APA


Гео и язык канала: Азербайджан, Азербайджанский
Категория: Новости и СМИ


APA İnformasiya Agentliyi
Website: https://apa.az
E-mail: news@apa.az
Contact: @BOTAPAGroup
Facebook: https://www.facebook.com/apaxeber/

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Азербайджан, Азербайджанский
Категория
Новости и СМИ
Статистика
Фильтр публикаций


Goranboyda qumbara partlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.


Avropa ölkələrinin dövlət və hökumət başçıları Münhen Təhlükəsizlik Konfransı başa çatdıqdan sonra Ukrayna üzrə fövqəladə sammit keçirəcək.

APA-nın xəbərinə görə, bu barədə diplomatik mənbələrə istinadən Qərb media orqanları məlumat yayıb.

Parisdə keçirilməsi planlaşdırılan qeyri-formal görüşdə məqsəd Avropanın Ukrayna üzrə vahid mövqeyinin formalaşdırılması olacaq. Bu ölkələrin dövlət və hökumət başçıları ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh danışıqlarında Avropanın iştirakını nəzərdə tutmamasından narahatdırlar.
Böyük Britaniya Baş naziri Kir Starmer sammitin əsas ideoloqudur.


Prezident Donald Tramp İsrailin Ağ Evdə indiyə qədərki ən yaxşı dostudur.

APA-nın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra keçirilən mətbuat konfransında İsrail Baş naziri Binyamin Netanyahu bildirib.

Binyamin Netanyahu Marko Rubio ilə bir sıra məsələlərlə bağlı məhsuldar müzakirə apardıqlarını söyləyib:
“İsrail və ABŞ İran təhlükəsinə qarşı çiyin-çiyinə dayanır. Biz hesab edirik ki, İrana nüvə silahına malik olmağa imkan vermək olmaz. İranın bölgəyə qarşı aqressiyası dayanmalıdır. Biz Donald Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıra bilərik və başa çatdıracağıq”.


Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə "Mehr" məlumat yayıb.

Qeyd edilib ki, 17-18 fevral tarixlərində Tehranda Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan baş nazirlərinin iştirakı ilə Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək.


ABŞ Prezidenti Donald Tramp səfər razılaşdırılacağı halda istənilən zaman Rusiyaya gələ bilər.

APA-nın xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov 9 may Qələbə Günü münasibətilə bayram tədbirində istənilən xarici ölkə liderini görməkdən şad olacaqlarını da söyləyib.


Fevralın 16-da saat 03:00 radələrində Bakı-Qazax magistralının Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 22 nəfər (7-si qadın cinsli, 15-i kişi cinsli olmaqla) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBIB-dən bildirilib.

Xəsarət alanlardan 1-i 2020-ci il təvəllüdlü azyaşlıdır.
Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin sınığı, əzilməsi, qarın boşluğu orqanlarının əzilməsi və sair diaqnozlar qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Həmin şəxslərdən 7 nəfərinin müalicəsi hazırda xəstəxanada stasionar şəraitdə davam etdirilir.
15 nəfər ambulator müalicə üçün evə buraxılıb.


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
‼️ Ucarda zəncirvarı qəza olub, 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb

🔴Hadisə yerindən görüntülər

https://apa.az/hadise/ucarda-


ABŞ dövlət katibi Marko Rubio Yaxın Şərq turnesi çərçivəsində bu gecə Təl-Əvivə səfər edib.

APA-nın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Vaşinqtonun İsrailə dəstəyini ifadə edib.

Marko Rubio deyib ki, Donald Tramp administrasiyası İsrailə ən çox dəstək verəcək ABŞ administrasiyası olacaq.


İsrailin ABŞ vasitəsilə çatdırılan xəbərdarlığından sonra İran sərnişin təyyarələrinin Beyrut hava limanına enməsinə icazə verilməyib.

APA-nın xəbərinə görə, bu barədə “France-Presse” məlumat yayıb.

ABŞ rəsmi Beyruta İsrailin İran təyyarələrini vura biləcəyi barədə xəbərdarlığını çatdırıb. Livan hökuməti də bu həftə iki dəfə İran təyyarəsinin Beyrut hava limanına enməsinə icazə verməyib. İlk belə hal fevralın 13-də baş verib. İsrail ABŞ vasitəsilə xəbərdarlıq edib ki, əgər İran təyyarəsi Livana enərsə, Beyrut hava limanına zərbə endiriləcək. Fevralın 14-də də İsrailin xəbərdarlığından sonra növbəti İran təyyarəsinin Beyrut hava limanına enməsinə icazə verilməyib.


Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib

https://apa.az/resmi-xeber/


Ucarda zəncirvarı qəza olub, ölən və xəsarət alanlar var

FOTO - YENİLƏNİB-1


‼️ Naxçıvan-Bakı reysində yubanma var.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.

Naxçıvan Beynəlxalq Hava Limanında gözləyən sərnişinlərə reyslərin gecikməsi ilə əlaqədar operativ məlumat verilir.




Bu gün xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasında yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.


ABŞ rəsmiləri Ukraynanı Rusiya ilə danışıqlarda iştirak edəcəyinə inandırmağa çalışıblar.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

ABŞ dövlət katibi Marko Rubio Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinə bildirib ki, Vaşinqton Kiyevi danışıqlardan kənarlaşdırmaq niyyətində deyil və bu addımı axmaqlıq hesab edir.


Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır.

APA xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkiləri” ilə bağlı bəyanatında öz əksini tapıb.

"Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır.", - bəyanatda deyilir.


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
Hansı məhkumlar əfvə müraciət edə bilər?

Məhkumların ailə üzvləri onun adından əfv üçün müraciət edə bilərmi?

Əfv hansı cinayətlər kateqoriyasına daha çox şamil olunur?


Bu və ya digər suallara həftənin bazar ertəsi saat 10:00-da APA TV-nin efirində studiyamızın qonaqları - Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev və hüquqşunas Şamil Paşayev cavab verəcək.


❗️Yeddilik Qrupunun (G7 - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirlərinin növbəti görüşü 12-14 mart tarixləri arasında Kanadada keçiriləcək.

APA xəbər verir ki, bu barədə Yeddilik Qrupunun xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatda deyilir.

“Böyük yeddiliyin xarici işlər nazirləri martın 12-dən 14-dək Kanadanın Kvebek ştatının Şarlevua şəhərində görüşməyi səbirsizliklə gözləyirlər”, - sənəddə deyilir.

Qeyd edək ki, 2025-ci ildə G7-yə Kanada sədrlik edir. Şarlevua şəhəri 2018-ci ildə G7 sammitinə ev sahibliyi edib.


❗️Zaqatalada fərdi yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Xədicə Nəzir qızı Musayevaya məxsus, ümumi sahəsi 70 kv/m olan kürsülü birmərtəbəli 2 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının sündürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində yaşayış olmayan evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

APA xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Görüş Münxen Təhlükəsizlik Konfransında çərçivəsində baş tutub.

Показано 20 последних публикаций.