İnsan yönümlü şəhərlər


Гео и язык канала: не указан, не указан
Категория: не указана


Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirik.
Bakı və digər regionlardan xəbərlər, yeniliklər, təhlil və xarici təcrübə.
Bloq: www.city4people.az
Əlaqə: info@city4people.az

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


Bu arada benzinin qiyməti də qalxdı.

Ai-92 - 1 azn (+10 qəpik)
Dizel - 80 qəpik (+20 qəpik).

İndi Facebook-da səsküy başlayacaq 😊


BNA 28 Mayda avtobus terminalı tikmək istəyirdi, amma deyəsən alınmadı. Müqəddəs və toxunulmaz parkinq yenə də qalib gəldi. Sonra deyirsiniz BNA işləmir. İmkan verirlər ki işləsinlər? ))


⭐️ 2020-ci ilin ən faydalı məqalələri

Bizə yenicə qoşulan dostlarımıza ötən il bloqumuzda dərc olunan ən maraqlı məqalələri ilə tanış etmək istəyirəm. Belə bir "naviqator" formatında bir post alındı, hər bir keçid bir məqaləyə aparır.

Beləliklə...

Bütün dünyanı koronavirus pandemiyası bürüdü və məlum oldu ki, ən sağlam və təhlükəsiz nəqliyyat vasitəsi velosipeddir. Dünyanın bir sıra şəhərlərində təcili yeni velozolaqlar salmağa başladılar. Biz də Bakıda bu cür təkliflə dövlət başçısına müraciət edəndən sonra, KİV-də bu məsələ aktuallaşdı. BNA söz verdi ki yaxın zamanda Bakıda yeni velosiped zolaqları salınacaq.

Ötən il Bakı şəhərinin mərkəzində bir sıra tarixi küçələr təmir olundu. Bu küçələri Avropaya bənzətmək istədilər, təəssüf ki, alınmadı. Bu küçələri “shared street” (ortaq küçə) konsepsiyasına uyğun təmir etmək olardı. Həmçinin 28 May küçəsi təmir olundu, lakin təhlilimiz göstərdi ki, bu küçə piyadalar üçün əlverişsizdir. Amma Ağ Şəhərdə (Baku White City) pozitiv dəyişikliklər artıq müşahidə olunur.

2019-cu ildə baş vermiş yol qəzalarının statistikasını digər ölkələrlə müqayisə etdik və şoka düşdük. Qəzaların ağır fəsadlarının qarşısını almaq üçün Azərbaycanda “Vision Zero” proqramını tətbiq edilməlidir. Bu haqda ətraflı məqaləvideomuz var.

Piyadaların təhlükəsizliyinə həmçinin yeraltı və yerüstü piyada keçidlərinin tikintisi və yol kəsişmələrində üçtərəfli piyada zolaqları təsir edir. Bu və buna bağlı digər məsələlər həll olunmaya qədər şəhərimizdə “piyadaların soyqırımı” davam edəcək.

Avtomobil mövzusuna da toxunduq. Bakı şəhərinin əsas nəqliyyat problemi - parklanma hələ də həll olunmayıb. Geniş hərəkət zolaqları isə qaydaları pozmağa vadar edir. Bir çox sürücülər hələ də düşünür ki, şəhərlərimizdə yolların genişləndirilməsi tıxac problemini həll edəcək. Halbuki, bu tam əks effekt verir. Bakıda tıxac və digər nəqliyyat problemlərini aradan qaldırmaq üçün digər tədbirlər görülməlidir, əsas on addımı bu məqaləyə topladıq.

Yaxşı xəbər var ki, Bakının bir sıra küçələrində yeni avtobus zolaqları salınır. Onları daha effektiv etmək üçün Bakı Nəqliyyat Agentliyinə Moskvanın təcrübəsinə baxmağa tövsiyə edirik.

“Yaşayış gettosu” termini sizə hələ də tanış gəlmir sə, bu məqaləni oxumağa tövsiyə edirik və ümid edirik belə "getto"da sizin eviniz olmayacaq.

Keçən il bizim sosial şəbəkələrimizdə şəhər infrastrukturuna dair geniş sorğu keçirtdik, nəticələr onu göstərdi ki, Bakı sakinləri müasir şəhərdə yaşamaq hazırdır. Prinsipcə, paytaxtın yeni baş planı “Baku-2040” məhz bu istiqamətdə inkişafı nəzərdə tutur.

Biz həmçinin işğaldan azad olunmuş Qarabağdakı şəhərlərə dair 10 faydalı məsləhət hazırladıq və Prezident Administasiyasına təklif göndərdik. Bu cür təklif, müraciət və şikayətləri necə tərtib etmək lazımdır və kimə göndərmək lazımdır? Ətraflı burada izah etdik və hazır şablon əlavə etdik.


✅ Bu qədər, dostlar. Şərhlər bölməsində ən bəyəndiyiniz məqaləni qeyd edin, izləyicimizin rəyləri çox maraqlıdır.

⚡️Bizi izləyən, oxuyan və postlarımızı paylaşan və hər kəsə dərin təşəkkürümüzü bildiririk! Bizim layihəmizin gələcək inkişafına dəstək vermək istəyənlər isə bu səhifəyə müraciət edə bilər. ⚡️


Əziz izləyicilər, xatırladım ki, bizim ayrıca müzakirə çatımız da var. Qoşulun, söhbət edək, təkliflərinizi eşidək 🙂
👉 https://t.me/joinchat/WH9rzZzuK7GkV1GP


🇧🇪 Yanvarın 1-dən etibarən Belçika paytaxtı Brüsselin bütün küçələrində sürət həddi 30 km/s-a qədər endirilib.

Əsas məqsəd yol qəzalarında həlak olanların və ağır xəsarət alanların sayını sıfıra endirməkdir. Bunların səbəbi isə ilk növbədə yüksək sürətdir.


🚌 Bakıdakı avtobus zolaqlarını daha effektiv etmək üçün Moskvanın təcrübəsini öyrənmək olar.

Bu sadə həllər ictimai nəqliyyatın keyfiyyətinə müsbət təsir edə bilər.

Ətraflı yeni məqalədə: 👇
https://city4people.az/post/avtobus-zolaqlari-moskva/


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
🚈 Çində rels tələb etməyən tramvayın sınaqlarına başlanılıb.

Çyu Cou şəhərində yeni növ ictimai nəqliyyat sistemini tətbiq ediblər. Burada relslərin yerini asfaltda xüsusi nişanlanma əvəz edir.

Belə "tramvay"lar (faktiki olaraq isə iri həcmli elektrobusdur) yüksək keyfiyyətli asfalt və boya işlərinin aparılmasını tələb etsə də, hər halda klassik tramvay sisteminin tətbiqindən daha ucuz başa gəlir.


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
"Mövcud keçidlərdən istifadə edin, başqa təklif edəcəyimiz real vəziyyətdə bir şey yoxdur"

Tural Yusifovun verilişində çıxış edən Dövlət Yol Polisinin əməkdaşı yenə də günahı piyadalarda görür. Şəhərin mərkəzində şosseyə bənzər yol inşa edilib, narahat yeraltı və yerüstü keçidlər qoyulub (o da hər 2-3 km-dən bir), bu da təbii ki piyada qəzaları ilə nəticələnir.

Özü də Tural deyir ki, bəs səkinin vəziyyətinə baxın, keçidlər də uzaqdadır, hərəkəti məhdud olan insanlar üçün əlverişsizdir. DYP-in əməkdaşı Araz bəy isə deyir ki, mövcud infrastrukturdan istifadə etsinlər, Yol Polisinin başqa təklif edəcəyi bir şey yoxdur.

Maraqlıdır ki, hər bir svetoforun və piyada keçidini şəhərdə təşkil etmək üçün ilk növbədə DYP-dən razılıq alınmalıdır. Bəs necə oldu, DYP razılıq verməlidir, amma özü təhlükəsizliyi artırmaq üçün təklif edəcəyi bir şey yoxdur?

Təəssüflər ki, nə qədər ki yol hərəkətinin təhlükəsizliyinə cavabdeh olan qurumların yanaşması belə olacaq, şəhərdə ölümlə nəticələnən qəzaların sayı azalmayacaq.


UPDATE: Deyirlər, müvəqqəti maketlərdir.
**
Ağ Şəhərdə "Qarabağ atları" meydanı.

Gözləmə və reallıq 😂

Ona görə heç vaxt qəşənq 3D-eskizlərə inanmaq olmaz :))


Bakı Ağ Şəhərdə əks istiqamətləri ayırmaq üçün gözəl yaşıl zolaq təşkil ediblər. Bu həm əlavə təhlükəsizlik, həm gözəllikdir. 👍

Amma nəyə görəsə bu küçədə bir dənə də olsun piyada keçidi görünmür. Bu cür sıx yaşayış məkanında insanlar küçənin bir tərəfindən digərinə necə keçsin axı? 🤦‍♂️

Necə olur ki, bəzək üçün bütün küçə boyu sarı xətlər çəkmək olar (hansı ki qanuna ziddir, ağ olmalıdır), amma əlavə piyada zolağı çəkmək üçün kraska tapılmır? ❓

Foto: AAYDA səhifəsindən.


Bakıda piyadaların vurulması qəzaların 65%-ni təşkil edir! 💥

Bəs bu qəzaların günahkarı kimdir?


Bu sualı Dövlət Yol Polisinin rəsmilərinə ünvanlayanda adətən cavab belə olur: "Bizim piyadalar məsuliyyətsizdir, yolu düzgün keçmir, sürücülər isə qaydalara əməl etmir, kifayət qədər diqqətli olmur."

Bu sözlərdə qismən həqiqət var, amma qəzaların və ölümlərin əsl səbəbləri bunlar deyil.

Qəzaların əsas təqsirkarı infrastrukdurdur. Yaxşı xəbər odur ki, biz qısa bir zamanda vəziyyəti müsbət tərəfə dəyişə bilərik.

Ətraflı yeni yazıda: 👉 https://city4people.az/post/bakida-piyada-soyqirimi/


🚦Bakıda svetoforlarda qurşadırılan taymerləri demontaj edəcəklər.

Düzgün qərardır. Dünya təcrübəsi göstərdi ki, bu cür kəsişmələrdə yol nəqliyyat hadisələrinin sayı daha çox olur, çünki sürücülər taymerin son saniyələrində özünü çatdırmaq istəyir, sürətini artırır, fəsadlar isə daha ağır olur.

Bu cür taymerlərin piyada svetoforlarında quraşdırılması daha məqsədəmüvafiq ola bilər.


⚙️ Küçənin təmiri asfalt çəkməklə bitmir.

Dünən danışdığım Mirəli Qaşqay küçəsini təmir edərkən yenə də köhnə səhvlərə yol verilib. Maraqlıdır ki, eyni zamanda Bakı şəhərinin digər yerlərində müasir həllər tətbiq etmək olur, bəzi küçələri isə bir vedrə kraska ilə yola verirlər.

📸 İzahlı fotoları izləyin >>


"Küçələri necə təmir etmək lazım deyil" təlimatı olsa idi, bu şəkilləri ora əlavə etmək olardı... 🤦‍♂️

Kimin sualı qaldısa - xəbər edin, bütün detallara qədər izah edə bilərəm.

Foto AAYDA səhifəsindən.


BNA Asif Məhərrəmov küçəsində düymə ilə nizamlanan svetofor quraşdırıb. 👍

AAYDA-nın gözü yaşlı 🥲


Yolların genişləndirilməsi tıxac problemini niyə həll etmir?

Bu suala hərtərəfli cavabı yeni məqalədə toplamağa çalışdım: 👉 https://city4people.az/post/yollarin-genislendirilmesi/

Ümid edirəm, bu məqaləni oxuyan hər kəs bundan sonra “yolları genişləndirmək lazımdır” ifadəsindən istifadə etməyəcək.

Sizin bu cür düşünən dost və tanışlarınız varsa, bu məqaləni onlara mütləq göndərin 🙂


Lazımsız avtobus cibi

Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın önündə olan avtobus dayanacağındakı avtobus cibinə heç bir ehtiyac yoxdur.

5 səbəbə görə:
⠀⠀
❌ Bu dayanacaqdan çox marşrut keçir və onsuzda avtobusların əksəriyyəti bu cibə yerləşmir.
❌ Burada sərnişin axını böyükdür, insanlar dayanacaq pavilyonuna yerləşmir, nəticədə yola çıxmalı olur (həmin cibin içinə).
❌ Çox vaxt cibin içində taksilər dayanır.
❌ Buradakı cib səkidən kəsilərək yaradılıb, nəticədə səki dayanacaq olan tərəfdə çox ensizdi. Sosial məsafə qorumaq qeyri-mümkündür.
❌ Burada sağ hərəkət zolağı kifayət qədər enlidir, cib ləğv olunsa da, ümumi axına bunun təsiri olmayacaq.


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Norveç avtobus sürücülərinin öz zarafatları var 😁🚍


⁉️ Molokan bağının yanından keçən şosse enində yol nəyə lazımdır?

Eyni zamanda səkiyə fikir verin - 2 nəfər yan-yana keçə biıməz.

Ümumiyyətlə, Üzəyir Hacıbəyli küçəsinin bu hissəsini 1 zolağa qədər daraltmaq olar, ən yaxşısı isə bu parkın ətrafını avtomobillər üçün tam bağlamaqdır.


BNA Bakı şəhərində köhnədən qalan daha bir problemin həllinə başlayıb.

Bildiyiniz kimi, Bakıda bir çox piyada keçidləri üçtərəflidir (bir tərəfdən "zebra" çatışmır). Artıq çatışmayan kəsişmələrdə zebralar çəkilir və piyada svetoforları quraşdırılır.

İndi belə kəsişmələrdə dairə vurmadan və əlavə 2 svetofor gözləmədən rahat yolu keçmək olacaq.

Bu haqda ətraflə məqaləmiz də var:
Uçtərəfli keçidlərə niyə son qoymaq lazımdır?

👉 https://city4people.az/post/u-kecidlere-son-qoymaq-lazimdir/

Показано 20 последних публикаций.

151

подписчиков
Статистика канала