Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
“Azərbaycan Hava Yolları” QSC aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında 2024-cü il dekabrın 25-də qəzaya uğraması nəticəsində ekipaj heyətinin və sərnişinlərin həlak olması, bütün xalqımız kimi, bank icmasını da dərindən sarsıdıb və hədsiz kədərləndirib.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, bu faciəvi hadisə ilə əlaqədar olaraq, Mərkəzi Bankının tövsiyəsi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiyasiyasının (AMFA) təşəbbüsü ilə qəzada həyatını itirmiş vətəndaşlarımızın banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib
azertag.az/xeber/3363743