərdə qalmalıdır.

Lakin tarix bu günümüzə hansı iddia irəli sürə bilər? Son yüz il ərzində heç bir erməninin yaşamadığı Kəlbəcəri "erməni" rayonu adlandırmaq nə dərəcədə düzgündür? Mən Samvelə dedim ki, əlli min azərbaycanlı və kürdlərin qovulduğu Kəlbəcəri "azad edilmiş" ərazi adlandırılması ilə razılaşa bilmərəm və bildirdim ki, bütün bu insanların doğulduqları evlərdə yaşamaq haqqı var. Lakin Samvel üçün tarix zəmanəmizdən daha üstün idi. Bu insanlar onun üçün "türklər" və işğalçılar idi. O, danışır ki, Azərbaycana avtobusla səyahət etdiyi vaxtlarda gec-tez oturacağım başqasına verirdi. "Hər bir türk və ya azərbaycanlı bir parça torpaq istəyir: "Yaşamaq üçün bir tikə torpaq verin!" Bir neçə ildən sonra məlum olur ki, sənin yalnız balaca sahən qalıb, bütün torpaqlar isə ondadır"».

Təəsüf ki, Karapetyan 27 fevral 2020-ci ildə vəfat edərək Azərbaycanın Kəlbəcəri və Qarabağın qalan hissəsini necə azad etdiyini görmədi.

#qarabağ

@irs_azerbaijan

2.1k 0 12 11 44



"Azərbaycanın azad olunması" plakatı. Rəssamı Əzim Əzimzadə, 1921 il.

Yazının (sağdan sola) latına çevrilməsi:

«Azərbaycan ictimai şura cümhuriyyəti.
Cümlə cihan füqərayi-kasibələri bitrləşiŋ!

Yoldaşlar, hər bir namuslu və qeyrətli vətəndaş vətəninə olan borcunu - əsgərliyini - ifa etməlidir.

Yoldaşlar Azərbaycan qırmızı ordusuna yazılıŋız
.....

Qırmızı əsgər - qırmızı bayraq altında vuruşan əsgərlər mədənlərimizi saxlayacaqdır.

Əsgərliyə (???) cəvanlar, yaşasın zəhmətkeşlərin xilaskarı olan sosialism.

Kəndli, biçin vaxtı qurtardığına görə orağını buraxıb tüfəng götürməliyəm.

Kəndli balalarım siz və azad salamat yaşadığınız üçün mən əsgər gedirəm.

Qırmızı əsgər, qırmızı bayraq altında çarpışan qırmızı əsgəriŋ qarşısında kimsə durmaz qaçar.

Qırmızı əsgər, əsgərlik vəzifəsini yerinə yetirdikdən soŋra ailəmlə bir yerdə yaşamaq nə böyük xoşbəxtlikdir
»

#afiş #incesenet #sovet #azerbaycan_dili

@irs_azerbaijan

3.5k 2 21 63 48

"Keçmiş günlər", yazanı: Hüseyn Mirzə Cəmalof. Azərnəşr, 1925 il, Baku.
(orijinal orfoqrafiyasını saxlayıram)

Keçmiş paylaşımıŋ davamı olaraq, gəliŋ bu kitabdakı orfoqrafiyasıŋa, özəlliklə sağır-nun hərfinə fikir verək.
(sözün ortasında belə yazılır ـڭـ; sözün soŋunda belə yazılır ـڭ)

0 - biŋ (بيڭ)
1 - adamıŋ (آدامیڭ)
2 - səniŋkilırdəndə (سنیڭکیله‌رده‌نده)
3 - səniŋlə (سنیڭله)
4 - hacınıŋ (حاجی‌نیڭ)
5 - oŋa (اوڭا)
6 - soŋra (سوڭرا)
7 - soŋ (سوڭ)

Gördüyümüz kimi, sağır-nun tək mənsubiyyət halı göstərmək üçün deyil, hətta bəzi sözlərin kökündə də yazılırdı.
Aŋlam, soŋ, doŋ (buz, şaxta mənasında), dəŋiz, miŋ/biŋ (həm miŋmək həm 1000 aŋlamlarda) və b. sözlərdə ŋ hərfi (və bəzi ləhcələrdə səsi) var və bu kitabda, uzun ənənəni davam edərək, sağır-nun yazılır.

#azerbaycan_dili #ŋ #azerbaycan_edebiyyati

@irs_azerbaijan

2.9k 1 21 45 40

Azərbaycan türkcəsində şurəvi (sovet) işğalından soŋra yox olan dil özəllikləri.

1. ŋ hərfi
Ərəb qrafikasıyla bütün müsəlman türklərində ڭ kimi yazılan və səğir/sağır-nun kimi adlanan bu hərf, 1922 ildən soŋra bütün sovet türkləri üçün qəbul olunan "yeŋi əlif" adlanan latın əlifbasında "ŋ" kimi yazılırdı.

Bu hərf mətndə böyük dəqiqləşdirici funksiya daşıyırdı. Sağır-nun (ŋ) dilimizdəki hal (yiyəlik, təsirlik) və mənsubiyyət (ikinci və üçüncü şəxsin təki) şəkilçilərini ayıran hərf idi. Hər iki şəkilçinin sadəcə n-lə yazılması dilimizdə məna, anlam dəyişikliyi, qarışıqlığı yaradır. Və indiki "n" onu əvəz etmir, mətn dəqiqliyi itirir və bir cümlə iki mənalı olur.
Məsələn:
“ananın”“anaŋın” sözlərini götürək. Birinci sözdəki “-nın” yiyəlik hal şəkilçisidir (ananın zəhməti danılmazdır), ikinci nümunədə “-ŋın” mənsubiyyət şəkilçisidir ((səniŋ)anaŋın zəhməti danılmazdır) və mənsubluq bildirir. Birinci misalda konkret şəxsə müraciət, xatırlatma yox, ümumi mənada, hansısa bir ananın zəhmətinin danılmazlığı ifadə olunur. kinci misalda isə bu, artıq konkret şəxsə müraciətlə xatırladılır, deyilir, aid edilir…
Başqa örnək:
"Qapını ört" və "qapıŋı ört". Birincisində bəlli deyil hansı otağın qapısını örtməliyəm: öz otağımıŋ yoxsa ümumi olaraq evin hansısa otağıŋ qapısı? İkinci cümlədə isə ŋ hərfi mənsubiyyəti bildirir. Aydındır ki qapı məŋə aiddir və mən öz qapımı örtməliyəm. Ədəbi dildə bu tam fərqli 2 məna bir cür yazılır: qapını ört. Danışıq dilimizdə isə (bizim ləhcəmizdə) bu cümlə hər iki anlam üçün fərqli deyilir. Əgər qapı mənimdirsə, məŋə deyəcəklər: "qapuvu ört". Əgər söhbət mənim otağımıŋ qapısından getmirsə, deyəcəklər qapnı/qapıyı ört.

Sağır-nun hərfi müxtəlif şəkildə orxon-yenisey mətnlərdən tutmuş 1938 iləcən azərbaycan dilində yazılırdı. 1938-ci ildə kiril əlifbasına keçəndən soŋra, əfsus, bu hərfi yox etdilər... Böyük ehtimal şurəvi Azərbaycanıŋ paytaxtıŋda ŋ (nq) səsi tələffüz edilmədiyi üçün və sovet dilçiləriŋ ŋ hərfiŋ qramatik önəmliy nəzərə almamaqlarıŋa görə sağır-nun ləğv edilib unudulmuşdur.
Qeyd etmək gərəkdir ki sağır-nun səsi hələ də yayğın şəkildə Quzey Azərbaycanıŋ batısında (Gəncəbasar, Qarabağ, Borçalı) və Güney Azərbacanıŋ güneyində (həmədanlılarda, qaşqayılarda, xələclərdə, xorasanlılarda) deyilir. Qaşqaylarıŋ yazılarında isə ŋ səsi "ng" (نگ) kimi yazılır (bax).

Ardı var...

#azerbaycan_dili

@irs_azerbaijan

2.3k 0 13 39 40

Mustafa Kamal Paşa 1920-ci il avqustun 14-də TBMM-də çıxışı zamanı Gəncədəki anti-bolşevik üsyanı sərt tənqid edir.

Müsavata ingilislərə bəndəlik etməkdən zövq alanlar adlandırır, Nuru paşanı da ingilislərin əlaltısı adlandırır.

#tarix #sened #turkiye_tarixi

@irs_azerbaijan

1.9k 0 38 634 33

«Azərbaycan Hökumət Cümhuriyyəsi

Dar-Səadət* qonsulusxanəsi»

* — İstanbul
İl bəlli deyil.

#foto #axc

@irs_azerbaijan

2.2k 0 10 32 45

İllərlə dediyimiz fikir, deyəsən, millətə çatmağa başladı¿

@irs_azerbaijan

2.5k 0 23 268 70
Показано 18 последних публикаций.

2 933

подписчиков
Статистика канала