Türkün səsi 1/7


Channel's geo and language: not specified, not specified
Category: not specified


«Türkün səsi 1/7»
1 millət və 7 yerə parçalanmış Yurd: Quzey Azərbaycan, Güney Azərbaycan, Batı Azərbaycan, Dərbənd, Borçalı, Türkman Eli və Qaşqay Eli.
Türk türkü qorusun!

Related channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


Video is unavailable for watching
Show in Telegram
Rəsulzadənin rahat buraxmadığı adamlar

@turkunsesi








​​Biz on illərlə yatmışıq, dərin yuxulara dalmışıq. Bu çağ boyunca bir kəs belə olsun Azərbaycan türkünün yaxasından tutub silkməyib və ona qışqırmayıb:

«Oyan! Bir yanyörənə bax, yadına sal kimdir sənin uluların! Əgər Qafqazı yönətən sənin ulubabaların olmayıbsa, kim olub? Əgər sənin dilin Tehranın şah sarayından İrəvana və Quzey Qafqazadək səslənməyib, onda kimin dili olub? Əgər Qafqazda ən böyük və güclü sən olmamısansa kim olub? Öz sərhədlərinə bax, sən orada gürcü, ərəb, fars, erməni və Dağıstan tayfaları görürsən? "Fars" Təbrizindən İranın güney sərhədlərinədək bir dənə də farsa rast gələrsən? Yalnız öz qanından olan qardaşlarınla əhatə deyilsənmi? Bəs nə oldu sənə, ey Türk?»

@turkunsesi




​​Bəxtiyar Vahabzadədən mükəmməl şer:

HAQQI YOX

Yad əlində tapdanırkan şərəf-şan,
Türkün türklə ədavətə haqqı yox.
Hər işimiz başlanırkan sıfırdan,
Türkün türklə ədavətə haqqı yox.

Dayaq olsun bu gün gərək sol sağa,
Bu vəhdətdən yurdumuza gün doğa.
Bütün millət dönməliykən yumruğa,
Türkün türklə ədavətə haqqı yox.

Tarix bizi imtahana çəkirkən,
İmdad umur hamımızdan bu Vətən.
Dünya da haqq səsimizə kar ikən,
Türkün türklə ədavətə haqqı yox.

Sındırıldı dəyirmanda pərimiz,
Əsir oldu divə bizim Pərimiz,
Dağılırkan ocağımız, pirimiz,
Türkün türklə ədavətə haqqı yox.

Nə çox imiş bu torpağa göz dikən,
Baxa-baxa gözümüzə mil çəkən.
Düşmənimiz dostumuzdan çox ikən,
Türkün türklə ədavətə haqqı yox.

Sinəsini yarmalıyıq zülmətin,
Bu məqsədlə getdiyimiz yol çətin,
Hər gün neçə şəhid verən millətin
Bir biri ilə ədavətə haqqı yox.

@turkunsesi






​​Çox adam anlamayacaq)


​​​​​​Bir anlıq düşünün ki, ərəblərin inancı Göytanrıçılıqdır

Səudiyyə şeyxləri iri ölçüdə var-pul yağdırırlar Xantanrı tapınma ocağının çökməməsinə, hər çağ görk üçün başına dolanırlar. Yəmən uşaqları kiçik çağlarından «Qutadğu Bilik» və «Dədə Qorqud» kitablarını özgün dildə oxuya bilmək üçün türkcə öyrənirlər.

Misirdə ən yayqın ad - Oğuzxan, Mərakeşdə isə - Alparslan, Umay adı da Sudanda qadınlar arasında dəyişməyən ilkin yerini tutur. Sudan ağsaqqalları öyüd verdikdə onlardan arxada hər çağ damğalarla düzəldilmiş Orxon Yenisey yazılarından parçalar gözə çarpır.

Düşünün ki, ərəblərin inanc qulluqçuları, Tanrının qulluqçuları hər an Səlcuqlu papaqları başlarında və Qıpçaq geyimlərində gəzirlər, hər gün bütün Əlcəzairdə tapınma evlərindən türkcə çağırış yayılır: «Tanrı ilə türkcə danışılsın, Tanrı qatında suç işlənməsin». İnanclı əlcəzairlilər Kültəkin və Bilgə xaqana oxşamaq üçün türkcə yazı oxuyur və görünməmiş biçimdə gövdələrin oynadırlar.

İordaniyalılar Oğuz xanın adını andıqda bir səslə deyirlər: «Tanrı onu ucaltsın!». Bununla belə onlar önəmli bir biçimdə sayğı ilə yanaşırlar Oğuz xanın törəmələrinə: «onlara pis söz demə, olmaz, Oğuz xanın törəmələridir!».

Omanlılar aradabir al çıxardırlar soydaşlarının içindən, küveytlilərin elarası inanclarına görə Sancarın atının nal izləri var bu günədək onların dağlarında, qətərlilər Teymurləngin yasalarına günümüzdə də bağlıdırlar, onların dilləri türk dilindən alınma sözlərlə boldur.

Liviyalılar öz evlərinin divarlarına «Oğuznamə» kitabından qısa yazılar öyüd kimi asırlar, livanlılar uşaqlara uğur gətirməyi üçün boyun bağı kimi Tanrı yazısı armağan edirlər, suriyalı qadınlar isə Ulu türk xatunları tək geyinirlər və eyni biçimdə daş-qaşlarla bəzənirlər.

Fələstin ərəblərinə gəldikdə isə, onlar öz ölülərini Alp Ər Tonqanı yad edərək basdırırlar, özləri də nə etdiklərini anlamadan. Amma ölülərinin gövdəsini qutlu Xantanrı dağı yönünə çevirirlər, artıq bu gələnəkdir onlarda.

Sizcə bu yazdıqlarımı düşünmək belə çətin deyilmi? Çətindir? Çox yaxşı. Siz artıq gərəkdiyindən çox nəsnəyə cavab verdiniz)

Kanala qoşul → Türkün səsi 1/7






​​Biz keçmişlə yaşamırıq amma keçmiş bizim daxilimizdə yaşayır. "Biz kimik və hara üz tutub getməliyik" - bu yaranmış sorğuya söz tapmaq üçün cildlərin tozlanmış betlərinə göz gəzdiririk, gerçəkdə bunu edərək öz daxilimizə baxmış oluruq. Əbülfəz Elçibəy deyərdi:

«Öncəliklə Azərbaycan türkü gərək milli dəyərlərini, özünü, millətini, dilini, tarixini, mədəniyyətini, yurdunu vb. anlaya. O gərək onları dərin öyrənə, sevə, qoruya, ucalda, onlara yiyə dura bilə»

Görəsən millətçilik bu deyilmi? Öz mənliyini bilmək və bununla birgə ürəkdən duru sevgi ilə ulubabalarının irsinə bağlanmaq - bu deyilmi millətçilik?

@turkunsesi


​​- Adınız?
- İsmayıl
- Ləqəb?
- Xətai, Mürşid-i Kamil
- Əsliniz?
- Ərdəbildən
- Kim olubsuz?
- Şah olmuşam, bəzən "xaqan" da, "bahadur" da deyiblər mənə
- Nə etmisiniz?
- Qızılbaş dövlətinin əsasını qoymuşam. Onu idarə edib, qorumuşam. Bu yolda hətta həyat yoldaşımdan belə keçmişəm...

@turkunsesi


​​Sizlər üçün smayllar, buyurun:

Xaqanlar

Dəyərli izləyicilərimiz, dostlarınızı çağırın betə və bacardığınız boyda yanımızda olun, betimizə keçid verin çatlarda, qruplarda, böyüyərək millətimiz üçün yararlı olaq.

Yeni smayllar da olacaq, bizimlə birlikdə olun


İransevərlər bunu anlamaycaq boyda kordur.

@turkunsesi


Dostlarınızı kanalımıza çağırın

@turkunsesi


«Vəhşi barbarlar mədəniyyətdən uzaq köçərilər! Onlar nəyə qadirdir?» belə deyərdilər yunan və Persia şahları bizə qarşı sədlər hörərək. Amma onlar heç düşünmədilər ki, haçansa bizim atalarımıza qarşı qorunmaq üçün çinlilər də bəşəriyyətin tarixində ən böyük səddi tikmişdilər. Məgər bu Hunları dayandırdı?

«Onlara çox önəm vermək gərəkməz» - deyirdilər onlar. Biz isə atlandıq və Anadolunun göbəyində çadır dikdik!

@turkunsesi


​Azərbaycan birdir, bölünməzdir. O tayı da, bu tayı da Yurdumdur. Bütöv Azərbaycan.

@turkunsesi

20 last posts shown.

88

subscribers
Channel statistics