Postlar filtri


Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair dəstək bəyanatı yayıb

azertag.az/xeber/3363791


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Prezident İlham Əliyev: Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir


Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

“Azərbaycan Hava Yolları” QSC aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında 2024-cü il dekabrın 25-də qəzaya uğraması nəticəsində ekipaj heyətinin və sərnişinlərin həlak olması, bütün xalqımız kimi, bank icmasını da dərindən sarsıdıb və hədsiz kədərləndirib.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, bu faciəvi hadisə ilə əlaqədar olaraq, Mərkəzi Bankının tövsiyəsi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiyasiyasının (AMFA) təşəbbüsü ilə qəzada həyatını itirmiş vətəndaşlarımızın banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib

azertag.az/xeber/3363743


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti yanvarın 8-nə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.

Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir.

Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq


🛢Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,15 dollar və ya 0,19 faiz artaraq 79,63 dollar olub


Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, yanvarın 8-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub

azertag.az/xeber/3363579


Prezident İlham Əliyev telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxunub https://azertag.az/xeber/3363259


Bakı metrosunun “Ulduz” stansiyasında sərnişin relsin üzərinə düşüb

Bakı metrosunun “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Qeyd edək ki, “Ulduz” stansiyasında hadisə saat 21:30 radələrində baş verib.

Sərnişinlər dərhal qatardan düşürülüb və yüksək gərginlik bərpa edildikdən sonra qatar “Nərimanov” stansiyasından elektrik deposuna yola salınıb.

Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb.
İlkin tibbi yardım göstərildikdən sonra sərnişin tibb müəssisəsinə aparılıb


Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə 10 yeni metro stansiyası inşa ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı, eyni zamanda, qeyd edib ki, bununla bərabər, Bakı şəhərində yeni yol infrastruktur layihələrini icra etmək üçün artıq ilk 7-8 layihə seçilib, beynəlxalq mütəxəssislər cəlb edilib.

Bakı şəhərinin avtobus parkının elektrobuslarla əvəzlənməsi prosesinin də başladığını vurğulayan Prezident bildirib: “Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbayc


Azərbaycan Prezidenti: Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq https://azertag.az/xeber/3363107


Prezident: Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur https://azertag.az/xeber/3363043


Azərbaycan Prezidenti: Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar

Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar”, - deyə dövlətimizin başçısı qeyd edib.


Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır

Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. “Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, - deyə Prezident əlavə edib.


Prezident İlham Əliyev: İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik https://azertag.az/xeber/3362859


Prezident: COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur https://azertag.az/xeber/3362891


Qaçaqmalçılıq yolu ilə ölkəyə qızıl külçələr gətirməkdə təqsirləndirilən şəxs həbs edilib https://azertag.az/xeber/3362775


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib


Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Hörmətli cənab Sədr.

Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 yanvar 2025-ci il


Vuk Vuksanoviç: Azərbaycan Serbiya üçün faydalı tərəfdaşa çevrilib – MÜSAHİBƏ

Azərbaycan təbii qaz təchizatında Serbiyanın etibarlı tərəfdaşıdır. Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç hökumətin iclasında bildirib.

Qeyd edək ki, Serbiya Azərbaycan qazı ilə təmin olunan 8-ci ölkədir. Hazırda Azərbaycandan gündəlik 2,5 milyon kubmetrə qədər təbii qaz ixrac olunur. Serbiyalı ekspert, Belqrad Siyasət və İqtisadiyyat Mərkəzinin baş elmi işçisi Vuk Vuksanoviç ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırır

azertag.az/xeber/3362619


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Yüksək Liqada qadın və kişi voleybol komandaların sayında artım gözlənilir EKSKLÜZİV

Bu gündən voleybol üzrə 2025-ci ilin ilk oyunlarına - qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunlarına start verilib. Azərbaycan Voleybol Federasiyasının İcraçı direktoru Vüqar Hüseynzadə planlaşdırılan yeniliklər barədə AZƏRTAC-a danışıb.

20 ta oxirgi post ko‘rsatilgan.