Aktau şəhərində aviaqəza zamanı həyatını itirən Zaqatala rayon sakinlərinin nəşləri ailələrinə təhvil verilib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində həyatını itirənlərdən Zaqatala rayon sakinləri - 1977-ci il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Arif Əsəbəli oğlu Carayev, 1990-cı il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Hacıibrahim Süleyman oğlu Carayev, 1981-ci il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Xizri İsa oğlu Ceerov, 1966-cı il təvəllüdlü, Zaqatala rayonu Höytala kənd sakini Nərminə Salah qızı İdidova və 1996-cı il təvəllüdlü Zaqatala rayonu Moqov kənd sakini İbrahimxəlil Makkaşərif oğlu Kostiyevin nəşləri bu gün rayona gətirilərək ailələrinə təhvil verilib.