Postlar filtri


Çinin Tibet Muxtar Rayonunda 6,8 bal gücündə zəlzələ olub

AZƏRTAC Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla səhər saat 9:05-də Şiqatse şəhərinin Dinqri rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Bir neçə yaşayış məntəqəsində dağıntı qeydə alınıb, Çanqsuo kəndində evlərə ziyan dəyib. Son məlumatlara görə 9 nəfər ölüb, xəsarət alanlar var.


Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib https://azertag.az/xeber/3361563


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Azərbaycanın Pravoslav Xristian İcması Milad bayramını qeyd edir


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşüb


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Çində yaranan yeni virusun əlamətləri

Yüksək hərarət, öskürək... Əhali arasında yayılan xəstəliyin əlamətləri Çində ortaya çıxan yeni virus metapnevmovirusun əlamətləri ilə eynilik təşkil edir. Bu virus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur.

Mütəxxəssislər bu xəstəliyin immun sistemi normal olan insanlar üçün heç bir təhlükə daşımadığını deyir.


Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

azertag.az/xeber/3361359


Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 min 174 nəfərdir

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın yanvarın 6-da keçirilən iclasında deyib.

O qeyd edib ki, hazırda bələdiyyə seçkiləri ilə əlaqədar namizədliyi qeydə alınanların 8429 nəfəri 23 partiyanın namizədləridir.


Bayram günlərində təcili tibbi yardım xidmətinə ən çox çağırış yanvarın 1-də qeydə alınıb

azertag.az/xeber/3361119


Yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib


Səhiyyə Nazirliyi yeni yayılan metapnevmovirusla bağlı əhaliyə tövsiyələr verib

Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yeni yayılan respirator virusla bağlı açıqlama verib. AZƏRTAC xəbər verir ki, açıqlamada hər il Şimal yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamlarının yayıldığı bildirilib. Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən həmin xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur.

azertag.az/xeber/3360835


Prezident İlham Əliyev: Biz təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edirik

azertag.az/xeber/3360803


Prezident: Azərbaycan dövləti öz oğul və qızlarının qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib

azertag.az/xeber/3360787


Azərbaycanda yanvarın 7-nə gözlənilən hava proqnozu açıqlanıb

azertag.az/xeber/3360687


❗Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bildiririk ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb”, - deyə məlumatda bildirilib.


Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşüb

azertag.az/xeber/3360419


Azərbaycanın şimal-qərb bölgəsindəki rayonlarda qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Yanvarın 6-da gecə saatlarında bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 10 santimetr təşkil edir. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.


Ötən il Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” ASC tərəfindən 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunub.

ASC-dən AZƏRTAC-a bildirilib ki, həmin 550 milyon kilovat-saat enerjinin üçdə biri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

azertag.az/xeber/3360399


🇦🇿Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.

18 ta oxirgi post ko‘rsatilgan.