🅣︎🅐︎🅡︎🅘︎🅧︎


Channel's geo and language: not specified, not specified
Category: not specified


「 ᴛᴀʀɪx 」https://t.me/Tarix67
•ᴀᴢəʀʙᴀʏᴄᴀɴ ᴠə Üᴍᴜᴍɪ ᴛᴀʀix💡
•ᴍᴏᴠᴢᴜ ɪᴢᴀʜʟᴀʀɪ📜
•Tᴇsᴛʟᴇʀ
•Vɪᴅɪᴏ ɪᴢᴀʜ🎥
•ᴘᴅғ ʟᴇʀ
•ᴅᴀʜᴀ ᴄᴏxᴜ ᴋᴀɴᴀʟᴅᴀ.
•ᴛᴀʀɪx ʜᴇᴍɪᴡᴇ ʜᴇʀ ᴡᴇʏɪ ᴏᴢ ʏᴇʀiɴᴇ ǫᴏʏᴜʀ.
«´ʜᴇʏᴅᴇʀ ᴇʟɪʏᴇᴠ´»
ᴄᵒɴᵗᴀᶜᴛ @scaryoo

Related channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


Böyük İpək yolu
Makedoniyalı İsgəndərin Şərqə yürüşündən sonra dövlətlər və xalqlar arasında əlaqələr genişləndi və e.ə. II əsrdə
Çindən gələn ticarət yolu dünya ticarət yollarına qoşuldu. Bu yolla Çindən Yaxın Şərq ölkələrinə və Aralıq dənizi
hövzəsinə ipək, lak, çini və gil qablar gətirilirdi. Bu ticarət malları içərisində ipək əsas yer tutduğundan Çin karvan yolu
Böyük İpək yolu adlanırdı. E.ə II əsrdə Böyük İpək yolu Çindən Şimali Afrikaya və İspaniyaya qədər uzanırdı.
Böyük İpək yolunun ən işlək xətlərindən biri Xəzər dənizinin qərb sahilləri boyunca cənubadan şimala
istiqamətlənərək Azərbaycanı ərazisindən keçirdi. Böyük İpək yolu istiqamətində ticarətlə yanaşı Çin orduları qarətçi
yürüşlər edirdilər.


Çində xalq üsyanları
Çində kəndlilərin vəziyyəti çox ağır idi. Dözülməz vəziyyət eramızın I və II əsrlərində Çində kəndli və qulların
üsyanına səbəb oldu. Bu üsyanlardan biri eramızın I əsrinin əvvəllərində baş verən «Qırmızıqaşlılar» üsyanıdır.
Üsyançılar döyüşdə seçilmək məqsədi ilə qaşlarına qırmızı rəng çəkdikləri üçün üsyançılar ―Qırmızıqaşlılar‖
adlandırılırdı.
184-cü ildə Çində daha böyük «Sarısarıqlılar» üsyanı baş verdi.
«Sarısarıqlılar» üsyanına aiddir:
•Kəndlilər və qullar tərəfindən qaldırılmışdı.
•Üsyana Çjan qardaşları başçılıq edirdi.
•Üsyançılar tanınmaq üçün başlarına sarı sarıq bağlayırdılar.
•Üsyan 20 il davam etsə də çətinliklə yatırıldı.
―Sarısarıqlılar üsyanı nəticəsində:
•Çin dövləti xeyli zəiflədi, Çin padşahı öldürüldü.
•Çində Xan sülaləsinin hakimiyyəti devrildi.
•Çin dövləti yenidən bir-neçə dövlətlərə parçalandı.
•Çində quldarlıq quruluşu feodalizmlə əvəz olundu.


Çində ilk dövlətlərin yaranması

Çin ərazisində sinifli cəmiyyət və ilk dövlət e.ə II minillikdə Xuanxe
çayı vadisində yaranmışdır. İlk Çin dövlətini e.ə XIV əsrdə Şan qəbilələri
yaratmışdılar. Buna görə də həmin dövlət Şan dövləti adlanırdı.
E.ə. IV-III əsrlərdə Çində bir neçə müstəqil quldar dövlət mövcud
idi. Bu dövlətlər arasında tez-tez uzun sürən müharibələr baş verirdi. Ona
görə də Çin tarixində e.ə IV-III əsrlər “vuruşan padşahlıqlar dövrü”
adlanır.
Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. E.ə III əsrdə Sin sülaləsi Çin
dövlətləri arasında gedən mübarizədə qələbə çalaraq hakimiyyətə gəldi. E.ə.
221-ci ildə Sin dövlətinin padşahı imperator titulunu qəbul etdi. O özünü Sin
Şixuandi (Çinin birinci imperatoru) adlandırdı. Sin sülaləsi e.ə 206 - e.ə 206-
cı illərdə hakimiyyətdə oldu.
İlk Sin hökmdarı Sin Şixuandi hakimiyyəti dövründə:
•Bütün Çin ilk dəfə olaraq vahid dövlətdə birləşdirildi.
•Çinin Şimalında yaşayan türk tayfaları ilə (hunlarla) mübarizəsi
başladı.
•Hunların qarşısını almaq üçün Böyük Çin səddinin inşasına
başlanıldı.
•Dövləti möhkəmləndirmək üçün inzibati islahatlar həyata keçirildi, islahata əsasən Çin 36 vilayətə bölündü.
Sin Şixuandi öləndən sonra əhali üsyan qaldırdı. Nəticədə, e.ə 206-cı ildə Sin imperiyası süqut etdi. Bundan sonra
hakimiyyətə Xan sülaləsi gəldi. Xan sülaləsinin hakimiyyəti (e.ə 206 – e. III əsr) dövründə:
•Hunlarla mübarizə davam etdirildi.
•Böyük İpək yolu salındı (e.ə II əsrdə).
•Çində “qırmızıqaşlılar” və “sarısarıqlılar” üsyanı baş verdi.


Qəsri-Şirin sülh müqaviləsi—1639-cu ildə Səfəvi-Osmanlı dövlətləri arasında bağlanan saziş.

•İmzalanma tarixi - 1639
•İmzalanma yeri - Qəsri-Şirin, Kirmanşah, Səfəvi imperiyası
•Şərtləri - İraqi Ərəb osmanlılarda, Zəncir qalasından şərqdəki torpaqlar səfəvilərdə verildi.
•Tərəflər - Osmanlı İmperiyası Səfəvilər


Çinin təbiəti və əhalisinin məşğuliyyəti
Çin, əsasən, dağlıq ölkədir. Onun ərazisindən böyük Xuanxe və
Yantszı çayları axır. Xuanxe vadisində insanlar daha çox məskunlaşmışdılar.
Xuanxe vadisində insanların daha çox məskunlaşmışmasının səbəbi vadinin
torpaqlarının məhsuldar olması ilə bağlı idi. Xuanxe çayında güclü
daşqınlar olduğundan bu çayı çinlilər “Çinin bəlası”, “Gəzən çay” və “Min
fəlakət çayı” adlandırırdılar. Xuanxe çayının aşağı axarında əhali əkinçilik,
maldarlıq və sənətkarlıqla məşğul olurdu. Sənətkarlar ipək parçalar toxuyur,
dulusçular ağ gildən zərif qablar istehsal edirdilər. E.ə. VI əsrdə çinlilər
dəmir emal etməyi öyrəndilər.


•Rəiyyət
"Rəiyyət" ərəb sözü olub təbəə, vergi ödəyən əkinçi, kəndli deməkdir.Kəndlilərin əksəriyyətini təşkil edən rəiyyət pay torpağına, şəxsi təsərrüfata malik olub, həm feodala, həm də dövlətə vergi və mükəlləfiyyətləri ödəməli olan kəndlilərdir.


Şərur döyüşü 
Ağqoyunlu Əlvənd mirzə və Şah İsmayıl Səfəvinin qoşunları arasında həlledici döyüş.

•Tarix - Avqust 1501
•Yeri - Şərur düzənliyi
•Nəticəsi- Səfəvilər dövləti qalib gəldi

1501-ci ilin ortalarında Şərur düzündə həlledici döyüş baş verdi. Döyüşdə İsmayıl yüksək sərkərdəlik məharəti və hünər nümayiş etdirərək, ağqoyunlu sərkərdələrinin bir neçəsini şəxsən qılıncdan keçirdi. Öz sərkərdələrinin başlarını qızılbaşların nizələrində görən ağqoyunlu qoşunları vahiməiçərisində qaçmağa başladılar. Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi. Qızılbaşlar zəngin qənimət ələ keçirdilər. Şərur qələbəsindən dərhal sonra İsmayıl təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan edərək Azərbaycan Səfəvilər dövlətinin əsasını qoydu


Torpaq mülkiyyət formaları

▪III-VII əsrlərdə Sasanilər dövründə torpaq mülkiyyət formaları
•Dastakert – iri feodallara və Zərdüşd dininin kahinlərinə məxsus irsən keçən torpaq mülkiyyəti idi
•Xostak - xırda və orta feodallara məxsus şərti torpaq mülkiyyəti idi. Xostaqın əsas sahibi idi

▪VII-IX əsrlərdə Ərəb ağalığı dövründə torpaq mülkiyyət formaları
•Dövlət – Xilafətdə feodal torpaq mülkiyyətinin əsas forması olub divan, yaxut sultan (xəlifə) torpaqları adlanırdı
•İqta – dövlət tərəfindən orduda göstərdiyi hərbi hünərə və sədaqətli xidmətə görə verilən və daha geniş yayılmış torpaq mülkiyyəti forması idi. İqta divan torpağından verilirdi. Xilafətdə iqta sahibi məcburi hərbi mükəlləfiyyət daşımır, xəzinəyə müəyyən miqdarda vergi verirdi. İqtanın iki forması var idi: a) Bağışlanan iqta - sabihinin şəxsi mülkiyyətinə çevrilir və nəsildən-nəsilə keçirdi; b) İcarə edilən iqta - hərbçilərə verilir, irsən keçə bilməz, lazım gəldikdə geri alına bilərdi
•Mülk - yerli feodalların mülkiyyətində olan və sahibi malik adlanan torpaqlar idi
•Vəqf - müsəlman aləmində müqəddəs yerlər və şəhidlər üçün nəzərdə tutulan və müsəlman dini idarələrinin ixtiyarında olan torpaqlar idi. İcarəyə verilsə də, onu almaq, satmaq və xüsusi mülkiyyətə çevirmək olmazdı
•İcma torpaqları - əhaliyə məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr, qəbiristanlıqlar və.s daxil idi

▪IX-XI əsrlərdə torpaq mülkiyyət formaları
•Divan - dövlətə məxsus olan və gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi
•Mülk – Bu dövrdə ən geniş yayılan torpaq mülkiyyət forması olub ayrı- ayrı feodallara məxsus idi. Mülk sahibi dövlətə torpaq vergisi verirdi
•İqta - dövlətə xidmət müqabilində verilən, IX-XI əsrlərdə o qədər də geniş yayılmayan və inkişaf etməkdə olan şərti torpaq mülkiyyət forması idi. Bu dövrdə onun sahibi olan iqtidarların xüsusi mülkiyyətinə çevrilirdi. İqta sahibləri təsərrüfatla məşğul olmur və öz iqtidarlarını icarəyə verirdilər
•Xalisə - ayrı-ayrı hökmdarların (xəlifələr, sultanlar və b.) və sülalərin mülkiyyətində olan torpaq sahələri idi
•Vəqf - ayrı-ayrı ruhanilərə dini və xeyriyyə müəssisələrinə, məscidlərə, mədrəsələrə və s. verilirdi. Vəqf torpaqlarında yaşayan kəndlilər vergini vəqf sahibinə verirdilər
•İlcə (hami) - Azərbaycan kəndlilərinə məxsus olub, sonradan ərəb feodallarının əlinə keçmiş torpaqlar idi
•Camaat (icma) - dövlətin mülkiyyətində olub kəndlilərin istifadəsində olan torpaqlar idi. Bu torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi

▪XIII-XIV əsrlərdə Monqollar dövründə torpaq mülkiyyət formaları
•Divan - dövlətə məxsus olub, gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi
•İqta – xidmət müqabavilində verilən torpaqlar idi
•Bayrat - istifadəsiz qalıb monqol feodallarının himayəsinə keçən torpaqlar idi
•İncu – Elxanilər dövründə meydana gələn və hökmdar, xan nəslinə məxsus torpaqlar idi

▪XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövründə torpaq mülkiyyət formaları

•Divan - dövlətə məxsus olub, gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi
•Xass - ayrı-ayrı hökmdarların və sülalərin mülkiyyətində olan torpaqlar idi
•Mülk - yerli feodalların mülkiyyətində olan torpaqlar idi
•Vəqf – dini idarələrə məxsus torpaqlar idi
•Soyurqal - Qaraqoyunlu və Ağqoyunlu qoşununun dayağı olan hərbi əyanlara müvəqqəti istifadə üçün iqta əvəzinə verilən və irsən keçən torpaqlar idi
QEYD: İqta ilə soyurqalın ümumi cəhəti onların dövlətə xidmət müqavilində verilmələri olsa da, bir-birindən kəskin fərqlənirdi. Beləki, Soyurqal torpaq mülkü iqtadan fərqli olaraq irsən keçə bilərdi, sahibinin hüquqları daha geniş idi və vergi toxunulmazlığı hüququ var idi.


#Xronologiya
▪12 mart 2001 – Bakı-Tbilisi-Ərzurum qaz kəməri
vasitəsilə Azərbaycan qazının tranziti,nəqli və satışı
haqqında Türkiyə ilə sazişin bağlanması
▪15 may 2001- Elmlər Akademiyasının Milli Elmlər
Akademiyası adlanması
▪24 sentyabr 2001 - Avropa Şurasının payız
sessiyasında, AR-nın işğaldan azad olunmaq üçün hər
vasitəyə əl atmasına haqq verən sənədin qəbulu
▪9-10 noyabr 2001 – Dünya azərbaycanlılarının I
qurultayının keçirilməsi
dekabr 2001 – “Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında”
Konstitusiya qanununun qəbul edilməsi

mart 2002 – ABŞ-ın Azərbaycana silah satışı üzrə
qoyduğu qadağanı ləğv etməsi
▪5 iyul 2002- Xarici ölkələrdə yaşayan
azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin
yaradılması( 2008-ci ildən Diaspora ilə iş üzrə Komitə)
▪17 avqust- 2002- “AR silahlı qüvvələrinə yardım
fondunun” yaradılması
▪24 avqust - AR Konsitutisiyasına I düzəlişin edilməsi
▪18 sentyabr- BTC- nin Azərbaycan hissəsinin
təməlinin qoyulması
▪22 noyabr- H.Əliyevin AATŞ-nin üzvü olan ölkələrin
Praqda sammitində çıxışı
Noyabr- Azərbaycanın Praqa sammitində NATO –
nun Parlament Assamblesiyasının assosativ üzvünə
çevrilməsi

▪2003- Azərbaycan muğamının UNESCO-nun
Ümumdünya İrs Siyahısına daxil edilməsi
Yanvar- İ.Əliyevin AŞ PA-nın vitse-prezidenti və
qürumun Büro üzvü seçilməsi
▪7 iyul- H.Aslanov metrosunun açılması
4 avqust 2003 – İ.Əliyevin Baş nazir seçilməsi
▪15 oktyabr 2003- İ.Əliyevin I dəfə prezident seçilməsi
Dekabr 2003- İ.Əliyevin ilk xarici səfəri( Cenevrədə
İnformasiya Cəmiyyəti üzrə dünya sammitində iştirak


•Xronologiya
▪1990- Avropa üçün Paris xartiyasının imzalanması
▪19 yanvar 1990 - Naxçıvan MSSR-in Ali Soveti
Muxtar Respublikasının SSR- nin tərkibindən çıxması
haqqında qərar qəbul etdi
▪20 yanvar 1990 - Bakıda fövqəladə vəziyyət elan
edilməsi və Sovet qoşunlarının şəhərə hücum edərək
dinc əhaliyə qarşı misli görünməmiş qanlı divan
tutması.
▪19 may 1990 - Azərbaycan SSR Ali Sovetinin
sessiyassında Azərbaycan Respublikasının prezidenti
vəzifəsinin təsis edilməsi.
20 iyul- H.Əliyevin Moskvadan Bakıya gəlməsi
Sentyabr- H.Əliyevin Naxçıvan MSSR və Azərbaycan
SSR-nin Ali Sovetlərinə deputat seçilməsi
Sentyabr- A.Mütəllibovun ilk prezident seçilməsi
▪17 noyabr- Naxçıvan MSSR adından “Sovet Sosialist”
sözünün götürülməsi.Naxçıvan Muxtar Republikasının
Ali Sovetinin “Ali Məclis”adlanması. Üçrəngli
bayrağın rəsmi qəbul edilməsi
▪5 fevral 1991- Respublika Ali Sovetinin sessiyasında
dövlətimizin adının Azərbaycan Respublikası
adlandırılması haqqinda qərar qəbul edilməsi. AXC
dövründəki üçrəngli bayrağın dövlət bayrağı kimi
təsdiq olunması
mart 1991- Azərbaycanda SSRİ-nin saxlanması
barədə referendum keçirilməsi
▪14 mart 1991- Naxçıvan MSSR-nin SSRİ-nin
saxlanması barədə referendumda iştirak etməməsi
haqqında qərar qəbul etməsi
▪8 avqust 1991 – Ermənistan SSR-də sonuncu
azərbaycanlı kəndi olan Nüvədi (Mehri) rayonunun
boşaldılması
▪30 avqust 1991 - Respublika Ali Sovetinin
növbədənkənar sessiyasında “Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa etmək
haqqında Bəyannamə” qəbul edilməsi.
▪3 sentyabr 1991 - H.Əliyevin Naxçıvan MSSR-in Ali
Məclisinin sədri seçilməsi
▪5 sentyabr 1991- Müdafiə Nazirliyinin təşkil
edilməsi
Sentyabr 1991- Ermənilər tərəfindən qeyri-qanuni
qurumun –Dağlıq Qarabağ Respublikasının
yaradıldığının elan edilməsi
▪14 sentyabr 1991 - Azərbaycan Kommunist
Partiyasının buraxılması haqqında qərar qəbul
edilməsi.
▪3 oktyabr 1991- Milli Şuranın yaradılması

oktyabr 1991 - Respublika Ali Sovetinin “AR-nın
silahlı qüvvələri haqqında” qanun qəbul etməsi.
▪19 noyabr 1991- 22 rayon və şəhərdə özünümüdafiə
batalyonlarının yaradılması haqqında qərar qəbul
edilməsi
▪18 oktyabr 1991 - "Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının
qəbul edilməsi.(İcra hakimiyyəti başçısı, Dövlət katibi
və Dövlət müşavirələri vəzifələrinin təsis olunması,
Prezident idarəsinin yaradılması )
▪9 noyabr 1991 - Azərbaycan Respublikasının
müstəqilliyini ilk dəfə rəsmi olaraq Türkiyə tərəfindən
tanınması.
▪20 noyabr 1991 - Qarakənd faciəsi
▪26 noyabr 1991 - DQMV-nin statusunun ləğvi.
▪26 noyabr 1992- Respublika Ali Sovetinin Milli Şura
haqqında qanuna dəyişiklik etməsi.(50 nəfərdən ibarət)
▪8 dekabr 1991 – MDB –nin yaranması
(Rusiya,Ukrayna,Belorusiya)
dekabr 1991 - Azərbaycan Respublikasının İslam
Konfransı Təşkilatına üzv qəbul olunması.
▪25 dekabr 1991 - “Latın qrafikalı Azərbaycan
əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası
qanununun qəbul edilməsi.
▪29 dekabr 1991 - Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında Konstitusiya aktına münasibətlə
bağlı referendum keçirilməsi və Respublika əhalisinin
mütləq əksəriyyətinin Azərbaycanın dövlət
müstəqilliyinə tərəfdar çıxması.
▪1992-TQDK-nın yaradılması.Ə.Elçibəy
▪1992- NATO-nun Şimali Atlantika Əməkdaşlıq
Şurasına qoşulması( 1997-ci ildən Avropa-Amerika
Tərəfdaşlıq Şurası AATŞ adlanır
Yanvar-fevral 1992- Kərkicahan qəsəbəsi,Qeybalı,
Malıbəyli,Aşağı Qusçular və Yuxarı Qusçular
kəndlərinin işğal edilməsi
Yanvar 1992- Azərbaycan ordusunun ilk hərbi
əməliyyatı olan “Daşaltı” əməliyyatının həyata
keçirilməsi
Fevralın ortası 1992- Qaradağlı faciəsi
▪20 fevral 1992- AR-nın aviaeskadrilyasının
yaradılması.Həmin günün Hərbi hava qüvvələri günü
elan edilməsi
▪25-26 fevral 1992- Xocalı Soyqırımı.
▪2 mart 1992 - Azərbaycan Respublikasının BMT-yə
üzv qəbul olunması.
▪Mart 1992-H.Əliyevin S.Dəmirəllə görüşməsi
▪Mart 1992 – ATƏM-in Minsk qrupunun yaradılması


• Azərbaycanda Yerləşən Mağaralar
Büzeyir - Lerik (Paleolit)
Zar - Kəlbəcər (Paleolit)
Kilit - Ordubad (Paleolit)
Tağlar - Xocavənd (Daş, Tunc, Mis)
Azıx - Xocavənd (Paleolit, Mezolit)
Damcılı - Qazax (Paleolit)
Daş Salahlı - Qazax (Paleol
it)


Nadir şah (fars. نادر شاه Nâdir Şâh; 22 oktyabr 1688 – 19 iyun 1747) – Azərbaycan, Türküstan və Hindistanın şahı (1736–1747) və türk-soylu Əfşarlar sülaləsinin banisi. Tarixdə həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona Şərqin Napoleonu və ikinci Makedoniyalı İsgəndər deyil ləqəblər vermişlər.

•Doğum tarixi-22 oktyabr 1688 

•Doğum yeri-Dərgəz, Səfəvilər dövləti

•Vəfat tarixi-19 iyun 1747

•Vəfat yeri-Qoçan,Əfşarlar imperiyası

•Sülalə-Əfşarlar xanədanı
•Əvvəlki adı-Təhmasibqulu xanتهماسپ قلی خان
•Nadirqulu bəy نادر قلی بیگ 
•Atası-İmamqulu

•Rütbəsi-general


Sultan III Səlimin islahatlarından biri deyil
Poll
  •   Hərbi
  •   Təhsil
  •   İdarəetmə
  •   Hamısı aiddir
607 votes


Akkadlara aid deyil.
Poll
  •   İkiçayarasını vahid dövlətdə birləşdirməsi
  •   Şumerlərlə mübarizə aparması
  •   Akkad dilində Qanunlar külliyatinin tərtib edilməsi
  •   Kutilər tərəfindən son qoyulması
  •   Şumer ordularına cəlb edilməsi
625 votes


Kimmer iskit Sak padsahlığı ilə eyni dövrdə mövcud olan dövlət deyil
Poll
  •   Əhəməni
  •   Midiya
  •   Manna
  •   Urartu
846 votes


Böyük Kir, II Kir (ing. Cyrus the Great; farsca: کوروش بزرگ, Kuroş-e Bozorg), Midiyalı Kir (e.ə. 600 – e.ə. 530) – qədim İran padşahı və Əhəmənilər İmperiyasının banisi. II Kirin başçılığı altında Əhəməni İmperiyası cənub-qərbi Asyanın tamamını fəth edərək, ərazisinə görə o zamanlara qədər dünyada görünməyən genişlikdə bir dövlətə çevrilmişdir

•Doğum Tarixi-e.ə. 600
•Doğum-Yeri-Anshan, Persis
•Vəfat Tarixi-e.ə. 530
•Vəfat Yeri-Sırdərya, Türkistan vilayəti
•Vəfat Səbəbi-Döyüşdə ölüm
•Dəfn Yeri-Tomb of Cyrus the Great
•Vətəndaşlığı-Əhəmənilər
İmperiyası Anshan
•Uşağı-II Kambiz Qaumata
•Anası-Mandana
•Fəaliyyəti-suveren,hərbi lider,təşkilati təsisçisi


Makedoniya hökmdarı II Filippin ilə Əhəməni şahı Ksreksin oxşar cəhəti
Poll
  •   E.ə V-ci əsrdə hakimiyyətdə olmuşdular
  •   Hindistana yürüş etmişdilər
  •   Yeni dövlətin əsasını qoymuşdular
  •   Yunanları məğlubiyyətə uğratmışdılar
539 votes


Efiopiyaya uğursuz yürüş etmiş Əhəməni hökmdarı hansı olub
Poll
  •   I Dara
  •   II Kir
  •   II Kambiz
  •   I Kambiz
  •   III Dara
704 votes


Əhəməni ordusunun yunanlara qalib geldiyi döyuş
Poll
  •   Salamin
  •   Fermopil
  •   Marafon
  •   Plateya
  •   Maqneziya
809 votes


E.ə VI əsrin 20-ci illərində Misiri işğal edən Əhəməni hökmdarı
Poll
  •   I Dara
  •   II Kir
  •   II Kambiz
  •   Astiaq
  •   II Sarqon
754 votes

20 last posts shown.

2 823

subscribers
Channel statistics