maphobi


Channel's geo and language: not specified, not specified
Category: not specified


Əlim çatmayan yerə ürəyim çatırsa, əlçatmaz deyilsən..
@rflzd -dan sizlərə.
Müzakirə qrupumuz : @maphobichat

Related channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


indi, gecənin ən darıxmaqlı saatlarında,
əllərini üzümə sıxıb,
biləklərindən
öpmək,
öpmək,
öpmək
istəyirəm...
gecə qaranlıq, ay batıb, hava soyuqdu
və buna ümidim yoxdu...

indi, gecənin ən kimsəsiz saatlarında,
bir rovelverə üç güllə yerləşdirib,
alnıma sıxmaq

ölmək,
ölmək,
ölmək
istəyirəm
gecə yağmurlu, səma buludlu, ulduzlar yoxdu,
və üç gerçəkdən çoxdu...

ağlamaq - ən qaranlıq və səssiz anında gecənin,
bir siqaret yandırmaq,
boşalmış qədəhə konyak süzmək

dözmək,
dözmək,
dözmək.
gecə islaq, gözüm nəmi, səma da qaranlıqdı
və bu gecələrdə səni üç dəfə düşünmək,
axmaqlıqdı,
axmaqlıqdı,
axmaqlıqdı...

(c) Cəlil Cavanşir


Gözlərində yenə giley oxundu,
Mən nə dedim ürəyinə toxundu?
Bu adətdir aralıqda söz olar,
Gəl barışaq, niyə küsdün, niyə yar?

Ürəyimdə xatirələr oyandı,
Keçən günlər göz önündə dayandı.
Bir olardı söhbətimiz, sözümüz,
Bir gülərdi ürəyimiz, gözümüz.

Yanağını çicəklərdə aradım
Çəmənlərin saçında iz daradım
Al üzünə dedim, "budur sabahım"
Niyə küsdün, nədir mənim günahım?

Ayna sular gözlərindir, dedim mən
Xoş nəğmələr sözlərindir, dedim mən
İlk eşqimə bircə səni istədim,
Nə edim ki, dönük çıxdı qismətim?
(c) Əliağa Kürçaylı


Gedirsən məni də apar!
Gəlim saçını darayım.
Bir də nə vaxt əlim çatar?
Olar səni qucaqlayım?

Oturum səninlə bir az,
Gələcəyi varaqlayım.
Fonda bir bayatı-şiraz,
Olar səni qucaqlayım?

Sən gülümsə, heç nə demə.
Mən öz halıma ağlayım.
Heç nəyi soruşma, bilmə,
Olar səni qucaqlayım?

Dönə-dönə, dəfə-dəfə,
Öz-özümü aşağılayım.
Heç olmazsa bircə dəfə,
Olar səni qucaqlayım?

Bilirsən bu nə ağrıdır?
Kimə, necə bel bağlayım?
Bəlkə dünyanın axırıdır,
Olar səni qucaqlayım?

Səni hamıdan saxladım,
Hər gün belə sabahladım.
Özümü çox qucaqladım.
Olar səni qucaqlayım? (c) Raqif Raufoglu


Qucaqla bas bağrına
qoy doyunca ağlayım .
Yığım göz yaşlarımı
göydən yağış yağmasa
buludlara saxlayım .

Saçlarımı tumarla
oxşa məni bir dənəm ,
sənə ehtiyacım var ,
yerlə yeksan olmuşam
sənsiz yaman gündəyəm.

Qaytar məni geriyə
sənlə olan günlərə
ömür baş alıb gedir
bizə tanış olmayan
bomboz məchul illərə .

Yaxın gəl ömrüm-günüm
de bircə söz, təsəlli ,
görmürsənmi qalmışam ?
Kimsəsizəm ortada
tək ayaq , baş , tək əlli ...

Gedək hündür dağlara
tapaq Xızır Nəbini
sorub- soruşaq ondan ,
ədalət harda ıtmiş ?
O bilər səbəbini !

(c) Aida Adıgözəl


Nə qədər yanındayam,
əlimdən möhkəm yapış.
Boynumdan, kürəyimdən,
belimdən möhkəm yapış.

Sev hər şeyə hirslənən
səbirsiz xislətimi.
Dırnağını çeynəyən
uşaq təbiətimi.

Bir döşəyə sığmayan
narahat yuxumu sev.
Hər nəfəs ciyərinə
çək, mənim qoxumu sev.

Sev tökülən saçımı,
dodağımın çatını.
Getsəm, ahın titrədər
göyün yeddi qatını.

Qoyma ki, çıxıb gedim,
getsəm, dəli olarsan.
Xarabaya çevrilər,
bayquşlara qalarsan.

Sarılarsan hər gecə
məndən qalan köynəyə.
Getsəm, sinən alışar,
ömrün-günün göynəyər.

Ətrafa dərd püskürər
hər sözün, hər şeirin.
Getsəm, ölərsən, amma
açıq qalar gözlərin...

(c) Orxan Bahadırsoy


Xəyalını çək başımdan, həyatım,
hicrandandı bu darağın dişləri.
Təzə eşqə qalmayıb ki, taqətim,
tərgitmişəm daha bütün eşqləri.

Bir mahnı var: səsin kimi həzindi.
Dinləyirəm, dərddi, qəmdi, hüzndü.
Soruşdular: - nədəndi bu üzüntü?
Dedim: - onu boş ver, könül işləri

Mən ki sevib, bir büt kimi öpürəm...
Allah şərik istəmir ki! Bilirəm!
Hərəyə bir sevda düşür ömürdən,
mənə çıxır ayrılığın püşkləri

Bu ömürdə yer qalmayıb sənə, yar!
Bu taledən özümü də atırlar!
Eşitsən bir başqa ömrə bilet var,
xəbər elə, gəzim bütün köşkləri.

Çıx fikrimdən, dincliyimə dəymə də!
Bu sevdanın qapısını döymə də!
Gözləyirəm bu qaranlıq səhnədə,
başlayır son tamaşamın məşqləri!

(c) Orxan Bahadırsoy


Xoşdur ki,nazilən verə yarım cəfa mənə.
Çəkməzsəm ol cəfanı,desin bivəfa mənə.

Aqil təsəvvür etsə də,eşqi bəla kimi
Neməl-bəladır,olmaz o,bisəl-bəla mənə.

Ariflər ərz edib-bizə nemətdir hər bəla
Yəqin bu nemətin görüb Allah rəva mənə.

Yarın yolunda müntəzirəm hər qəmin çəkəm.
Eşqin yolunda yarım ola aşina mənə.

Dostumdu qəm çəkən biri,arif çəkər qəmi.
Düşməndi,qəmdən hər kim edir imtina,mənə.

Hər kəs qəmin yükün çəkib,Allaha şükr edər,
Olmaz yaxın,bir insan o,kəsdən səva,mənə.

Min-min təbib gəlib nə əlacın tapar qəmin?
Tək qəm rəva görərsə yetər bir şəfa mənə.

İnsaf edib dönər geri sanmışdım,olmadı.
Tənhalığım kəsilmiş ömürlük cəza mənə.

Əğyarı yar ilən görəm,əlbəttə qan düşər.
Ya Həq verər o yarə,ya əğyarə,ya mənə.

Qəlbim yorulmuş olsa da,bir dəfə baxmağım
bəsdir camal-i yarıma,versin səfa mənə.

Mən kəbə bilmişəm onun ətrafın ey könül,
Ol kuyi qismət eyliyə ey kaş Xuda,mənə.

Bildim dualarım nədən Allaha çatmayıb,
Bir halda çatmayıb mən edən bir dua,mənə.

Əslində Dahi,eşqi-bəqi həsrətin çəkir
Mən fani eşqə xatir əl atdım bu damənə.

(c) Rüfət Dahi


Müzakirə qrupumuza qoşularaq, paylaşılmasını istədiyiniz şeirləri bölüşə bilərsiniz ⚡
@maphobichat


Dilbəra, dərdi-dilimdən belə ünvan etdim
Ki, qəmi-hicrdə dil mülkünü viran etdim.
Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi,
Ol səbab məskənimi guhi biyaban etdim.
Eşq sultanı mənim qətlimə fərman gətirib,
Etmədim tərki-vəfa, taqəti fərman etdim.
Səri-kuyində qoyub başımı bir uf demədim,
Səri sidqilə dilü canımı qurban etdim.
Ya təbib adını tərk eylə, təbabət etmə,
Ya mənim dərdimi tap, gör, niyə tüğyan etdim?
Yoxdu bir kimsə məgər dərdimi bilsin, ya rəb
Ki, mən öz qanım ilə dərdimə dərman etdim!
Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,
Nuh tufanı kimi, gör ki, nə tufan etdim!
Natəvan, etmədi ol səngdilə naləm əsər,
Gecə-gündüz nə qədər naləvü əfğan etdim.
(c) Xurşidbanu Natəvan


Göylərdə yaşayan qız, yerdə mən, göydə sənsən.
Sən indi göydəsənsə, deməli, göy də sənsən.

Əzizim, göy də sənsən,
Ən gözəl küy də sənsən.
Mən ölmüşəm, toyunda
Gəlin də, bəy də sənsən.

Gedişinlə özünü öyə-öyə haqlısan
Göydən yerə daş yağsa, yerdən göyə haqlısan.

Əziziyəm, yaş yağar,
Meydanlara baş yağar.
Üzümü göyə tutsam,
Göydən yerə daş yağar.

Həddi qədər sevmədi, həddini də yar aşdı,
Sənə gülmək yaraşdı, mənə ölmək yaraşdı.

Əziziyəm, yar aşmır,
Sərhərdləri yar aşmır.
Sənə mənsiz yaraşan
Mənə sənsiz yaraşmır.

Dedin səni unudub ta ən başa dönmüşəm,
Sən unudan yol üstə mən əyyaşa dönmüşəm.

Əzizim, yaşa dönsün,
Baharım qışa dönsün.
Dedin başa dönmüşəm,
İnanan daşa dönsün...

Ey sevgili, getmisən, necə tapım təsəlli?
Kaş qoymazdım getməyə, yapışardım yüz əlli

Əzizim, minə dəydi,
Bir ürək minə dəydi.
Min şükür, daşa döndüm,
Ayağın mənə dəydi...

Darıxıram səbəbsiz, ey ürəyin parası,
Sən istə, sənin olsun gözlərimin qarası.

Əziziyəm, düz qoydu,
Çörək qoydu, duz qoydu.
Gözləri yara verdim,
Kirpiyimə göz qoydu.

Yan-yörəmdə dost-tanış, ağlıyıram gizlicə
Ağlım almır, sevgilim, ayrılmışıq biz necə?

Mən aşiq, içi göynər.
Beş qalar, üçü göynər.
Burnumdan gətirənçün
Burnumun ucu göynər.

Bilirdin ki, qəlbimin evindəki qadınsan
Hər içəndə qədəhin dibindəki qadınsan.

Aşiqəm, dərsin keçsin.
Yar məni əzsin keçsin.
Mən yarüçün yol olum,
Üstümdə gəzsin keçsin.

Söylə mənə cananım, könül hanı, can hanı?
Dağ ürəkli şairin daş ürəkli cananı!

Mən aşiqəm, düz verdim
Çün yarıma söz verdim.
O yarın nə günahı,
Özüm ona üz verdim...

(c) Elroman Əlizadə


Ağrılar səngimir, xatirən haqqı
Yox... indi ayrılmaq vallah günahdı.

Çöldəki fevrala yaxşı-yaxşı bax
Gör bir qol saatında necə donur vaxt.

Bir də bundan belə ömrün buz içər...

Canından soyuq bir sızıltı keçər
Boşalar qolların, çiynin, biləyin
Qəfildən əl-qolun cismindən köçər.

Toplarsan özünü bütöv olarsan
Yalandan bir ailə, bir ev olarsan.

Mənim də ömrüm alınmaz, düzü
Bax bu əllərimlə itirdim bizi...

Sonra da hardansa, necəsə oldu:
Küçədə ətrini duyub duruxdum
Məni pis haqladı qoxu yaddaşı.
Yuxuda saçınla danışıb-güldüm
Üzünü gizlətdi yuxu yaddaşı.

Sonra yadırğadım süst qucağını...

...Məndə qalıb, gəl apar saç sancağını
Qolunu qoynunda cütləyib durma
Vida qucaqlaşmasıyçün aç "sancağını".

Sındır akvariumu - xatirəmizi
At səmaya uçsun o balıqları
Öyrət göy üzünə ayrılıqları.

Dinlə bu küləyi... bu son küləklə
Ömrümə ayrılıq nəfəsi gəlir.

...Sən o gün qapını elə örtdün ki,
İçimdən qapının küt səsi gəlir.

(c) Aqşin Evrən


Gülümsə üzümə məni görəndə,
Ağla mənim üçün, mən olmayanda.
İndi tutunduğum o əlləri də,
Saxla mənim üçün, mən olmayanda.

İtməsin saçından sığal izlərim,
Düşməsin dilindən şeir sözlərim,
Qalsa şəkillərdə açıq gözlərim,
Bağla mənim üçün, mən olmayanda.

Tut o şəkillərdə əlimi hərdən,
Qucaqla boynumu, belimi hərdən.
Sevdiyim sırğayı gülümü hərdən,
Qoxla mənim üçün, mən olmayanda.

Sənin həyatına gəldiyim yeri,
Özümü ən xoşbəxt bildiyim yeri,
Mənim doğulduğum, öldüyüm yeri,
Yoxla mənim üçün, mən olmayanda.

(c) Orxan Bahadırsoy


Nə qəribədir həyat,
Bezsək də şirin gəlir,
Keşməkeşli yollardan,
Keçirik ölüm gəlir.

Baş qoyuruq məzarın
Buz kimi torpağına
Məzar da evin olur,
Torpağ da şirin gəlir.

Mən artıq alışmışam
Bu həyatın işinə,
Səndə atıb gedəssən
Qarşıda zülüm gəlir.

(c) Xədicə Nur


Unutmağa çalışıram görürsən,
Götür bütün yaddaşımı, uzaqlaş.
Ən çətin iş mənə düşdü, bilirsən,
Bircə dəfə inad etmə, razılaş.

Səsin itir qulağımdan birinci,
sonra qoxun daha gəlmir burnuma.
Xatirən də "adam kimi" dil bilir,
darıxanda qaçır girir qoynuma...

İtirirəm səsindəki kədəri,
itir gedir qulağımdan gülüşün.
Bilirdim ki, mən də çətin adamam,
Bilirdim ki, buz olmaqdı vərdişim...
Bax, üzümün gülüşünün memarı,
dön mənə bax,
itir-batır üzümdəki əl işin

Bir gün hər şey sona çatır ömürtək.
Yoxa çıxır nəhayətdə yox olur,
Sevgi elə zəhrimardı, bilirsən.
Bəzən ömür azlıq edir sevməyə,
bəzən adam özü belə çox olur...


— Qızım, sənin adın nə?
— Mənim adım Qərənfil.
— Gözünə qurban olum,
darıxırsan elə bil.

— Atamı gözləyirəm.
— Atan hardadır məgər?
— Müharibəyə gedib;
o döyüşür gecələr.

— Nə vaxt gedibdir atan;
gecikdiyi çoxdurmu?
— Çoxdur, əmi can, çoxdur.
— Ananın da atandan
bir xəbəri yoxdurmu?

— Anam indi işdədir.
— Qızım, harda işləyir?
— Anam çox mehribandır,
yarpaqları çox sevir,
səhərdən-axşamacan
onları təmizləyir.

— Yaxşı, mehriban anan
atandan bir söz demir?
— Demir, əmi can, demir,
daha yollara baxmır,
daha onu gözləmir.

Mən dünən çox ağladım
gecə yatmazdan öncə.
Anamın nə etdiyin
izləyirdim gizlicə.

Atamın divardakı
şəklini qucaqlayıb,
belə deyirdi, əmi:
“Mən necə böyüdəcəm
Atasız bu yetimi”.

(c) Həsən Kür


Keçər ömür gözümdən,
Keçər günüm, ilim də.
Köksümə yara olsan,
Keçər günün birində?

Həsrətə boyun əyib,
Sətir- sətir yazım mən.
Üzündəki gülüşü,
Geri gətir, yazım mən.

Yazıb-yazıb silərəm,
Darıxmağın dadını.
Mən necə unudacam?
Darıxdığım qadını..

Qara günün arzusu
Güldürə bilməz məni.
Fələk səni görməmiş
Öldürə bilməz məni.

Dözə bilmir çiyinlər,
Dərd səndən böyük olur.
Şairin dərdi ən çox
Kağızlara yük olur.

Uzağı, qocalmadan,
Saçlarıma dən düşər.
Bir gün səni yazanda,
Əlimdən qələm düşər...

(c) Alim Əliyev


Bizә sevmәk vә sevilmәk tәmәlindәn düşmür
Niyyәti öncәdәn etmәk әzәlindәn düşmür

Düşsә dә bәxtimә şәhzadә misalında gözәl
Çox tәәssüf mәnә bәxtin gözәlindәn düşmür

Sәnә mәn qәlbimi verdim, yerә tez-tez saldın
İndi bir özgәsinin qәlbi әlindәn düşmür

Məni öldürsə də,nazın,yenə naz et demişəm
Bu sözümdən yada,Vahid məsəlindən düşmür?

O Füzuliydi ki, Leyla ilә Mәcnun yazdı
Bizә bir beyt' o şeyxin qәzәlindәn düşmür?

Səni yalnız mənə gördükdə yaraşdırdı anam
O,səbəb söhbəti bir ayrı gəlindən düşmür

Kәrim ayrılsa da cananına üz döndәrmәz
Onun adı hәzәcindәn, rәmәlindәn düşmür

(c) Kәrim Abi


Keçib bəlkə yaşımız 40 dan 50 dən keçib
Keçib cavan canımız neçə güllədən keçib..
Bəzən qadın tumarı bircə şillədən keçib
Təkcə darıxmaq qalıb

Nə gözəl üzlü qızlar evlərə qurban gedib
Nəyi dogru bilirdim səhvlərə qurban gedib
Göydən düşən almalar divlərə qurban gedib
Bircə darıxmaq qalıb

Əkibsən ağac bitə' yerində sütun bitib
Ağrı bitər deyirdin yenə də tütün bitib
Ahh tütün cəhənnəmə həm də kibritin bitib
Bircə darıxmaq qalıb.

Ah bu ipək qəfəsin quşu itib deyirlər
Ah bu uşaqlı evdə kişi itib deyirlər
Nə vaxt ağzımı açdım başı itib deyirlər...
Bircə darıxmaq qalıb

Tanrı hamı yıxılıbsa necə uca qalmısan?!
Əvvəl - əvvəl min idin indi neçə qalmısan?!
Elə bil hamı ölüb tək sən qoca qalmisan
Bir də bir də mən adda
yekə darıxmaq qalıb.

Borc aldığım dostlarım' əvəzizdə darıxsam.
Bir az öz xarabamda' bir az sizdə darıxsam.
Siz aranda olanda mən dənizdə darıxsam
Uzağı' su altında neçə - neçə dağ qalar.
Görən mənə' ilahi' neçə darıxmaq qalar?!..

(c) Mirbağır Bünyatov


Yenə doğulmaq istədim,
bilmədilər!
...Suya toxunmaq öz yuxunu çin etməkdi- dedim,
balıqlar geri çəkildilər.
Eeey,
bir gözünü gördüyü yuxuda itirib kor qalan qoca,
bir gün
çiçəklər uçacaq,
quşlar gəlib gözlərini qoxlayacaq,
açılacaq gözlərin.

Əvvəl günəşin bətnində idi bütün körpələr...
İndi onların yuxularına şahidlik etmir
nə adamlar,
nə rənglər,
nə kölgələr.
...indi onlar bir şeirin kölgəsində ana gəzirlər,
sonra qaçırlar yol boyunca,
ağlayırlar
bir yuxunun ovucunda ölən adamların
tənha gözlərinə,
ağlayırlar doyunca!

...Bəs sən?!
Ey şeir,
gözlərin varmı?!...
Varsa mənə bağışla.
Gözlərinin yuxusunu qoxlayacağam,
sonra
get- deyəcəyəm,
deyəcəyəm-get yuxun yazsın səni..!

(c) Aydan Ay


Səndən sonra tarimardı
Nə yaz gəlib, nə bahardı
Mənim də bir atam vardı
Yağış aldı, yel apardı

Dağlar uymamış dumana
Gəl çıx "Eşq" adlı limana
Gedin deyin Xan Çobana
"Sarasını sel apardı"

Bu saatın vaxtı keçdi,
Gedən vaxta baxdı, keçdi
Ömürdü də axdı, keçdi
Ay daşıdı, il apardı.

Gördüm yuxuda evimdi
Sevindim... elə sevindim
Oyandım bildim indi
Əlin başqa əl apardı

Ömür bitir qaça-qaça
Əcəl kimi sanca-sanca
Ölüm düşübee arxamca
Hardasan, tez gəl apardı!

(c) Bahar Zaman

20 last posts shown.

120

subscribers
Channel statistics