Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Avropa və Xarici İşlər Nazirliyinə dəvət edilib.
"Unikal" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin press-relizində deyilir.
Bu addım Fransanın yaşıl keçid, enerji və iqlim naziri Aqnes Panyer-Runaherin COP29-da iştirakını ləğv etməsi ilə bağlı olub.
Qeyd edək ki, rəsmi Paris Bakıya qarşı ermənipərəst mövqe nümayiş etdirir.