Salam. Mən bir Azərbaycanliyam. Özümü nə qədər tanıyıramsa, torpaqlarımın işqal altında olduğu tarixləri əzbərə bilirdim. Hər işqal günü, hər soyqırım günü, ölkəm 30 il boyunca elə bilki yenidən yaşayırdı o acıyı. Hər bayram isə həmişə 'O gün olsun ki, Qarabağda çalaq bayramımızı' deyərdik.
Artıq bu gün o gündür. Bu gün xalqım, olkəm, Vətənim, həmin o günü yaşayır. Bu bir gecə deyil, bu bir Tarix günüdür. Bu 30 il gözlədiyimiz gündür.
Biz bu gün iti qovduq. Biz bir millət kimi, bir olduq. Biz bir birimizə dayaq olduq. Biz böyük bir ailə olduq. Bir birimizin acısını yaşadıq. Bir yerdə olduq. Biz azad edilən tarixləri yaşadıq. Biz bir qələbə yaşadıq. Biz zəfər çaldıq.
Canım Azərbaycanım, sən nə qədər güclü olkəsən ki, belə çətin bir ildə belə, dik durdun. Çox yaşa, Ana yurdum, Vətənim!
10.11.20🇦🇿❤