Ağrılar səngimir, xatirən haqqı
Yox... indi ayrılmaq vallah günahdı.
Çöldəki fevrala yaxşı-yaxşı bax
Gör bir qol saatında necə donur vaxt.
Bir də bundan belə ömrün buz içər...
Canından soyuq bir sızıltı keçər
Boşalar qolların, çiynin, biləyin
Qəfildən əl-qolun cismindən köçər.
Toplarsan özünü bütöv olarsan
Yalandan bir ailə, bir ev olarsan.
Mənim də ömrüm alınmaz, düzü
Bax bu əllərimlə itirdim bizi...
Sonra da hardansa, necəsə oldu:
Küçədə ətrini duyub duruxdum
Məni pis haqladı qoxu yaddaşı.
Yuxuda saçınla danışıb-güldüm
Üzünü gizlətdi yuxu yaddaşı.
Sonra yadırğadım süst qucağını...
...Məndə qalıb, gəl apar saç sancağını
Qolunu qoynunda cütləyib durma
Vida qucaqlaşmasıyçün aç "sancağını".
Sındır akvariumu - xatirəmizi
At səmaya uçsun o balıqları
Öyrət göy üzünə ayrılıqları.
Dinlə bu küləyi... bu son küləklə
Ömrümə ayrılıq nəfəsi gəlir.
...Sən o gün qapını elə örtdün ki,
İçimdən qapının küt səsi gəlir.
(c) Aqşin Evrən
Yox... indi ayrılmaq vallah günahdı.
Çöldəki fevrala yaxşı-yaxşı bax
Gör bir qol saatında necə donur vaxt.
Bir də bundan belə ömrün buz içər...
Canından soyuq bir sızıltı keçər
Boşalar qolların, çiynin, biləyin
Qəfildən əl-qolun cismindən köçər.
Toplarsan özünü bütöv olarsan
Yalandan bir ailə, bir ev olarsan.
Mənim də ömrüm alınmaz, düzü
Bax bu əllərimlə itirdim bizi...
Sonra da hardansa, necəsə oldu:
Küçədə ətrini duyub duruxdum
Məni pis haqladı qoxu yaddaşı.
Yuxuda saçınla danışıb-güldüm
Üzünü gizlətdi yuxu yaddaşı.
Sonra yadırğadım süst qucağını...
...Məndə qalıb, gəl apar saç sancağını
Qolunu qoynunda cütləyib durma
Vida qucaqlaşmasıyçün aç "sancağını".
Sındır akvariumu - xatirəmizi
At səmaya uçsun o balıqları
Öyrət göy üzünə ayrılıqları.
Dinlə bu küləyi... bu son küləklə
Ömrümə ayrılıq nəfəsi gəlir.
...Sən o gün qapını elə örtdün ki,
İçimdən qapının küt səsi gəlir.
(c) Aqşin Evrən