⚡️Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin onlayn formatda iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!
● Prezidentlər birgə bəyanatında bu hadisəni aparıcı Azərbaycan bankının Özbəkistan bazarına daxil olması kimi dəyərləndirib.
● Layihə ABB-nin Özbəkistanın kommersiya banklarından olan Davr Bankın əsas nəzarət səhm paketini əldə edərək bu ölkənin bazarında “ABB Davr” Bank adı ilə fəaliyyətini nəzərdə tutur.
● Bank “ABB Davr” Bank brendi ilə Özbəkistanın bütün regionlarında korporativ və fərdi müştərilərə universal maliyyə xidmətləri göstərəcək.
● Bu bazarda məqsədyönlü fəaliyyət ABB-yə də böyük imkanlar qazandıracaq. Tanınmış Azərbaycan brendi olan ABB Maliyyə Qrupunun regional və beynəlxalq imicini daha da möhkəmləndirəcək.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Özbəkistan bazarında iştiraka yaradılmış şəraitə görə Azərbaycan və Özbəkistan prezidentlərinə, həmçinin bu prosesə dəstək vermiş müvafiq dövlət qurumlarına minnətdarlığını bildirib
Xatırladaq ki, avqustun 22-də Daşkənddə təşkil olunmuş IV Özbəkistan-Azərbaycan regionlararası forumunda ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev Davr Bankın əsas nəzarət səhm paketinin ABB tərəfindən alınmasına dair anlaşma sənədi imzalamışdılar.