ixlasla.com


Kanal geosi va tili: ko‘rsatilmagan, Ruscha
Toifa: ko‘rsatilmagan


Elm, söz və əməldən öncədir!

Bog‘liq kanallar  |  O‘xshash kanallar

Kanal geosi va tili
ko‘rsatilmagan, Ruscha
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri


🌟 Qardaşlar üçün Ərəb dili dərslərinə (“Əl-Ərəbiyyə Beynə Yədeyk”) qəbul:

Dərslər ərəb dilini öyrənmək və bu sahədə biliklərini inkişaf etdirmək istəyən qardaşlar üçün təşkil olunur.

📌Kimlər qoşula bilər?
• Quranı sərbəst oxuya bilən qardaşlar.
• Ərəb hərflərini yeni öyrənən və Quranı çox yavaş oxuyanlar üçün bu dərslər uyğun deyil.

🌟 Dərslər haqqında
• Dərslər “Əl-Ərəbiyyə Beynə Yədeyk” kitabı əsasında keçiriləcək.
• Dərslər həftədə 2 dəfə keçiriləcək.
• Tədris sürətli tempdə aparılacaq. Buna görə iştirakçılardan dərsləri müntəzəm izləmələri və verilən tapşırıqları vaxtında yerinə yetirmələri gözlənilir.
• Mövzuların izahı, çalışmalar və möhkəmləndirmə tapşırıqları olacaq.

🌟 Dərslərin vaxtı
• Dərslər sübh namazından sonra keçiriləcək.

🌟Ödəniş
• Dərslər tamamilə ödənişsizdir.

🌟 Müəllim
• Dərsləri İordaniyada təhsil almış tələbə aparacaq.

🔊Vacib qeyd: Qrupa yalnız dərslərdə davamlı iştirak etmək və sürətli dərs tempinə uyğunlaşmaq niyyətində olan qardaşların qoşulması xahiş olunur.

Qoşulmaq istəyənlər 🌟@alievhaci müraciət etsinlər.


📝 Əksər müsəlmanların qafil olduğu əzəmətli dua

🎤 Rəşad Hümbətov

©️ t.me/ixlasla


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Səni xilas edəcək tək şey | Şeyx Salih Sindi


ELM yolu dan repost
Dəyərli, ELM yolu izləyiciləri! 🌟🌟

​Bu gün sizə elm öyrənmək işimizi, xüsusilə də hər hansı bir araşdırma apardıqda bu prosesi inanılmaz dərəcədə bizə asanlaşdıran çox faydalı bir proqram - NotebookLM barədə ən sadə dillə məlumat vermək istəyirəm.

​NotebookLM nədir❓
Təsəvvür edin ki, yanınızda çox ağıllı və çox tez işləyən bir köməkçiniz var. Siz ona bir neçə və ya yüzlərlə qalın kitab verirsiniz və o, həmin kitabları saniyələr içində "oxuyub əzbərləyir". Sonra siz ona həmin kitablarla bağlı istədiyiniz sualı verirsiniz, o isə dərhal o kitabların içindən ən dəqiq cavabı tapıb sizə sadə dillə izah edir.

​Bu proqramın hansı gözəl xüsusiyyətləri var və bizə necə kömək edə bilər?

🟡​İstifadəsi çox asandır:
Proqramlardan çətinliklə istifadə edənlər üçün belə çox rahatdır. Heç bir mürəkkəb funksiyası yoxdur, sadəcə dostunuza mesaj yazırmış kimi sualınızı yazırsınız.

🟡​Tam dəqiqdir:
İnternetdəki hər cür qarışıq və ya yalan məlumatı yox, yalnız sizin ona verdiyiniz etibarlı mənbələrdəki (yüzlərlə kitablar, dərslər, xütbələr və s.) məlumatları verir.

🟡Dəqiq mənbəni göstərir:
Proqramın möhtəşəm üstünlüyü odur ki, NotebookLM hər hansı bir sualınıza cavab verərkən həmişə mənbəni göstərir. Yəni, o sizə sadəcə quru cavab vermir, eyni zamanda həmin məlumatı hansı kitabdan və ya hansı dərsin mətnindən götürdüyünü xüsusi linklərlə qeyd edir. Siz o linklərin üzərinə basaraq birbaşa alimin kitabındakı həmin yerə gedə və oxuduğunuz məlumatın doğruluğunu öz gözünüzlə görə bilərsiniz.

🟡​Vaxta qənaət:
Minlərlə səhifəlik elmi əsərlərin içindən axtardığınız konkret bir mövzunu saniyələr ərzində tapmağa kömək edir.

​Ən gözəl xəbər isə budur:↩️
Artıq içərisində böyük İslam alimlərinin möhtəşəm əsərləri toplanmış hazır qovluqlar (bloknotlar) mövcuddur.📚

👍 ​Bunu bir az da sadə dillə izah edək:
Hər bir link (yəni bloknot) xüsusi bir mövzuya və ya alimə (alimlərə) həsr olunub.
Proqram isə suallarınıza yalnız və yalnız o bloknotun içindəki kitablara, dərslərə əsaslanaraq cavab verir. İnternetdəki ixtiyari, bəzən etibarsız olan məlumatları yox, məhz o bloknotdaki etibarlı elmi sizə təqdim edir, özündən heç nə uydurmur.

➡️ Məsələn, siz "Ərəb dili qrammatikası" kitabları toplanmış bloknota daxil olub sual versəniz, proqram sizə başqa mövzulardan yox, konkret olaraq oradakı qrammatika kitablarına əsaslanaraq ən düzgün cavabı tapıb verəcək.

Və ya İbnul-Qayyimin kitabları toplanmış bloknota daxil olsanız, proqram sizin sualınızı yalnız onun kitablardakı məlumatlara əsaslanaraq cavablandıracaq.

​Artıq istifadə edə biləcəyiniz bir neçə hazır bloknotumuz var.🩵

📌NotebookLM tətbiqini yüklədikdən sonra sadəcə bloknotlara aid keçidlərin üzərinə basaraq bu hazır bloknotları avtomatik olaraq öz NotebookLM hesabınıza əlavə etmiş olacaqsınız.

Tətbiqi yükləmək üçün:↩️

https://play.google.com/store/apps/details?id=com.google.android.apps.labs.language.tailwind

​Bloknotların keçidlərini və mütəmadi olaraq əlavə ediləcək yeni mənbələri bu Telegram kanalda tapa bilərsiniz:⬇️

https://t.me/notebookislam

📗 Kanalda mövcud olan bloknotlar:
⏺​Böyük alimlərin (İbn Baz, Əl-Albani, İbn Useymin, Əs-Səədi, Saleh əl-Fovzan, Saleh Ali Əş-Şeyx) dərslərinin, fətvalarının və xütbələrinin yazılı mətnləri olan bloknot.

​⏺ Dörd böyük alimin (İbn Baz, Əl-Albani, İbn Useymin və Saleh əl-Fovzan) kitab, fətva, şərh və dərslərinin yazılı mətnlərindən ibarət böyük bazaya malik bloknot.

⏺​ Şeyx Abdurrazzaq ibn Abdulmuhsin əl-Bədrin YouTube dərslərinin, mühazirələrinin və xütbələrinin yazılı mətnləri olan bloknot.

⏺​ Ərəb dili üzrə böyük kitabxanası olan bloknot:
Qrammatika, morfologiya, i'rab, bəlağət, lüğət və ərəb dili alimlərinin klassik əsərləri... Və digər bloknotlar.. 📝

Allah faydalı etsin. Amin🌺


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Səni xilas edəcək tək şey | Şeyx Salih Sindi

https://youtu.be/QMTGlLusqvY


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Məni geri qaytar! | Şeyx Xalid İsmayıl

https://www.youtube.com/shorts/lys-W62jeA8


Quran və Sunnədən seçilmiş dualar.pdf
7.5Mb
Quran və Sünnədən seçilmiş dualar ✨


ixlasla.com dan repost
Quran və Sünnədən seçilmiş dualar ⭐️


📺 Dində vəsvəsələrə (şəkk-şübhələrə) məhəl qoymamaqla bağlı mühüm fıqhi qaydalar:

1) Şəkk-şübhələr çoxalarsa, ona məhəl qoyulmur.
2) İbadət tamamlandıqdan sonra gələn şübhənin ibadətə təsiri yoxdur.
3) Yəqinlik şəkk-şübhə ilə aradan qalxmır.


Serialların, qərb təbliğatının və bəzi məşhurların qadınların beynini pozması.

Vüqar Qurbanov

©️ t.me/ixlasla


Hansı heyvanları və quşları (yemək üçün yox) sadəcə məhv etmək üçün öldürmək icazəlidir? (Fasiq heyvanlar).

Adil Rəcəbov

©️ t.me/ixlasla


Çöldən evə daxil olduqda "Bismillah" və "Salam aleykum" demək sabitdirmi?

Adil Rəcəbov

©️ t.me/ixlasla


Fərz namazı qılarkən telefona zəng gəlsə, namazdan çıxıb telefonu söndürüb yenidən namaza qoşulmaq düzgündürmü?

Adil Rəcəbov

©️ t.me/ixlasla


Duanın qəbul olunmamasına səbəb nədir və maneələr nələrdir?

©️ t.me/ixlasla


Sual-Cavab 1 - Amid Əliyev 📚

Hörmətli izləyicilər, bu dərsdə bir çox mühüm şəri suallara aydınlıq gətirilmişdir.

📍 Dərsin mövzuları:

0:24 - Nişan qaytarıldıqda üzülmək və kimisə günahlandırmaq doğrudurmu? (Allahın qədərinə iman)
7:40 - Ticarət paylaşımlarında (statuslarda) arxa fonda musiqi və naşidlərdən istifadə etmək şəriətə uyğundurmu?
10:35 - Sübh namazına yatıb qaldıqda fərz namazı, sünnət və səhər zikrləri hansı ardıcıllıqla edilməlidir?
14:30 - Elm öyrənməkdə müvəffəq olmamağın səbəbləri nələrdir və qəlbi necə islah etməli?
23:12 - Evdə siqaret çəkən, musiqi dinləyən qaynata və buna əhəmiyyət verməyən yoldaşla necə davranmalı?

🎥 Dərsi izləmək üçün: Sual Cavab (07.02.25) Amid Əliyev

#SualCavab #AmidƏliyev

©️ t.me/ixlasla


Osman ibnul Əffanın qətlinin qısa tarixçəsi l Şeyx Süleyman Ruheyli

https://youtu.be/KJXn_q3MHHM

Dərsin mövzuları:

0:08 - Xəlifə Osman (radıyallahu anhu) barəsində yayılan iki əsas şübhə və iftira: Bədr, Uhud və Rıdvan beyətində iştirak etməməsi iddiası.
0:59 - Osmanın (radıyallahu anhu) Bədr və Uhudda iştirak etməməsinin, habelə Rıdvan beyətində yoxluğunun əsl səbəbləri və tarixi həqiqətlər.
2:47 - Osmanın (radıyallahu anhu) mal-dövləti ilə bağlı yalanların uydurulması və fitnəkarların yeni planları (Misir valisinə saxta məktub göndərilməsi).
4:54 - Fitnəkarların Mədinəyə yürüşü və kütlənin qəzəbləndirilməsi. Peyğəmbərin ﷺ fitnə barədə qabaqcadan verdiyi xəbərlər.
6:00 - Peyğəmbərin ﷺ Osmanı (radıyallahu anhu) xilafət libasını (hakimiyyəti) çıxarmaması və şəhid ediləcəyi barədə xəbərdar etməsi.
7:22 - Fitnəkarların Osmanı (radıyallahu anhu) evində mühasirəyə alması. Osmanın qan tökülməsinin qarşısını almaq üçün səhabələri döyüşməkdən çəkindirməsi.
8:02 - Fitnəkarların azğınlaşması və məsciddə imamlıq etməsi; Osmanın isə səhabələrə onların arxasında namaz qılmağı tövsiyə etməsi.
9:14 - Cəsur səhabələrin müdafiə təklifi, lakin Osmanın "Muhəmməd ümmətində qan tökülməsinin ilk başlanğıcı olmaq istəmirəm" deyərək imtina etməsi.
9:54 - Osmanın (radıyallahu anhu) Abdullah ibn Ömərlə məsləhətləşməsi və narazı kütlənin tələbi ilə rəhbərdən imtina etməyin pis bir adətə çevrilməməsi üçün göstərdiyi səbr.
11:04 - Osmanın (radıyallahu anhu) şəhid edilməsindən əvvəlki gecə gördüyü yuxu (Peyğəmbərlə iftar edəcəyi müjdəsi).
11:41 - Fitnəkarların Osmanın evinə hücumu və onun faciəvi şəkildə şəhid edilməsi.
12:39 - Osmanın (radıyallahu anhu) kəsilən sağ əli, Quran üzərinə axan qanı və şəhid edildikdən sonra deyilən çirkin sözlər.
13:27 - Zövcəsi Nailənin onu qorumaq cəhdi, əlinin kəsilməsi və Osman haqqında dediyi tarixi söz ("O, bir rükətdə bütün Quranı qiyamda oxuyardı").

©️ t.me/ixlasla


Sual-Cavab 2 - Amid Əliyev 📚

Hörmətli izləyicilər, bu dərsdə bir çox mühüm şəri suallara aydınlıq gətirilmişdir.

📍 Dərsin mövzuları:

1:18 - Ramazan ayında səhura qalxarkən cənabətli olmaq orucu batil edirmi?
  3:13 - Yoldaşı namaz qılmağa və örtünməyə icazə verməyən qadın nə etməlidir?
  8:42 - Davamlı olaraq eyni günahı edib tövbə edənin halı necə olur?
15:11 - Valideynlər boşandıqda yalnız ananın icazəsi ilə kəsilən kəbin keçərlidirmi?
16:35 - Məscidə şəkilli köynək və şortiklə gəlmək olarmı?
20:27 - Niyə Quran və Sünnə yolu ilə gedən müsəlmanlar bu gün zillət içindədir?
27:30 - Bürclərə inanmaq və onlara əsasən həyatı planlaşdırmaq doğrudurmu?
31:51 - Ramazan ayında özümüzü necə tərbiyə etməli və nələrə diqqət yetirməliyik?
40:15 - Quran oxuduqdan sonra "Sədəqallahul-Əzim" demək dində varmı?
48:51 - "Qəlbim təmizdir, namaz qılmasam da olar" düşüncəsi nə dərəcədə doğrudur?

🎥 Dərsi izləmək üçün: Sual-Cavab 2️⃣ (18.02.26) Amid Əliyev

#SualCavab #AmidƏliyev

©️ t.me/ixlasla


Peyğəmbər ﷺ buyurmuşdur:
"İki nemət vardır ki, insanların çoxu onlardan istifadə etməkdə ziyana uğramışdır: Sağlamlıq və asudə vaxt."

Şeyx Saleh əs-Sindi:
Vaxt nemətindən layiqincə bəhrələnənlər çox azdır, insanların əksəriyyəti bu məsələdə səhlənkarlıq edir və ziyana uğrayırlar.

©️ t.me/ixlasla


İmam Əhmədin Möhtəşəm Şüarı

İmam Əhməd (Allah ona rəhm etsin) elm yolunda elə bir ucalığa yetişmişdi ki, o dövrdə artıq hər kəs tərəfindən tanınır və barmaqla göstərilirdi. O, dində imamlıq dərəcəsinə çatmışdı və insanlar dünyanın hər tərəfindən onun yanına axışır, uzun yollar qət edirdilər.

Buna baxmayaraq, İmam Əhməd böyük bir təvazökarlıqla hələ də əlində elmi qeyd etmək üçün mürəkkəbqabı tutur və digər alimlərdən hədis dinləmək üçün elm tələbələri ilə birgə alimlərin dərslərinə yetişmək üçün elm məclislərinə can atırdı.

Onun bu halını görənlər heyrətlə soruşdular:
— "Ey Əbu Abdullah! Sən ki artıq bu məqama çatmısan, nə vaxta qədər bu mürəkkəbqabı ilə elm arxasınca qaçacaqsan?".
O, (Allah ona rəhm etsin) hər bir elm tələbəsi üçün çıraq olacaq o möhtəşəm sözünü dedi:

«مَعَ المِحْبَرَةِ إِلَى المَقْبَرَةِ»
"Mürəkkəbqabı ilə qəbirə qədər!".

Xülasə: Bilməliyik ki, elm ucu-bucağı olmayan bir ibadətdir və bu yolda mənzilə çatmaq deyə bir anlayış yoxdur. Həqiqi elm tələbəsi son nəfəsinə qədər öyrənməyə və özünü təkmilləşdirməyə davam edəndir. Kim "mən artıq elmdə kamilliyə çatmışam" deyərsə, məhz o zaman cəhalətin zirvəsinə addım atmış olar.

📝 Şeyx Saleh əs-Sindinin dərsindən alıntı..

©️ t.me/ixlasla


Sual-Cavab 3 - Amid Əliyev 📚

Hörmətli izləyicilər, bu dərsdə bir çox mühüm şəri suallara aydınlıq gətirilmişdir.

📍 Dərsin mövzuları:

0:39 - Allah ilə insanlar arasında vasitəyə ehtiyac varmı?
7:56 - İslam nə deməkdir və niyə Allah yanında yeganə din İslamdır?
12:30 - Sünnə nədir? Sünni və Sələfi məfhumları arasında nə fərq var?
16:36 - Allahı məxluqlara bənzətmək və "Allah baba" demək olarmı?
20:28 - İslamda əyləncə və deyib-gülmək necə qarşılanır?
21:44 - Süni intellektə (ChatGPT) şəri suallar vermək icazəlidirmi?
23:40 - Faydalı elm nədir? (Duanın izahı)
31:18 - Günahlardan uzaq durmaq və nəfslə mübarizə üçün nəsihət.
37:42 - Qurani-Kərimi həvəslə oxumaq üçün nə etməli?

🎥 Dərsi izləmək üçün: Sual-Cavab 3️⃣ (11.04.26) Amid Əliyev

#SualCavab #AmidƏliyev

©️ t.me/ixlasla

20 ta oxirgi post ko‘rsatilgan.