İranda Xəzəryanı ölkələrin Baş nazirlərinin iştirakı ilə 3-cü Xəzər İqtisadi Forumu keçirilir.
APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Aref Səadabad Sarayında Azərbaycanın Baş naziri Əli Əsədovu qarşılayıb.
Forumda Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstanın Baş nazirləri iştirak edir.