Torpaq mülkiyyət formaları
▪III-VII əsrlərdə Sasanilər dövründə torpaq mülkiyyət formaları
•Dastakert – iri feodallara və Zərdüşd dininin kahinlərinə məxsus irsən keçən torpaq mülkiyyəti idi
•Xostak - xırda və orta feodallara məxsus şərti torpaq mülkiyyəti idi. Xostaqın əsas sahibi idi
▪VII-IX əsrlərdə Ərəb ağalığı dövründə torpaq mülkiyyət formaları
•Dövlət – Xilafətdə feodal torpaq mülkiyyətinin əsas forması olub divan, yaxut sultan (xəlifə) torpaqları adlanırdı
•İqta – dövlət tərəfindən orduda göstərdiyi hərbi hünərə və sədaqətli xidmətə görə verilən və daha geniş yayılmış torpaq mülkiyyəti forması idi. İqta divan torpağından verilirdi. Xilafətdə iqta sahibi məcburi hərbi mükəlləfiyyət daşımır, xəzinəyə müəyyən miqdarda vergi verirdi. İqtanın iki forması var idi: a) Bağışlanan iqta - sabihinin şəxsi mülkiyyətinə çevrilir və nəsildən-nəsilə keçirdi; b) İcarə edilən iqta - hərbçilərə verilir, irsən keçə bilməz, lazım gəldikdə geri alına bilərdi
•Mülk - yerli feodalların mülkiyyətində olan və sahibi malik adlanan torpaqlar idi
•Vəqf - müsəlman aləmində müqəddəs yerlər və şəhidlər üçün nəzərdə tutulan və müsəlman dini idarələrinin ixtiyarında olan torpaqlar idi. İcarəyə verilsə də, onu almaq, satmaq və xüsusi mülkiyyətə çevirmək olmazdı
•İcma torpaqları - əhaliyə məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr, qəbiristanlıqlar və.s daxil idi
▪IX-XI əsrlərdə torpaq mülkiyyət formaları
•Divan - dövlətə məxsus olan və gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi
•Mülk – Bu dövrdə ən geniş yayılan torpaq mülkiyyət forması olub ayrı- ayrı feodallara məxsus idi. Mülk sahibi dövlətə torpaq vergisi verirdi
•İqta - dövlətə xidmət müqabilində verilən, IX-XI əsrlərdə o qədər də geniş yayılmayan və inkişaf etməkdə olan şərti torpaq mülkiyyət forması idi. Bu dövrdə onun sahibi olan iqtidarların xüsusi mülkiyyətinə çevrilirdi. İqta sahibləri təsərrüfatla məşğul olmur və öz iqtidarlarını icarəyə verirdilər
•Xalisə - ayrı-ayrı hökmdarların (xəlifələr, sultanlar və b.) və sülalərin mülkiyyətində olan torpaq sahələri idi
•Vəqf - ayrı-ayrı ruhanilərə dini və xeyriyyə müəssisələrinə, məscidlərə, mədrəsələrə və s. verilirdi. Vəqf torpaqlarında yaşayan kəndlilər vergini vəqf sahibinə verirdilər
•İlcə (hami) - Azərbaycan kəndlilərinə məxsus olub, sonradan ərəb feodallarının əlinə keçmiş torpaqlar idi
•Camaat (icma) - dövlətin mülkiyyətində olub kəndlilərin istifadəsində olan torpaqlar idi. Bu torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi
▪XIII-XIV əsrlərdə Monqollar dövründə torpaq mülkiyyət formaları
•Divan - dövlətə məxsus olub, gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi
•İqta – xidmət müqabavilində verilən torpaqlar idi
•Bayrat - istifadəsiz qalıb monqol feodallarının himayəsinə keçən torpaqlar idi
•İncu – Elxanilər dövründə meydana gələn və hökmdar, xan nəslinə məxsus torpaqlar idi
▪XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövründə torpaq mülkiyyət formaları

•Xass - ayrı-ayrı hökmdarların və sülalərin mülkiyyətində olan torpaqlar idi
•Mülk - yerli feodalların mülkiyyətində olan torpaqlar idi
•Vəqf – dini idarələrə məxsus torpaqlar idi
•Soyurqal - Qaraqoyunlu və Ağqoyunlu qoşununun dayağı olan hərbi əyanlara müvəqqəti istifadə üçün iqta əvəzinə verilən və irsən keçən torpaqlar idi
QEYD: İqta ilə soyurqalın ümumi cəhəti onların dövlətə xidmət müqavilində verilmələri olsa da, bir-birindən kəskin fərqlənirdi. Beləki, Soyurqal torpaq mülkü iqtadan fərqli olaraq irsən keçə bilərdi, sahibinin hüquqları daha geniş idi və vergi toxunulmazlığı hüququ var idi.