Əcəbsəndəl


Kanal geosi va tili: Ozarbayjon, Ozarbayjoncha


Oxuduqlarımdan ibarət raqu

Связанные каналы

Kanal geosi va tili
Ozarbayjon, Ozarbayjoncha
Statistika
Postlar filtri


Yaxşı müsahibədir


Mashalli dan repost
"If minimum wage workers pay the cost of sanctions, indeed you have a problem" ("Əgər sanksiyaların dəyəri minimal əməkhaqqı alan işçilərin çiyinlərinə düşürsə, deməli sizdə problem var") - bu yaxınlarda "Novaya Gazeta. Europe" Toma Pikettidən indi baş verən hadisələr ilə bağlı müsahibə gotürüb (ingilisrus). Bəzi fikirləri çıxmaq şərti ilə (misal üçün, özü qeyd edir ki, Qərb ölkələri riyakardır, özü də sonra deyir ki, "I think when Western countries look at this 10-20 years from now, they will feel very ashamed of how little has been done". Riyakarda birdən birə vicdan oyanır? Multfilmlərdə bu olur, amma kapitalistik cəmiyyətdə...) tamamilə razılaşmaq olar.

Əvvələ çıxardığım fikrə dair mən də bir neçə dəfə yazmışam. Avropada maraqlı bir vəziyyət yaranıb. Qiymət artır, amma hökumətlər müxtəlif spekulyasiyaların qarşısını almaq yerinə dövlət büdcəsi hesabına vətəndaşlara əlavə ödəmələr edir. Düzdür, vətəndaş nöqteyi-nəzərindən bu yaxşı addımdır - qiymət artır və hökumət dəstək göstərir. Reallıqda əgər dövlət özünü xüsusi subyekt hesab etsə idi, o inzibati üsullardan istifadə edib müvafiq enerji resursların qiymətini tənzimləyərdi (bir dəfə bu barədə yazmışam, enerji istehsalında maya dəyəri ciddi artmayıb. Nəticə etibarilə enerji şirkətləri rekord mənfəətlər əldə edirlər) və qiymət artımının qarşısını alardı. İndi isə faktiki dövlət büdcəsinin vəsaitləri (yəni əsasən siravi vətəndaşlardan toplanmış vergilər) müxtəlif sahibkarların ciblərinə axır (vətəndaşlara verilən əlavə ödəmələr vasitəsilə).

Bir tərəfdən bunu "sosial siyasət" adlandırırlar. Amma reallıqda sadəcə bir qrup sahibkarın qazancının artması deməkdir. Dövriyyədə boş pulların həcmi (maya dəyəri ki, artmır) artdıqca pul kanalları dolur və nəticə etibarilə inflyasiya artır (Piketti də qeyd edir ki, "It’s good to print money to solve the problem in the middle of an emergency" (fövqəladə vəziyyətin ortasında pul çap etmək problemi həll etmək cəhətindən yaxşı üsuldur"), amma həll yolu deyil). Bu da problemlərin daha da dərinləşməsinə səbəb olur..


Berlin konfransı. 17 iyul-02 avqust 1945-ci il
Hökümət başçılarının ikinci iclasından qeydlər. 18 iyul 1945-ci il. 16:18

Çörçill: Mən bir məsələni qaldırmaq istəyirəm. Fikir vermişəm ki, burada “Almaniya” sözü işlədilir. “Almaniya” indi nə deməkdir? Müharibədən əvvəlki mənada başa düşmək olarmı?
Trümen: Sovet deleqasiyası bu sualı necə başa düşür?
Stalin: Almaniya müharibədən sonra nədirsə, odur. Başqa Almaniya indi yoxdur. Mən belə başa düşürəm.
Trümen: 1937-ci ildə mövcud olmuş Almaniya haqqında danışmaq olarmı?
Stalin: 1945-ci ildə necədirsə elədir
Trümen: 1945-ci ildə o hər şeyini itirdi. Faktiki olaraq Almaniya indi mövcud deyil.
Stalin: Almaniya, necə deyərlər, coğrafi anlayışdır. Hələlik belə başa düşək. Müharibənin nəticələrini inkar etmək olmaz.
Trümen: Bəli, amma “Almaniya” anlayışına hansısa açıqlama verilməlidir. Mən güman edirəm ki, 1886-cı ilin və ya 1937-ci ilin Almaniyası indi olan, 1945-ci ilin Almaniyası deyil.
Stalin: o müharibə nəticəsində dəyişmişdir, biz onu belə qəbul edirik.
Trümen: mən bununla razıyam, amma yenə də, “Almaniya” anlayışı açıqlanmalıdır.
Stalin: Məsələn, Çexoslovakiyanın Sudet ərazisində alman administrasiyası olacaqmı? Almanlar ordan çexləri qovmuşdular.
Trümen: Bəlkə biz Almaniya haqda danışarkən müharibədən əvvəlki, 1937-ci ildə olan Almaniyanı nəzərdə tutaq?
Stalin: Formal olaraq belə başa düşmək olar, amma mahiyyət üzrə belə deyil. Əgər Köniqsberqdə alman administrasiyası peyda olarsa, biz onu qovacağıq, mütləq qovacağıq. 


Və masanın üzərində almalar...

Taleyin ironiyası: Gəncə və Dnepr qardaşlaşmış şəhərlərdir. 2005-ci ildən.

https://azerbaijan.mfa.gov.ua/az/ekonomichne-spivrobitnictvo/ukrayna-ve-azerbaycan-respublikasinin-regionlari-arasinda-emekdasliq


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Ukrayna azərbaycanlılarının yeni il təbriki


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Təbliğat videosu


Mashalli dan repost
ECONS maraqlı "Yeni il testi" hazırlayıb. Suallar aşağı-yuxarı "Yeni il iqtisadiyyatı" ilə bağlıdır. Hər bir halda fikrimcə onlarda maraqlı alınıb. Özüm də bir sıra heç eşitmədiyim faktlar barədə öyrəndim. Düşünürəm, istirahət günləri ərzində iqtisadi materiallar oxumaq istəyirsinizsə (testdə müvafiq məqalələrə və s. istinadlar da var), bu testdən başlamağa dəyər:

https://econs.online/tests/ekonomika-pod-yelkoy-test-na-novyy-god/


Əli Novruzovun kanalı dan repost
Leninin tapşırığı ilə Maksim Qorki 1906-da ABŞ-a gəlir, məqsəd də amerikan cəmiyyətindən Rusiya inqilabına maddi və mənəvi dəstək almaqdır. Əvvəlcə işlər super gedir, hətta Mark Tven kampaniyaya qoşulur. Sonra birdən məlum olur ki, sən demə Qorkinin yanındakı qadın onun rəsmi həyat yoldaşı deyilmiş, yumşaq desək, başqa qadındır. Skandal qopur, özü də nə skandal. Nyu York Taymsda hətta bir məqalə də var, immiqrasiya üzrə kommissardan soruşurlar ki, bu əxlaqsızlığa görə Qorkini Amerikadan deportasiya edə bilərsizmi, o məmur da cavab verir ki, sən allah məni qatmayın, nazir Metkalfa müraciət edin.


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Bu da ABŞın müvəqqəti işlər vəkilinin təbriki


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Britaniya səfiri təbrik edir


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Bahmut


Herman Hesse:
"Bir eşq var, bir güc var, bir xilas var, bir xoşbəxtlik var. Bunların çoxunu sizə ancaq bir pişik verə bilər".


Məşhur ukraynalı şair Şevçenkonun son işi: "Cənubi rus dili əlifbası". 1861-ci il.


O qədər Ukraynadan yazdım ki, ad günümdə də Kiyev tortu hədiyyə etdilər 😁


Əli Novruzovun kanalı dan repost
Bir gün Hüseyn Cavid səhər işə gedəndə görür ki, Karl Marks meydanında (indiki Fəvvarələr) Əliağa Vahid dostları ilə meyxana deyir. Özünü saxlaya bilmir, başlayır ağsaqqal tonunda nəsihət verməyə: Əliağa, sən böyük şairsən, belə olmaz, ayıbdır, yolverilməzdir və s. və i. a. və çıxıb gedir işə. Vahid də bu şeiri yazıb göndərir Cavid əfəndinin dalınca onun iş yerinə.

Vahid, mən o xakəm yenə meyxanədə bir gün, / Bir zövq yetər aləmə peymanəliyimdən.




In USAI package:
-45,000 152mm artillery rounds;
-20,000 122mm artillery rounds;
-50,000 122mm GRAD rockets;
-100,000 rounds of 125mm tank ammunition;
-SATCOM terminals and services;
-Funding for training, maintenance, and sustainment.


Papirus dan repost
🇺🇦❗️ Zelenskinin Baxmut səfəri


Nizami Kino Mərkəzində bu gün Türk Filmləri Həftəsinin açılışı oldu. İlk göstərdikləri film Türkiyənin 2021-ci il üzrə ən yaxşı filmi, Oskar namizədi "Bağlılık Hasan" filmi idi (rejissor Semih Kaplanoğlu, fotoda ortada). Növbəti dörd gün ərzində Nizami Kino Mərkəzində son illərin ən yaxşı türk filmlərini ödənişsiz izləyə bilərsiniz


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Bakhmutda ruslara qarşı tətbiq edilən HİMARS M30A1 raketi. Havada partlayır və 182 min volfram şariklər düşmənin əsgərini yaralayır və ya məhv edir

20 ta oxirgi post ko‘rsatilgan.

713

obunachilar
Kanal statistikasi