⭐️
2020-ci ilin ən faydalı məqalələri
Bizə yenicə qoşulan dostlarımıza ötən il bloqumuzda dərc olunan ən maraqlı məqalələri ilə tanış etmək istəyirəm. Belə bir "naviqator" formatında bir post alındı, hər bir keçid bir məqaləyə aparır.Beləliklə...
Bütün dünyanı koronavirus pandemiyası bürüdü və məlum oldu ki, ən sağlam və təhlükəsiz nəqliyyat vasitəsi
velosipeddir. Dünyanın bir sıra şəhərlərində təcili yeni velozolaqlar salmağa
başladılar. Biz də Bakıda bu cür təkliflə dövlət başçısına
müraciət edəndən sonra, KİV-də bu məsələ aktuallaşdı. BNA söz verdi ki yaxın zamanda Bakıda yeni velosiped zolaqları salınacaq.
Ötən il Bakı şəhərinin mərkəzində bir sıra tarixi küçələr təmir olundu. Bu küçələri Avropaya bənzətmək istədilər, təəssüf ki,
alınmadı. Bu küçələri “shared street” (
ortaq küçə) konsepsiyasına uyğun təmir etmək olardı. Həmçinin 28 May küçəsi təmir olundu, lakin təhlilimiz göstərdi ki, bu küçə piyadalar üçün
əlverişsizdir. Amma Ağ Şəhərdə (Baku White City) pozitiv dəyişikliklər artıq
müşahidə olunur.
2019-cu ildə baş vermiş yol qəzalarının statistikasını digər ölkələrlə müqayisə etdik və
şoka düşdük. Qəzaların ağır fəsadlarının qarşısını almaq üçün Azərbaycanda “Vision Zero” proqramını tətbiq edilməlidir. Bu haqda ətraflı
məqalə və
videomuz var.
Piyadaların təhlükəsizliyinə həmçinin
yeraltı və yerüstü piyada keçidlərinin tikintisi və yol kəsişmələrində
üçtərəfli piyada zolaqları təsir edir. Bu və buna bağlı digər məsələlər həll olunmaya qədər şəhərimizdə “
piyadaların soyqırımı” davam edəcək.
Avtomobil mövzusuna da toxunduq. Bakı şəhərinin əsas nəqliyyat problemi - parklanma hələ də
həll olunmayıb. Geniş hərəkət zolaqları isə qaydaları pozmağa
vadar edir. Bir çox sürücülər hələ də düşünür ki, şəhərlərimizdə yolların genişləndirilməsi tıxac problemini həll edəcək. Halbuki, bu
tam əks effekt verir. Bakıda tıxac və digər nəqliyyat problemlərini aradan qaldırmaq üçün digər tədbirlər görülməlidir, əsas on addımı
bu məqaləyə topladıq.
Yaxşı xəbər var ki, Bakının bir sıra küçələrində yeni avtobus zolaqları
salınır. Onları daha effektiv etmək üçün Bakı Nəqliyyat Agentliyinə
Moskvanın təcrübəsinə baxmağa tövsiyə edirik.
“Yaşayış gettosu” termini sizə hələ də tanış gəlmir sə,
bu məqaləni oxumağa tövsiyə edirik və ümid edirik belə "getto"da sizin eviniz olmayacaq.
Keçən il bizim sosial şəbəkələrimizdə şəhər infrastrukturuna dair geniş sorğu keçirtdik, nəticələr onu göstərdi ki, Bakı sakinləri müasir şəhərdə yaşamaq
hazırdır. Prinsipcə, paytaxtın yeni baş planı “
Baku-2040” məhz bu istiqamətdə inkişafı nəzərdə tutur.
Biz həmçinin işğaldan azad olunmuş Qarabağdakı şəhərlərə dair 10 faydalı məsləhət
hazırladıq və Prezident Administasiyasına təklif göndərdik. Bu cür təklif, müraciət və şikayətləri necə tərtib etmək lazımdır və kimə göndərmək lazımdır? Ətraflı
burada izah etdik və hazır şablon əlavə etdik.
✅ Bu qədər, dostlar. Şərhlər bölməsində ən bəyəndiyiniz məqaləni qeyd edin, izləyicimizin rəyləri çox maraqlıdır.
⚡️
Bizi izləyən, oxuyan və postlarımızı paylaşan və hər kəsə dərin təşəkkürümüzü bildiririk! Bizim layihəmizin gələcək inkişafına dəstək vermək istəyənlər isə bu səhifəyə müraciət edə bilər. ⚡️