AZERBAIJAN 7/24


Channel's geo and language: Azerbaijan, Azerbaijani


🌐 ƏN SON XƏBƏRLƏR
☎️Əlaqə: @telgramhesapTR

Related channels  |  Similar channels

Channel's geo and language
Azerbaijan, Azerbaijani
Statistics
Posts filter


Video is unavailable for watching
Show in Telegram
Tatarıstanda çılpaq qadın liftə girərək kameranı sındırıb.


🇦🇿Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb.


Video is unavailable for watching
Show in Telegram
‼️Hindistanda hərbi zavodda partlayış: 8 ölü...




Forward from: APA
‼️ 🇦🇿🇮🇷 Azərbaycan səfiri İran XİN rəsmisi ilə görüşüb

https://apa.az/xarici-siyaset/azerbaycan-sefiri-iran-xin-resmisi-ile-gorusub-885873


Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ermənistana səfərə hazırlaşır.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

Onun sözlərinə görə, səfər yaxın həftələrdə planlaşdırılır.


Forward from: Operativ Media
⚽ "Qarabağ" UEFA Avropa Liqasında Liqa mərhələsinin 7-ci turunda Rumıniyanın FCSB komandasına 3-2 hesabı ilə məğlub oldu.


Hərbçimiz odlu silahdan açılan atəşdən öldü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Camal Nizami oğlu odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.


Forward from: APA TV
Video is unavailable for watching
Show in Telegram
İran səfirliyində şəhid olan Orxan Əsgərovun atası: Hökmün icrasında iştirak etmək istəyirəm


Video is unavailable for watching
Show in Telegram
Bakıda “Prius”la toqquşan avtomobil tərsinə çevrilib

Mirzəağa Əliyev küçəsində baş verən toqquşma nəticəsində "Chevrolet"  velosiped zolağındakı maneələrə ilişərək aşıb.


Forward from: APA
🇦🇿🇹🇷 Ceyhun Bayramov diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib

Görüşdə Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Boluda baş verən faciəvi yanğınla bağlı qardaş Türkiyə Respublikasına bir daha başsağlığı verib, dəhşətli hadisə nəticəsində vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa arzulayıb, Azərbaycanın hər zaman Türkiyə dövləti və xalqının yanında olduğunu vurğulayıb.

Səfir Cahit Bağcı Türkiyənin qardaş Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman qürurla xatırlayacağını diqqətə çatdıraraq, göstərilən dəstəyə görə təşəkkür edib, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqliyinə əlindən gələn töhfənin verilməsinə hazır olduğunu bildirib.


Video is unavailable for watching
Show in Telegram
Tbilisi Dövlət Universitetində imtahan otağında gərginlik yaşanıb

Universitetin təhlükəsizlik işçiləri ilə tələbələr arasında qarşıdurma baş verib, bu isə təhlükəsizlik işçilərinin "May Tələbə Hərəkatı"nın tutduğu imtahan mərkəzinin ərazisinə daxil olduqdan sonra baş verib.

"May Tələbə Hərəkatı" dünən imtahan otağını tutub və bu ərazini stul, masa və digər əşyalarla bağlayıblar. Hərəkatın məlumatına görə, bu gün universitetin təhlükəsizlik işçiləri həmin ərazini açıb.

Tələbələr etiraz edərək deyiblər: “Bu, normaldırmı? Bu hansı formada baş verir? Bu, universitetin təhlükəsizlik işçiləridir? Gəlin, indi imtahanınızı verin. Bizim tələbələrimizin təhlükəsizliyi necə qorunur?”

Xatırladaq ki, "May Tələbə Hərəkatı" dünən imtahan otağını tutub və orada dayanmalarına səbəb olaraq “öz həmyaşıdları hələ də həbsdə olduğu, yaşayış yerləri olmadığı, kifayət qədər təqaüd və digər maddi dəstək almadıqları halda dərs oxumağın mümkün olmadığını” bildiriblər.


Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb


Video is unavailable for watching
Show in Telegram
Bakının Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”nda bir neçə gündən sonra söküntü işləri başlayacaq.

Söküntü işləri başlamazdan əvvəl bazarda tiracətlə məşğun olan sahibkarlar Dərnəgüldə salınan yeni “Keşlə bazarı”nda fəaliyyət göstərəcəklər.

Yeni “Keşlə bazarı”nda yaxın günlərdə dükanların satıcılara təhvil verilməsi üçün hazırlıq işləri gedir.

Hazırda yeni salınan bazarda təmir işləri davam edir. Ərazidə xeyli sayda təmir-quruculuqla məşğul olan fəhlələr çalışır.

Qeyd edək ki, yanvarın 25-dən sonra köhnə “Keşlə bazarı”ndan yenisinə köçmək üçün məhsullar yığışdırılacaq. Bazar fevralın 1-dən fəaliyyətə başlayacaq.


Video is unavailable for watching
Show in Telegram
🎥 Pezeşkian Əhvazda məktəb tikintisində iştirak edib


"Azərişıq"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

Hadisə Pirallahı rayonunda qeydə alınıb.

"Azərişıq" ASC-də montyor işləyən Şakir Yunusov rayon ərazisində tranformatorda iş görən zaman elektrik cərəyanı vurub. Nəticədə Ş. Yunusov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Video is unavailable for watching
Show in Telegram
Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb

Bu gün Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasına yekun vurulub.
Birgə İqtisadi Komissiyasının həmsədrləri — Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında adıçəkilən komissiyanın 16-cı iclasının Protokolu imzalanıb.

İki ölkə arasında nəqliyyat, enerji, neft-qaz, su və kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra mühüm razılaşmalar əldə olunub.

Eyni zamanda, tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün preferensial ticarət müqaviləsinin mümkün qədər tez imzalanması barədə razılığa gəlinib.


Forward from: CSSC Baku
Yaxın Şərq getdikcə Cənubi Qafqaza yaxınlaşır

Cənubi Qafqaz bir neçə regional müstəvidə təmsil olunur - bu, Şərqi Avropa, postsovet məkanı, Yaxın Şərq və Mərkəzi Asiyadır. Artıq son üç onillikdir ki, bu bölgələrlə əlaqələr genişlənir. Son bir neçə ilin geosiyasəti isə Cənubi Qafqazı Mərkəzi Asiya, Avropa və Yaxın Şərqə daha da yaxınlaşdırıb.

Yaxın Şərqdə davam edən transformasiyaların dinamikası Cənubi Qafqaz ölkələrinin mütərəqqi iştirakını stimullaşdırır. Şübhəsiz ki, Cənubi Qafqaza ən çox təsir edən Suriyadakı vətəndaş müharibəsi olub. Azərbaycan vətəndaşları hər iki tərəfdən cihadçıların bayrağı altında döyüşüb; Ermənistanda Suriyadan olan qaçqınlar peyda olub, Suriya və Livan ermənilərinin silahlı birləşmələri Qarabağ müharibəsində iştirak edib, Ermənistan Rusiyanın silahlı kontingentinin tərkibində Suriyaya öz ordusunu göndərib.

Regionun qonşuları - Türkiyə, Rusiya və İran Suriya üzrə Astana qarşılıqlı fəaliyyət formatını rəsmiləşdiriblər ki, bu konsensus dolayısı ilə Cənubi Qafqaza da şamil edilib. Ötən ilin sonunda İran və Rusiya Suriyada məğlubiyyətə uğrayandan sonra isə vəziyyət dəyişib. Cənubi Qafqaza təsir edən yeni aktorlar və yeni ziddiyyətlər meydana çıxıb.

Hazırkı mərhələdə kürd məsələsi daha kəskin şəkil alıb, onun ətrafında “lehinə” və “əleyhinə” olmaqla koalisiyalar yaradılır.


Kürdlərin bölgədə harada və hansı vəziyyətdə olduqlarını qısaca qeyd edək:

- Türkiyədə - üçüncü ən populyar siyasi partiya və gizli terror təşkilatı var;
- İranda – onların parlamentdə vahid partiya kimi olmasa da, siyasi təmsilçiliyi mövcuddur, silahlı birləşmələri zəifdir;
- İraqda – iqtisadi resursları və güclü silahlı qüvvələri, xarici dünya ilə əlaqələri olan tam muxtariyyətə malikdirlər, lakin dənizə çıxışları yoxdur;
- Suriyada - ABŞ-ın dəstəyi ilə silahlı birləşmələr yaradılıb, təbii məskunlaşma arealından daha böyük ərazilərə nəzarət edirlər və dənizə çıxışları yoxdur.

Bu gün Suriyada “yerdə” təmsil olunanalar Türkiyə, İsrail, ABŞ və bu qüvvələrin rəhbərlik etdiyi digər qruplardır. Kürd məsələsi Türkiyə-ABŞ münasibətlərində artıq mübahisə mənbəyinə çevrilib, Türkiyə-İsrail münasibətlərində isə yaxın gələcəkdə çevriləcək.

ABŞ və İsrail bir tərəfdən Suriyada proqnozlaşdırıla bilənliyi təmin etməyə çalışırlar ki, bu da Türkiyəsiz mümkün deyil, əks halda İran və Rusiya yenidən peyda olacaq. Digər tərəfdən, bölgədə Türkiyəni məhdudlaşdıran yeganə qüvvə kürdlərdir və buna görə də onlara dəstək verilir.

Türkiyə də öz növbəsində əldə etdiyi uğurları möhkəmləndirməyə çalışır və ikili yanaşma sərgiləyir: Suriyanın gələcəyi ilə bağlı kürdlərlə danışıqlara başlamaqla yanaşı, ölkədə terrorçu qruplara qarşı hərbi əməliyyatlar aparır, onların nəzarət zonasını daraldır. Danışıqlar həm Suriyanın müvəqqəti hökuməti, həm də ABŞ vasitəsilə aparılır və artıq İraq Kürdüstanından olan Bərzani klanının ağsaqqalı da prosesə qoşulub.

Cənubi Qafqaz bu vəziyyətdə haradadır?

ABŞ ilə Xartiya imzalamaqla Ermənistan ABŞ-ın İŞİD-ə qarşı mübarizə koalisiyasında iştirak etmək öhdəliyini üzərinə götürüb və bu, dolayısı ilə Suriyada Türkiyə ilə döyüşən kürd terrorçularının dəstəklənməsində iştirakdır.

Azərbaycan üçün bu vəziyyət həm təhlükə, həm də fürsət yaradır. İsrail açıq şəkildə kürd terrorçularını dəstəkləməyə qoşularsa, təhlükə Suriyada Türkiyə ilə İsrail arasında açıq qarşıdurmadır. Əgər ABŞ İsrail və Suriya kürdlərindən ibarət koalisiya yaratsa, o zaman belə çıxır ki, İsrail və Ermənistan ABŞ çətiri altında bu və ya digər formada koalisiyada iştirak edəcək.

Son bir neçə gündə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri, İsrail prezidenti və İraq Kürdüstanı hökumətinin başçısı ilə görüşüb. Türkiyə və İsrailin Yaxın Şərqdə əsas rol oynadığı status-kvonun bərqərar olması Azərbaycana sərfəli olduğu üçün Türkiyə-İsrail arasındakı kəskin ucların hamarlanmasında Bakı müəyyən rol oynaya bilər.

Azərbaycan ənənəvi olaraq sabitlik və çoxtərəfli diplomatiyadan bəhrələnir, Ermənistan isə bulanıq qarşıdurma sularında balıq axtarmaq ənənəsini dəyişmir.

@cssc_cqtm


Forward from: Bizim.Media
‼️ Orxan Əsgərovun atasından rəsmi Tehranın edam qərarına MÜNASİBƏT ⬅️


❗️🇦🇿🇮🇷Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

20 last posts shown.