Qubalı Qız
Bayatı Şiraz Mahnısı
Musiqi: #İbrahim_Topçubaşov (1924_1970)
Sözləri: #Süleyman_Rüstəm (1906_1989)
Şah dağından əsən küləh saçlarını darasın,
Səni sevən Qudyalçayın sahilində arasın.
Dilin ana torpağının meyvəsindən şirindir,
Məhəbbətin ürəyimdə dəryalardan dərindir.
Nəqarat:
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.
Nəfəsindən duyuram mən çiçəklərin ətrini,
Bu dünyada mənim kimi bilən hanı qədrini?!
Şöhrətini ulduzlara, aya, günə yazmışam,
Surətini ürəyimin duvarından asmışam.
Xəzan bilməz ömrümüzün bu mənalı çağında
Gül, həmişə bahar gülsün eşqimizin bağında.
Qoy səslənsin gecə-gündüz mənim ürək tellərim,
Ağ göyərçin əllərindən ayrılmasın əllərim.
@Min_Birmahni