AZERTAC


Гео и язык канала: Азербайджан, Азербайджанский
Категория: Политика


Azərbaycan və dünya xəbərləri

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Азербайджан, Азербайджанский
Категория
Политика
Статистика
Фильтр публикаций


AZAL Kazan istiqamətində bütün uçuşları dayandırıb https://azertag.az/xeber/3364831


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib https://azertag.az/xeber/3364843


Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib https://azertag.az/xeber/3364811


Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub

azertag.az/xeber/3364687


Yanvarın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın 2025-ci il 6 yanvar tarixli iclasının protokolu təsdiq edilib.

Sonra yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzvün təsdiq olunmasına qərar verilib.

azertag.az/xeber/3364583


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Keçmiş məcburi köçkünlər yurdlarına qayıdandan sonra işlə təmin olunmaqda çətinlik çəkməyəcəklər Peşə liseyindən reportaj


Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 min 148 nəfərdir.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın yanvarın 8-də keçirilən iclasında deyib.


Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib

azertag.az/xeber/3364175


Bakı Təşəbbüs Qrupunun (BTQ) veb-səhifələri və sosial media hesabları Fransanın kiberhücumuna məruz qalır. Bütün bu hücumlar bir mərkəzdən idarə olunur və arxasında hansı ölkənin dayandığı bəllidir

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev BTQ-yə qarşı əsassız iddialara cavab məqsədilə keçirilən mətbuat konfransı zamanı söyləyib.

O bildirib ki, kiberhücumlarla bağlı araşdırma aparılıb və müvafiq dövlət qurumlarına göndərilib.


Mərhum şahmat ustası Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.

AZƏRTAC xəbər verir ki, o, bu gün xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü Q.Həşimov ötən ilk dekabrın 3-də Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində baş verən partlayışda ağır xəsarət almışdı.


Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

azertag.az/xeber/3364075


“Birbank” mobil tətbiqindən istifadə edilən “BakıKart” QR biletləri üzrə vətəndaşların hesablarına qaytarılan vəsait yanvarın 10-dək müvafiq kart balansından çıxılacaq.

Bu barədə AZƏRTAC-a “Kapital Bank” ASC-dən verilən məlumatda bildirilir

azertag.az/xeber/3364019


Milli Hidrometeorologiya Xidməti yanvarın 9-da gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Xidmətdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

azertag.az/xeber/3363955


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Prezident: Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır


Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair dəstək bəyanatı yayıb

azertag.az/xeber/3363791


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Prezident İlham Əliyev: Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir


Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

“Azərbaycan Hava Yolları” QSC aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında 2024-cü il dekabrın 25-də qəzaya uğraması nəticəsində ekipaj heyətinin və sərnişinlərin həlak olması, bütün xalqımız kimi, bank icmasını da dərindən sarsıdıb və hədsiz kədərləndirib.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, bu faciəvi hadisə ilə əlaqədar olaraq, Mərkəzi Bankının tövsiyəsi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiyasiyasının (AMFA) təşəbbüsü ilə qəzada həyatını itirmiş vətəndaşlarımızın banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib

azertag.az/xeber/3363743


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti yanvarın 8-nə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.

Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir.

Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq


🛢Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,15 dollar və ya 0,19 faiz artaraq 79,63 dollar olub


Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, yanvarın 8-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub

azertag.az/xeber/3363579

Показано 20 последних публикаций.