Postlar filtri


⚡️İranın Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana səfəri zamanı bildirib ki, İran regionda tarixi sərhədlərin dəyişdirilməsinə qarşıdır.


İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verib❗️

Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm


Ovqat.com dan repost
Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.

🔰@ovqatcom


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
🇦🇿 İradəmiz dəmir, gücümüz qırılmazdır!


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Türkiyədə bir qadın boşanma ərəfəsində olduğu avtobus sürücüsü ərini bıçaqlayıb.


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
🔥Öz evinə od vuran şəxs, videonu "Tiktok" sosial şəbəkəsində paylaşıb


📰 İranlı general Suriyada məğlub olduqlarını etiraf edib və Rusiyanı ittiham edib — "The New York Times" yazır.

Sepah generalı Bəhruz Esbatinin Tehranda məsciddəki nitqi mediaya sızıb.

General çıxışında Rusiyanı İsrailə yardım etməkdə ittiham edib.

Onun sözlərinə görə, İsrail İranın Suriyadakı hərbi obyektlərinə hücum edərkən, Rusiya radarları söndürərək İranın HHM sistemlərini sıradan çıxarıb.

Bundan başqa Rusiya qırıcıları avizərbələri silahlı üsyançılara deyil, açıq sahələrə endirib.


Təbriz küçələri: “Dəməşqin Fatehi Ərdoğan” ,“Qarabağ Qəhrəmanı Əliyev”

2k 1 10 1 42

CSSC Baku dan repost
2025-ci ildə Ermənistanla münasibətlərin əsas məqamları

Azərbaycan Prezidenti İlham Əliyevin üç dildə müsahibəsində Ermənistanla münasibətlər mövzusuna həm ikitərəfli əlaqələr, həm də regional proseslər kontekstində diqqət yetirildi.

Sülh müqaviləsinə dair...

Azərbaycanın şərtləri ötən ilin sonunda ifadə olunub (2*2):

- birbaşa sazişdə bu, üçüncü qüvvələrin sərhədə yaxınlaşmasına imkan verməmək və beynəlxalq instansiyalarda qarşılıqlı iddialardan əl çəkmək;

- sülh prosesində isə sazişin imzalanmasından əvvəl ATƏT-in Minsk qrupunun buraxılması və Konstitusiyaya düzəlişlərin edilməsidir.

Prezident İlham Əliyev qeyd etdi ki, mövqe dəyişməyəcək və onu dəyişə biləcək heç bir xarici qüvvə yoxdur. Azərbaycanın yanaşması belədir: Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, deməli, bizə də lazım deyil. Biz onu imzalamadan da yaşaya və siyasətimizi davam etdirə bilərik.

Ermənistanın demilitarizasiyası

Prezidentin çıxışlarında bu mövzuya geniş yer verilir ki, bu da məsələnin olduqca vacibliyini göstərir. Vaxtilə dövlət başçısı Fransadən gələn neqativ barədə xəbərdarlıq etmiş, yalnız il yarım sonra Makronun Qarabağda olmayan hadisələri tanımaqla Azərbaycanı təhdid etdiyini açıqlamışdı. Bu o deməkdir ki, demilitarizasiya mövzusunda da hələ açıqlanmayan bir sıra məqamlar var. Prinsipcə, onlardan bəzilərini təxmin etmək olar:

- Qərbdə çoxları deyir ki, Azərbaycan bu tələbi ilə “həddi aşır”. Ermənistan suveren dövlətdir və silah əldə etmək hüququna malikdir.

Bəli, bu doğrudur. Amma Ermənistanın qurucusu Levon Ter-Petrosyanın dediyi kimi, bu dövlətin yaradılış ideologiyasının əsasında “azərbaycanlılardan təmizlənmiş ölkə” kimi nasist bir prinsip dayanır. Ermənistan Konstitusiyasında isə ərazi iddiası var. Bu gün Paşinyan hakimiyyətdədir, bəs sabah?! Silahlar Paşinyandan sonra da Ermənistanda qalacaq. Gəlin Ermənistan müxalifətinə baxaq, istər rusiyapərəst olsun, istərsə də Qərbpərəst - hamısı revanşistdir, yəni indi əldə edilən silahlar gələcəkdə təhlükə yaradacaq.

- Azərbaycan Prezidenti qlobal geosiyasətdə baş verən dəyişiklikləri və bu kontekstdə Ermənistanın hərbiləşdirilməsinin yeni çalarlarını vurğuladı. Ermənistan 25 ildir ki, Rusiya tərəfindən proksi kimi istifadə olunur və indi Fransa, Hindistan, İran və ABŞ-a yönləndirilir. Sabah bu dövlətlərin Ermənistanı Azərbaycana qarşı proksi kimi istifadə etməyəcəyinə zəmanət varmı?!

- Azərbaycan və Ermənistanın hərbi büdcələrinin fərqi ilə bağlı arqumentlər aktual deyil. Çünki Paşinyan 2019-cu ildə bu fərqin daha çox olduğu bir vaxtda da Qarabağda “miatsum” bağırırdı.

Ermənistan Azərbaycanın Aİ və Fransa ilə münasibətlərində mövzuya çevrilib. Bu bir reallıqdır, çünki Aİ və Fransa bu istiqamətdə hər cür səy göstərib. Üstəlik, bu səylər daha çox Qarabağa görə idi. Bakı Fransanın BMT Təhlükəsizlik Şurası və Qranada bəyanatındakı “xidmətlərini” unutmayıb. Biz Aİ-yə xəbərdarlıq etmişdik ki, belə bir siyasət uğursuzluğa gətirib çıxaracaq və vəziyyəti daha da çətinləşdirəcək.

Aİ-nin Ermənistandakı missiyası Bakını qıcıqlandırır və prezident bunu, eləcə də sərhədə baş çəkən xarici dövlət başçılarını xüsusilə qeyd etdi. Görünür, Bakı Ermənistandan gələn təhlükəni neytrallaşdırmaq üçün Aİ missiyasının maneə olmadığını göstərməyə hazırdır.

Sərhəd barədə...

Hökumət komissiyalarının növbəti iclası gözlənilir və bu, müsbət haldır. Azərbaycanın təklif etdiyi metodologiya İrəvan tərəfindən şifahi şəkildə qəbul edilib. Prinsipcə, sərhəd komissiyası, əslində, danışıqlar üçün yeganə substantiv platforma olaraq qalır.

De-fakto sülh vəziyyəti yaxın gələcəyin reallığıdır. Bəlli oldu ki, sülh müqaviləsi Ermənistan Konstitusiyası dəyişdirilənə qədər təxirə salınıb. Deməli, biz faktiki sülhü gücləndirmək barədə düşünməli, bu müddətdən ziddiyyətləri həll etmək üçün istifadə etməliyik. ATƏT-in Minsk Qrupunun buraxılması, Aİ-nin Ermənistandakı missiyasının formatının dəyişdirilməsi, sərhəddə yeni sahələrin delimitasiyası və hərbiləşmənin dayandırlması bu işdə kömək edə bilər.

@cssc_cqtm


⚡️⚡️AZAL Bakıdan Kazana uçuşları dayandırır


🛬⚡️ Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, pilot yaralanıb

Türkiyənin Bursa şəhərində təlim təyyarəsi eniş zolağından çıxaraq qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarənin pilotu yaralanıb. Onun həyati təhlükəsi yoxdur.


🇦🇿🇮🇷 İran prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib.


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Rusiyanın Sankt-Peterburq şəhərindəki Polşa Baş Konsulluğu fəaliyyətini dayandırıb.


❗️Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə-Torpaq çərşənbəsi isə martın 18-i olacaq

Belə ki, fevralın 25-də ilk - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu il üçün Azərbaycanda martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı kimi müəyyən olunub. Martın 23-ü və 24-ü şənbə, bazar gününə təsadüf etdiyindən ardıcıl olaraq 20, 21, 22, 23, 24, 25, 26 mart qeyri-iş günləri olacaq.


İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
❗️Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi ("Vətən-N Mühafizə” MMC-nin işçisidir) Nurəddin Cəlilov barışıblar.


🇹🇷🇸🇾 Suriyanın yeni lideri Əhməd Əl Şaraa ilk dövlət səfərini Türkiyəyə edəcək. Şaraa Türkiyədə Rəcəb Tayyib Ərdoğanla görüşəcək.


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
🔴İntihara cəhdin qarşısının alınması görüntüləri


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
#SONDƏQİQƏ

Türkiyə Suriyada terrorçulara qarşı hərbi əməliyyat keçirir

Suriyanın Malikiye xəttində YPG-yə məxsus avtomobil Türkiyə təhlükəsizlik qüvvələrinə məxsus PUA-lar tərəfindən hədəf alınaraq vurulub.


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
⚡️⚡️🇹🇷Türkiyə Qara, Egey və Şərqi Aralıq dənizində baş tutacaq Mavi Vətən təliminə başlayıb.

On gün davam edəcək təlimlərdə 90 gəmi və 50 təyyarə iştirak edəcək.

20 ta oxirgi post ko‘rsatilgan.