Bakı metrosunun “Ulduz” stansiyasında sərnişin relsin üzərinə düşübBakı metrosunun “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
“Bakı Metropoliteni” QSC-dən
AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.
Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
Qeyd edək ki, “Ulduz” stansiyasında hadisə saat 21:30 radələrində baş verib.
Sərnişinlər dərhal qatardan düşürülüb və yüksək gərginlik bərpa edildikdən sonra qatar “Nərimanov” stansiyasından elektrik deposuna yola salınıb.
Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb.
İlkin tibbi yardım göstərildikdən sonra sərnişin tibb müəssisəsinə aparılıb