Min Bir Mahnı?


Kanal geosi va tili: ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa: ko‘rsatilmagan


t.me/Min_birmahni
İnstagram.com/min_birmahni
@nasir_h_z_1366

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri


Qubalı Qız

Bayatı Şiraz Mahnısı

Musiqi: #İbrahim_Topçubaşov (1924_1970)
Sözləri: #Süleyman_Rüstəm (1906_1989)

Şah dağından əsən küləh saçlarını darasın,
Səni sevən Qudyalçayın sahilində arasın.
Dilin ana torpağının meyvəsindən şirindir,
Məhəbbətin ürəyimdə dəryalardan dərindir.

Nəqarat:
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.

Nəfəsindən duyuram mən çiçəklərin ətrini,
Bu dünyada mənim kimi bilən hanı qədrini?!
Şöhrətini ulduzlara, aya, günə yazmışam,
Surətini ürəyimin duvarından asmışam.

Xəzan bilməz ömrümüzün bu mənalı çağında
Gül, həmişə bahar gülsün eşqimizin bağında.
Qoy səslənsin gecə-gündüz mənim ürək tellərim,
Ağ göyərçin əllərindən ayrılmasın əllərim.

@Min_Birmahni


#قوبالی_قیز

Gülağa Məmmədov

@Məmmədov




#قوبالی_قیز

Şövkət Ələkbərova

@Min_Birmahni




Qubalı Qız
🎹🎼🎼🎼🎼

Mus:İbrahim Topçubaşov
Söz:Süleyman Rüstəm

@Min_Birmahni


Bahar Olsun

Dilkeş Mahnısı

Musiqi: #Cahangir_Cahangirov (1921_1992)
Sözləri: #Ənvər_Əlibəyli (1916_1968)

O qara gözünə heyranam yar
O şirin sözünə qurbanam yar
Gəl mənim könlümə bir yul aç
Gün kimi üstümə şəfəq saç

Naqarat:
Mən gülüm gülsün çəmənlər
Ay ceyran sevgilim!
Goy açsın güllər gülşənlər
Mehriban sevgilim!
Sevinsin qəlbdən sevənlər
Hər zaman sevgilim!
Ömrümüz xəzan bilməz bahar olsun

Mən səni hər zaman anaram yar
Eşginlə od tutub yanaram yar
Dünyada səadət var olsun
Yaşasın məhəbbət var olsun

@Min_Birmahni






#باهار_اولسون

Səxavət Məmmədov

@Min_Birmahni




Bahar Olsun
🎹🎼🎼🎼🎼

Mus:Cahangir Cahangirov
Söz:Ənvər Əlibəyli

@Min_Birmahni


Var Gülüşündə

Çahargah Mahnısı

Musiqi və Sözləri: #Bəhram_Nəsibov (1942_1998)

Al əlvan geyib çəmən
Gül açıb tər yasəmən
Sən danış qoy səsini
Dinləyim doyunca mən

Naqarat:
Yazın baharın nəfəsi var gülüşündə
Sevib sevilmək həvəsi var gülüşündə
Baxışın canlar alir canlar alır yar!
Aşiqi dərdə salir dərdə salir yar!
Gülüşün nəğmə kimi,nəğmə kimi
Gah enir,gah ucalır yar

Xalqımın gözəlisən
Eşqimin əzəlisən
Doymaram sözlərindən
Hər sözü məzəlisən.

@Min_Birmahni






#وار_گولوشونده

Ramiz Hacıyev

@Min_Birmahni




Var Gülüşündə
🎹🎼🎼🎼🎼

Mus və Söz:Bəhram Nəsibov

@Min_Birmahni


Ləli Yar

Şur Mahnısı

Musiqi: #Üzeyir_Hacıbəyov (1885_1948)

Ay gələn yar haralısan?
Ləli qurbanın olum
Qaşları qaralısan ay
Ləli yar ləli

Naqarat:
Ay ləli yar ləli yar ləli

Qözlərindən taniram ləli qurbanın olum bizim elin
Maralisan ləli yar ləli yar
Ləli yar ləli yar ləli

Yar qapını açıbdır ay ləli qurbanın olum yenə rəngi qaçıbdır ay ləli yar ləli qurbanın olum

Dur gəl bizim bağçamıza ləli qurbanın olum gör nə güllər açıbdır ay ləli yar ləli

@Min_Birmahni



20 ta oxirgi post ko‘rsatilgan.

120

obunachilar
Kanal statistikasi