#رقيه_كبيري نين باكيره ليغين مؤهورلو تصديغي آدلي حئكايه سي "كوليس" ، آذربايجان رسپوبليكاسينين ادبيات قزتينده ياييملاندي.
حئكايه دن بير بؤلوم:
Baldızım, qızın yanındakı qadınlara əyilir: «Siz nə üçün gəlibsiniz?»
Qadın: «Dünən gecə toyları idi.» deyib əlindəki kağızı göstərir «Əlimizdə kağız da var, elə bu xanım doktor verib» deyir.
Gəlin bacının gözünün çuxurundakı yaş gözümdə parıldayır. Utanıram qızın yayılan sürməsinə baxım.
Gözüm mayna otağının qapısında qalıb. Qumral saçlı, bayıra çıxır. Adaxlısı, qolundan tutub. Maması arxasından gəlib. Qız üzümə gülümsəyir.
Adaxlısından ayrılıb, mənə sarı gəlir. Əyilib qulağıma «Qorxma! Çətin deyil» deyib adaxlısının əlindən yapışıb, gedir. Mamasının dik dabanlarının səsi get-gedə uzaqlaşır.
Nömrə verən kişi mənə işarə elədi. Adaxlımla baldızım mənimlə birlikdə qalxdılar.
Adaxlımı baldızıma göstərib, dedim: «Olar bu gəlməsin?». O isə yenə dişlərini ağartdı. «Əslikar odu daa...» dedi.
Üzünə gülməyim gəlmədi: «Zəhləmgetmiş güləndə, necə də duzsuz olur!» divardakı şəklə dedim.
حئكايه ني بوتونلوكله كوليس. آذ سايتيندان اوخويا بيلرسينيز:
http://kulis.lent.az/news/20907@azfemina