https://telegram.me/aydinliqبیز و آزربایجان آدیندا بیرحقیقت.
Biz və AZəRBAYCAN adında bir həqiqət.
نه قدر آرخانی چئویریرسن چئویر، وار اولان بیر حقیقت، یوخ اولمور، آرادان قالدیریلمیر، دانیلمیر. یالنیز سن اؤزونو آلداتمیش اولورسان، حقیقت ائله یئرینده جه قالیر، سنلی یا سنسیز.
ایسته سک ده، ایسته مسک ده ان بؤیوک حقیقتیمیز آزربایجانلی لیغیمیزدیر، تورکلویوموز دور،.و بونلارین قارشیسیندا یارانان مسئولیت لریمیزدیر . باشینی چئویرییب گئتدییینده، بو حقیقت ده ایشینین دالیسیجا گئتمیر. بو گون اولماسادا باشقا گون اونون لا قارشیلاشاجاقسان. بوتون اینسانلار، بوتون میلتلر کیمی.
آزربایجان ان بؤیوک حقیقتیمیز دیر، بو حقیقتین شعورلو جاسینا یانیندا دورماق ایسه ،بیزیم اینسان جا یاشاماق رمزیمیزدير. ازیلمک ایسته میرسن سه، کیچیلمک ایستمیرسن سه، بایاغیلاشماق ایسته میرسن سه، اؤز حقیقتینی درک ائتمه لیسن. خوشبخت، آزاد، گلیشمیش توپلوملار بونو واختیندا درک ائدیب و یاشاملارینی اینسانی لشدیر دیلر؛بیز ایسه بو ایشه گئج قالمیشیق، آما هله فورصتلریمیز، بیتیب توکنمه ییب. آزربایجانلی لیق حقیقتی بیزی گؤزله ییر.
Biz və AZəRBAYCAN adında həqiqət.
Nə qədər arxanı çevirirsən , çevir, var olan bir həqiqət yox olmur, aradan qaldırılımır, danılmır. Yalnız sən özünü aldatmış olursan. Həqiqət elə yerindəcə qalır, sənli ya sənsiz.
İstəsəkdə, istəməsəkdə ən böyük həqiqətimiz AZəRBAYCAN lılığımızdır, TÜRK lüyümüzdür;və bunların qarşısında yaranan məsuliyyət lərimizdir. Başını çevirib getdiyində, bu həqiqətdə işinin dalısıca getmir. Bu gün olmasada, başqa gün onunla qarşılaşacaqsan. Bütün insanlar kimi , bütün millətlər kimi.
AZəRBAYCAN ən böyük həqiqətimizdir. Bu həqiqətin şuurllucasına yanında durmaq isə bizim insanca yaşamaq rəmzimizdir. əzilmək istəmirsənsə, kiçilmək istəmirsənsə, bayağılaşmaq istəmirsənsə, öz həqiqətini dərk etməlisən. xoşbəxt,azad və gəlişmiş toplumlar, bunu vaxtında dərk edib və yaşamalarını insaniıəşdirdilər. biz isə bu işə gec qalmışıq. amma hələ fürsətlərimiz bitib tükənməyib. AZəRBAYCAN lılıq həqiqəti bizi gözləyir.
https://telegram.me/aydinliq