Результат Y-ДНК теста представителя рода Мелик-Егановых. Наш соотечественник является носителем гаплогруппы
R-FT149117. Этот субклад связан с индоевропейцами, которые в третьем тысячелетии до нашей эры мигрировали в регион, и встречается в основном у армян, в том числе у другой части рода — Мелик-Еганянов. Палеообразцы из ветки были обнаружены на территории Чухурсаада у представителей культур бронзового и железного века, а также у маннейцев.
Мелик-Егановы были из #Лору и в XVIII веке переселились в село #Туг в Карабахе, где позже стали меликами махала #Дизах. Со временем часть рода азербайджанизировалась, а другая осталась армянами. Из этого рода были политические деятели Азербайджанской Демократической Республики Джавад-бек и Бахрам-бек.
———
Məlik-Yeqanov nəslinin nümayəndəsinin Y-DNT testinin nəticəsi. Soydaşımız
R-FT149117 haploqrupunun daşıyıcısıdır. Bu altqol, eramızdan əvvəl üçüncü minillikdə bölgəyə köç edən hind — avropalılarla əlaqələndirilir və əsasən ermənilərdə, o cümlədən nəslin başqa qolu olan Məlik-Yeqanyanlarda mövcuddur. Bu qoldan olan qədim nümunələr Çuxursəəd ərazisində tunc və dəmir dövrü mədəniyyətlərinin nümayəndələrində, eləcə də mannalılarda aşkar edilmişdir.
Məlik-Yeqanovlar #Loru mahalından idilər və XVIII əsrdə Qarabağın #Tuğ kəndinə köçüb, daha sonra #Dizax mahalının məlikləri oldular. Sonradan nəslin bir hissəsi azərbaycanlaşdı, digəri isə erməni olaraq qaldı. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimləri Cavad bəy və Bəhram bəy də bu nəsildən idilər.
Azerbaijan DNA